Sevincimin həddi-hüdudu yoxdur - Füzuli sakini Hadisə

Sevincimin həddi-hüdudu yoxdur - Füzuli sakini

Füzulidən gələndə 31 yaşım var idi. İndi 62 yaşımda doğma torpağma qayıdıram.

Bunu Trend-ə Füzuliyə qayıdan sakin Gülsarə Sadıqova deyib.

O qeyd edib ki, sevincimin həddi-hüdudu yoxdur. “Çünki doğma vətənimə qayıdıram. Allah şəhidlərimizə rəhmət etsin, cənab Prezidentimiz İlham Əliyevin, qazilərimizin canın sağ etsin. Onlatın sahəsində biz vətənimizə geri dönürük, bu xoş günü yaşayırıq”, - deyə o qeyd edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bu gün Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 26-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 140 nəfər köçürülüb.