Polyaklar Bakıda tramvay şəbəkəsi qurmaq istəyirlər Hadisə

Polyaklar Bakıda tramvay şəbəkəsi qurmaq istəyirlər

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov Polşa Respublikasının İnfrastruktur və Regional İnkişaf nazirinin müavini Marçin Kubyakın rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycan Xarici İşlər Nazirliyinin təqdimatı əsasında qəbul edib.
Qonaqlara Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin funksiyaları və gördüyü işlər barədə ətraflı məlumat verən Abbas Ələsgərov onları maraqlandıran məsələlərə də aydınlıq gətirib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, qonaqlar Bakının nəqliyyat infrastrukturunda önəmli yer tuta biləcək tramvay şəbəkəsinin qurulmasının vacibliyindən və bu işdə Polşanın təcrübəsindən, habelə imkanlarından istifadənin mümkünlüyündən danışaraq, gələcəkdə Azərbaycanla bu sahədə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildiriblər.