“Azərbaycan delimitasiya işini davam etdirmək istəyir” Siyasət

“Azərbaycan delimitasiya işini davam etdirmək istəyir”

“Uzun illər işğal altında saxlanılmış dörd kəndin Azərbaycana qaytarılması və delimitasiyanın başlanması Ermənistanın mövqeyində baş verən müsbət meyildir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Musa Qasımlı deyib. O, bildirib ki, Azərbaycan delimitasiya işini davam etdirmək istəyir: “Delimitasiya, Qazaxın dörd kəndinin qaytarılması göstərir ki, Azərbaycan və Ermənistan ikitərəfli qaydada birgə işləyəndə yaxşı nəticələrə nail ola bilərlər”.