Tramp: İrana investisiya yatırmaq barədə heç bir öhdəliyimiz yoxdur Dünya

Tramp: İrana investisiya yatırmaq barədə heç bir öhdəliyimiz yoxdur

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton İslam Respublikası ilə imzalanan memorandum çərçivəsində İrana investisiya qoyulması ilə bağlı heç bir öhdəlik götürmür.

Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə Qətər əmiri şeyx Təmim bin Həməd Al Tani ilə görüşündə bildirib.

"Biz İrana heç bir pul yatırmırıq. Dünən yayılan şayiələr sadəcə gülüncdür. Gələcəkdə mən və ya başqası nəsə etmək istəsə, bizim prosesə müdaxilə etmək və nəsə etmək hüququmuz var, lakin biz heç bir pul qoymuruq. İrana investisiya qoymaqla bağlı heç bir öhdəliyimiz yoxdur", — deyə o, bildirib.

Məryəm Quliyeva