“Dialoq zamanı biz gördük ki, vəziyyəti eyni dərəcədə qiymətləndiririk” Müsahibə

“Dialoq zamanı biz gördük ki, vəziyyəti eyni dərəcədə qiymətləndiririk”

Ulrix Maurer: "Biz bunun üçün bütün pillələrdə lazımi tədbirlər görəcəyik"

"SIKA İsveçrə şirkətlərinin Azərbaycana fəal sərmayə qoymalarının çox yaxşı nümunəsidir. Həmçinin qeyd etmək istərdim ki, isveçrəli sahibkarlar Azərbaycanda nəqliyyat, infrastruktur kimi sahələrə vəsait qoymağa hazırdırlar". Bu fikriləri 15-16 iyulda Bakıda rəsmi səfərdə olmuş İsveçrə Konfederasiyasının maliyyə naziri, sabiq prezident Ulrix Maurerin Trend-ə eksklüziv müsahibəsində deyib. O bildirib ki, "Holcim" (Azərbaycanda sement zavodunun səhmdarıdır) və "Stadler" (Azərbaycana elektrik qatarları və vaqonlarının ixrac edir) şirkətləri buna yaxşı nümunə ola bilər: "Bundan başqa, "Nestle" şirkəti Azərbaycanın qida sənayesi sahəsinə fəal sərmayə qoyur, eləcə də maşın sənayesi və emal sənayesi sahəsində fəaliyyət göstərən "Buhler" firması ölkənizə vəsait göndərir. Həmçinin, bizim şirkətlərin kimya sənayesinə sərmayə qoymaq marağı var, amma bütün bunlar üçün vaxt lazımdır, buna görə də bu investisiyalara uzun müddətli perspektivdə baxmaq lazımdır".

- Azərbaycan Prezidenti İlham Əliyev, maliyyə naziri Samir Şərifov və Mərkəzi Bankın sədri Elman Rüstəmovla artıq bir sıra görüşlər keçirdiniz. Səfərinizin ümumi məqsədini, müzakirələrin mövzuları və onların ilkin nəticələrini bilmək istərdik.
- Bizim Prezident İlham Əliyev, maliyyə naziri və Mərkəzi Bankın sədri ilə üç görüşümüz oldu. Bizim dialoqun mərkəzində aşağıdakı mövzular var idi - bizim seçki qrupu çərçivəsində əməkdaşlıq, bank sahəsində əməkdaşlıq və neftin qiymətinin düşməsi ilə əlaqədar yaranmış vəziyyətin bundan sonr necə inkişaf edəcəyi. Dialoq zamanı biz gördük ki, vəziyyəti eyni dərəcədə qiymətləndiririk və biz bunun üçün bütün pillələrdə lazımi tədbirlər görəcəyik. Çünki vəziyyət qeyri-sabitdir, biz hər hansı sahələr üzrə heç bir konkret qərar qəbul etmədik, çünki bunun üçün gələcəkdə dialoqun davam etdirilməsi tələb olunur.
İkincisi, ikitərəfli əməkdaşlığımızı, əmtəə dövriyyəsi və investisiya ilə bağlı məsələləri, müzakirə etdik. Azərbaycan İsveçrədə çox tanınır - bizim ölkədə Azərbaycanın SOCAR şirkəti fəaliyyət göstərir və ölkədə 150 yanacaqdoldurma stansiyası yerləşir. Azərbaycan İsveçrə şirkətləri üçün sərmayə qoyuluşu baxımından çox mühüm ölkədir və mən düşünürəm ki, həm də özəl firmalar gələcəkdə sizin ölkənizə investisiya qoyacaqlar. Nəticə çıxarmaq istərdim ki, Azərbaycan İsveçrə üçün çox cəlbedici ölkədir və ölkənizə ziyarət zamanı qurulmuş bütün əlaqələr və bütün dialoqlar çox konstruktiv olub və dost şəraitində keçib. Əminəm ki, bundan sonra da əməkdaşlığımızı inkişaf etdirəcəyik.

Qeyd etmək istərdim ki, Azərbaycan strateji əhəmiyyətə malikdir, belə ki, Şimalla Cənub, həmçinin Şərq və Qərb arasında bağlayıcı halqadır. Strateji əhəmiyyətinə və resursların sayının çox olmasına görə, Azərbaycan İsveçrə üçün, Avropa üçün çox maraqlı və mühüm bir tərəfdaşdır.

