“Kağız zəmanətlər Rusiyanı dayandırmaz”
18 Dekabr 19:29
18 Dekabr 19:29
18 Dekabr 19:19
18 Dekabr 18:29
18 Dekabr 17:41
29 Mart 2021 18:39
2 877
Heydər Əliyev prospektində baş verən ağır yol nəqliyyat hadisəsi səbəbindən hazırda Heydər Əliyev prospekti “Koroğlu” m/st-sı istiqamətində əsas yolda hərəkət məhdudlaşdırılıb.
Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən xəbərə görə, bu səbəbdən də hazırda “Koroğlu” istiqamətində kənar yolda, eləcədə Xətai prospektindən və Yusif Səfərov küçəsindən Heydər Əliyev prospektinə çıxışda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
Sıxlıqla əlaqədar Heydər Əliyev prospektindən keçən bütün marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər yaranıb.
XXX
18:08
Bakıda ağır yol qəzası baş verib.
Trend-in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində, Bağırov körpüsü adlanan hissədə qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində avtomobillərdən biri aşıb. Qəza səbəbindən hazırda prospektdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
Hadisə nəticəsində ölən və xəsarət alanların olub-olmaması barədə dəqiq məlumat yoxdur.
18 Dekabr 21:47
1 120
18 Dekabr 21:14
1 036
18 Dekabr 20:01
1 141



