Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
11 Sentyabr 2019 16:13
2 240
Dünya Səhiyyə Təşkilatında (DST) aparılmış hesablamalara görə, səhiyyə sahəsində qeyri-bərabərliyin 50 faiz azaldılması ölkələrə 4 faizə qədər iqtisadi mənfəət gətirə bilər. Təşkilatın yeni məruzəsində göstərilən rəqəmlərə görə DST-nin Avropa regionuna daxil olan 53 ölkədə tibbi xidmət sahəsində qeyri-bərabərlik son vaxtlar ya əvvəlki səviyyədə qalıb, ya da pisləşib. Məsələn, regionda ömrün orta uzunluğu artaraq qadınlar arasında 82 yaşa, kişilər arasında 76 yaşa çatıb, lakin əhalinin ən yoxsul təbəqələri arasında bu göstəricilər qadınlar arasında 7 yaş, kişilər arasında 15 yaş aşağıdır.
Ömrün uzunluğu və sağlamlıq vəziyyəti həm də insanların yaşadığı məkandan asılı olaraq dəyişir: iqtisadi cəhətdən firavan rayonlarda insanlar daha çox yaşayır. Qeyri-firavan regionlarda bir yaşa çatmadan ölən körpələrin sayı digər regionlarla müqayisədə 4 faiz çoxdur. Məruzədə qeyd edilir ki, əhalinin ən yoxsul təbəqəsinə aid 20 faizi arasında insanların gündəlik fəaliyyətlə məşğul olmaq qabiliyyətini məhdudlaşdıran ağır xəstəliklərdən əziyyət çəkənlərin sayı ən yaxşı təmin olunmuş təbəqəyə aid 20 faizlə müqayisədə 2 dəfə çoxdur.
DST-nin Avropa Bürosunun direktoru Jujanna Yakab deyib: “Səhiyyə sahəsində qeyri-bərabərlik haqqında məruzədə öz əksini tapmış mühüm məlumatlar və tövsiyələr hökumətlərin bu vəziyyətlə mübarizəsinə və qısa müddətdə, hətta hökumətin mövcud olduğu bir müddət, yəni 4 il ərzində səmərəli nəticələrə nail olmağa kömək edər”.
Məruzə müəllifləri əhalinin bu və ya digər qrupunun səhhətinə təsir göstərə biləcək amilləri açıqlayıblar. Buraya, məsələn, gəlirlərin və sosial müdafiənin səviyyəsi, keyfiyyətli tibbi xidmətin əlçatanlığı, habelə əmək və məişət şəraiti kimi amillər daxildir. Ekspertlər qeyd edirlər ki, son 15 ildə Avropa ölkələrinin təqribən yarısında əlyetərli mənzil bazarına investisiyalar azalıb. Nəticədə əhalinin yoxsul təbəqələrinin nümayəndələrinin çoxu qeyri-məqbul şəraitdə yaşayır, bu isə onların səhhətinə təsir göstərməyə bilməz. Jujanna Yakab deyib: “Məruzədə səhiyyə sahəsində bərabərliyə nail olmağın və regionda insanların həyatını yaxşılığa doğru dəyişməyin üsulları izah edilir”.
15 Noyabr 16:55
1 722
14 Noyabr 19:54
2 156
14 Noyabr 19:10
2 289