Reuters: ABŞ və İranın tarixi sazişində 300 milyard dollarlıq özəl fond planı
Tramp G7 liderləri ilə razılaşdı: Hörmüz boğazı açılır, Ukraynaya dəstək davam edir
Ziqfrid Leffler: İnfrastruktur bağlantı yaradır, institutlar isə inteqrasiyanı təmin edir
Siyəzəndə bələdiyyə islahatları və ictimai iştirakçılıq mövzusunda müzakirələrə start verilib
11:52
609
Qarabağda böyüyən gənclərin səs tembri və ifa xüsusiyyətləri fərqli formalaşacaq. Bu mühitin ab-havası onların yaradıcılığına özünəməxsus rəng qatacaq. Qarabağ Universitetinin gələcəyini çox parlaq görürəm və onun ölkəmizin aparıcı ali təhsil müəssisələrindən birinə çevriləcəyinə inanıram.
Bunu AZƏRTAC-a açıqlamasında Qarabağ Universitetində incəsənət fakültəsinin müəllimi, Əməkdar artist Firuz Səxavət söyləyib.
Qarabağ Universitetinin ilk müəllimləri sırasında olduğu üçün özünü şanslı hesab edən həmsöhbətim deyib: “Qarabağ xalqımızın 30 illik həsrətinin ünvanıdır. Universitetin ilk tələbələrini məhz biz qarşılamışıq və onların inkişaf yoluna şahidlik edirik. Tələbələrin təhsilə və sənətə marağı gündən-günə daha da artır”.