Millət vəkilindən telekanallara çağırış Hadisə

Millət vəkilindən telekanallara çağırış

"Televiziya və radiolarımızda əyləncə, çal-çağır proqramlarının dərhal dayandırılması lazımdır"

Millət vəkili Qənirə Paşayeva Azərbaycan ordusunun ötən gecə cəbhədə verdiyi şəhidlərlə bağlı status yazıb. O, belə bir məqamda telekanallarda şou proqramlarının yayımlanmasını pisləyib.
Millət vəkili Facebook statusunda yazıb:
"Cəbhədə düşmənin təxribatlarına layiqli cavab verərək şəhid olan qardaşlarımızın hamızına Allahdan rəhmət, yaxınlarına səbr diləyirik. Millətimizin başı sağ olsun! Televiziya və radiolarımızda əyləncə, çal-çağır proqramlarının dərhal dayandırılması lazımdır. Səhər tezdən indiyədək bununla bağlı nə qədər zəng, mesaj gəlib. Bir çox insanlarımız bu kimi proqramların gün ərzində dayanmasını vacib sayırlar. Mən də hesab edirəm ki, bu kimi proqramlar öncədən nəzərdə tutulsa da televiziya və radiolarımız yayımda dəyişiklik edib, çox əyləncə və çal-çağır proqramlarını dayandırıb yerinə vətənpərvərlik, şəhidliklə bağlı müəyyən proqramlarını, filmlərini qoya bilərlər. İşğalçı Ermənistanı və onunla bərabər arxasında duran dövlət və gücləri Allahın lənətinə gəlsinlər. İnşallah onlar layiq olduqları cəzanı alacaqlar. Böyük şair gözəl demişdi:

Bayraqları bayraq edən üstündəki qandır,
Torpaq uğrunda ölən varsa Vətəndir!

Düşmənin təxribatların layiqli cavab verərək şəhid düşən əziz qardaşlarımız. Sizi heç zaman unutmayacağıq! Nə qədər Azərbaycan var siz də hər zaman yaşayacaqsınız!"