Yaz sessiyasının ilk iclasına 16 məsələ çıxarılır Hadisə

Yaz sessiyasının ilk iclasına 16 məsələ çıxarılır

Milli Məclisin yaz sessiyasının ilk plenar iclasının gündəliyi məlum olub.
Parlamentin mətbuat katibi Akif Təvəkküloğlu bildirib ki, iclasın gündəliyinə 16 məsələ daxil edilib.
"Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının yenidən təşkil edilməsi, komitələrin yeni üzvlərinin təsdiqlənməsi, həmçinin parlamentin 2016-cı il yaz sessiyasının qanunvericilik işləri planının təsdiq olunması məsələlərinə baxılacaq. Bundan başqa, gündəliyə Azərbaycanın bir neçə ölkələrlə imzaladığı hökumətlərarası sazişlərin təsdiqi ilə bağlı sənədlər də daxil edilib".
Akif Təvəkküloğlu bildirib ki, gündəlikdə "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunlara, Miqrasiya, Cinayət Prosessual və İnzibati Xətalar məcəllələrinə, eləcə də bir sıra qanunlara əlavə və dəyişikliklər edilməsi daxil edilib.
Parlamentin yaz sessiyasının 1-ci iclası fevralın 1-də keçiriləcək.