“Kağız zəmanətlər Rusiyanı dayandırmaz”
18 Dekabr 19:29
18 Dekabr 19:29
18 Dekabr 19:19
18 Dekabr 18:29
18 Dekabr 17:41
31 May 2021 16:00
2 611
Azərbaycan və İran arasında sərhədlərin təhlükəsizliyi ikitərəfli münasibətlərin inkişafı üçün əlavə imkanlar yaradıb.
Trend xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Araz və Mil-Muğan su bəndlərinin istifadəyə verilməsinin 50 illiyi ilə əlaqədar keçirilən tədbirdə deyib.
P.Şahbazovun sözlərinə görə, Araz və Mil-Muğan su bəndləri təkcə su ehtiyatı və enerji mənbəyi deyil, davamlı dostluğun inkişafı tarixinin göstəricisidir.
Nazir əlavə edib ki, Azərbaycan və İran Araz çayından istifadə etdikləri illər ərzində birgə sərhədləri ikitərəfli əməkdaşlıqlar və sülhün təminatçısına çeviriblər: “Araz su bəndi ümumilikdə iki ölkənin 400 min hektar kənd təsərrüfatı ərazisini su ilə təmin edir”.
Şahbazov qeyd edib ki, hazırda iki ölkənin əməkdaşlıqları yeni mərhələyə daxil olub. Qız Qalası su anbarında işlər ikitərəfli səylərlə yekunlaşmaq üzrədir. Qarşılıqlı münasibətlər qarşılıqlı etimada aydın nümunədir.
18 Dekabr 21:47
1 120
18 Dekabr 21:14
1 036
18 Dekabr 20:01
1 141