Nazirlər Kabineti DİN-ə əlavə səlahiyyət verdi Hadisə

Nazirlər Kabineti DİN-ə əlavə səlahiyyət verdi

Baş nazir Artur Rəsizadə "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında qərar verib.
Bu barədə Hazirlər Kabinetindən məlumat verilib. Qərara dəyişiklik iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarətlə bağlıdır.
Dəyişikliyə əsasən, bundan sonra Daxili İşlər Nazirliyi də avtomobil yollarının istənilən sahəsində və nəzarət postlarında (məntəqələrində) xüsusi ölçü alətləri və cihazları ilə bu cür nəqliyyat vasitələrinin faktiki qabarit ölçülərinin yoxlanılmasını, stasionar və daşına bilən xüsusi avtomobil tərəziləri vasitəsilə ümumi kütləsinin və oxlara düşən ağırlığının təyin edilməsini həyata keçirəcək.
İndiyə qədər bu funksiya Nəqliyyat Nazirliyində idi. Bu işlə nazirliyin Nəqliyyat Müfəttişliyi məşğul olurdu.