CBS News: ABŞ Senatı İrana qarşı hərbi addımları blokladı Dünya

CBS News: ABŞ Senatı İrana qarşı hərbi addımları blokladı

Çərşənbə axşamı Senat, ABŞ Prezidenti Donald Trampın aylarla davam edən münaqişəyə son qoymaq məqsədi daşıyan Tehranla çərçivə sazişini irəli sürdüyü bir vaxtda, İrana qarşı hərbi səlahiyyətlərə dair qətnaməni az fərqlə rədd edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "CBS News" məlumat yayır.

Senatorlar qətnamənin komitədən çıxarılaraq səsverməyə qoyulması barədə vəsatəti 47 səsə qarşı 48 səslə rədd ediblər. Dörd respublikaçı — senatorlar Süzan Kollinz (Men), Bill Kessidi (Luiziana), Liza Murkovski (Alyaska) və Rend Pol (Kentukki) demək olar ki, "leyhinə" səs verən bütün demokratlara qoşulublar. Pensilvaniyadan olan senator Con Fetterman isə əleyhinə səs verən yeganə demokrat olub.

Məryəm Quliyeva