TANAP üzərindən Türkiyəyə daşınan qazın həcmi məlum oldu İqtisadiyyat

TANAP üzərindən Türkiyəyə daşınan qazın həcmi məlum oldu

2019-cu il sentyabr ayının sonuna qədər TANAP üzərindən Türkiyəyə 2.7 milyard kubmetr qaz daşınıb.
Bunu bu gün İstanbulda keçirdiyi mətbuat konfransında TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.
O qeyd edib ki, yekun investisiya qərarı qəbul ediləndə ümumi xərcləri 11.7 milyard dollar həcmində qiymətləndirilən layihənin tikinti mərhələsində maksimum səmərəlilik nəticəsində 45% qənaətə nail olunub və layihəyə 6.5 milyard dollar sərmayə yatırılıb.
S.Düzyol vurğulayıb ki, boru xəttinin keçdiyi ən yüksək nöqtə 2760 metr olmaqla Ərzincan Qızıldağ mövqeyi oldu: ”Ən dərin nöqtə isə 65 metr olmaqla Çanaqqala boğazı olub”.
Baş direktor əlavə edib ki, TANAP qaz boru kəmərinin tikintisi üçün torpaq sahələrinin əhalidən alınmasına xərclənən vəsait nəzərdə tutulduğundan az olub.
S.Düzyolun sözlərinə görə, başlanğıcda bu məqsədlə 130 milyon dollar nəzərdə tutulmuşdu: “Lakin türk lirəsinin dollar qarşısında dəyər itirməsi xərcləri azaldıb. Bu günə qədər nəzərdə tutulan 130 milyon dollardan 70%-ə qədəri xərclənib”.