- Azərbaycan İsveçrənin Cənubi Qafqazda əsas ticarət tərəfdaşı və MDB-də əsas ticarət tərəfdaşlarından biridir. Hazırki əmtəə dövriyyəsinin həcmi iki ölkənin bütün potensialını əks etdirirmi? Ölkələrimiz arasında əmtəə dövriyyəsinin əsas maddələri hansılardır və onun genişləndirilməsi üçün potensial istiqamətləri mövcuddurmu?
- Yəqin ki, əmtəə dövriyyəsinin həcmini nəzərdən keçirəcəyimiz vaxtı ayırd etmək lazımdır. Əgər onu orta müddətli perspektivdə nəzərdən keçirəcəyiksə, o zaman ticarət əlaqələrinin inkişafı üçün yüksək potensial var. Əgər qısa müddətli perspektivdə baxılacaqsa, o zaman enerji resurslarının aşağı qiymətləri məsələsi ortaya çıxır, buna görə də əmtəə dövriyyəsinin potensial həcmləri barədə mühakimə yürütmək çətindir.
Əmtəə dövriyyəsini artırmağın mümkün olduğu sahələrə gəlincə, mən burada, həmçinin energetika, turizm, kimya sənayesi, əczaçılıq sahələrini xüsusilə qeyd edərdim.

Qeyd etmək istəyirəm ki, Azərbaycan və xüsusən Bakı İsveçrə üçün çox cəlbedici turizm məkanıdır. Bura çox xoşumuza gəldi. İsveçrədə də ölkələrimiz arasında birbaşa uçuşların həyata keçirilməsində maraqlı olan şəxslər var. 2015-ci il Avropa Oyunları, Formula-1 yürüşləri kimi idman tədbirlərinin keçirilməsi, eləcə də bu yaxınlarda futbol üzrə Avropa çempionatında reklam ( SOCAR-ın reklamı) xalqımızın Azərbaycana marağını artırır.

- İsveçrə Azərbaycanın qeyri-neft sektoruna fəal şəkildə sərmayə qoyur. Ölkədə bir çox iri İsveçrə şirkətləri fəaliyyət göstərir, onlardan biri (SIKA) Sumqayıt Kimya Sənaye Parkının rezidentidir. Digər isveçrə şirkətləri Azərbaycanın sənaye parklarına maraq göstərirlərmi? Ölkəmizə investisiya qoyuluşunun prioritet istiqamətləri hansılardır?

- SIKA İsveçrə şirkətlərinin Azərbaycana fəal sərmayə qoymalarının çox yaxşı nümunəsidir. Həmçinin qeyd etmək istərdim ki, isveçrəli sahibkarlar Azərbaycanda nəqliyyat, infrastruktur kimi sahələrə vəsait qoymağa hazırdırlar. "Holcim" (Azərbaycanda sement zavodunun səhmdarıdır) və "Stadler" (Azərbaycana elektrik qatarları və vaqonlarının ixrac edir) şirkətləri buna yaxşı nümunə ola bilər. Bundan başqa, "Nestle" şirkəti Azərbaycanın qida sənayesi sahəsinə fəal sərmayə qoyur, eləcə də maşın sənayesi və emal sənayesi sahəsində fəaliyyət göstərən "Buhler" firması ölkənizə vəsait göndərir. Həmçinin, bizim şirkətlərin kimya sənayesinə sərmayə qoymaq marağı var, amma bütün bunlar üçün vaxt lazımdır, buna görə də bu investisiyalara uzun müddətli perspektivdə baxmaq lazımdır.

Azərbaycan İsveçrə üçün Qafqazda sərmayə üçün ən cəlbedici ölkədir. İnvestisiya qoyuluşu üçün ölkədə maliyyə və siyasi sabitlik lazımdır.

- Sizin nazirliyin tabeliyində olan qurumlardan biri Maliyyə Bazarlarına Nəzarət Xidmətidir. Bu ilin əvvəlində Azərbaycanda da belə bir xidmət - Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı. Palata, həmçinin sığorta bazarı və qiymətli kağızlar bazarına nəzarət edir. Bununla əlaqədar bu cür qurumların fəaliyyətinin nə dərəcədə effektiv olmasını və ölkənin bütün maliyyə bazarları üzərində nəzarəti bir orqana verməyin nə qədər səmərəli olduğunu bilmək istərdik?

- Bizim təcrübədən qeyd etmək istərdim ki, İsveçrədə maliyyə bazarları üzərində nəzarət Maliyyə Nazirliyi və Milli Bankdan ayrılıqda aparılır, mən də Azərbaycana və bütün digər ölkələrə bu cür yanaşmanı tövsiyə edərdim.
- Azərbaycanda da bu orqan Mərkəzi Bankdan müstəqil fəaliyyət göstərir.
- Onda təkcə Azərbaycana deyil, həm də bütün ölkələrə məsləhət görərdim ki, dünya iqtisadiyyatında mövcud qeyri-sabit vəziyyət şəraitində xərclərini azaltmağa çalışsınlar, doğru sərmayə qoysunlar və bank sahəsində qeyri-ordinar hadisənin baş verməməsi üçün banklar üzərində nəzarəti gücləndirsinlər. Bu sahədə heç bir fövqəladə hadisə baş verməyib. Bu mənim reseptim, yanaşmamdır, amma hər bir dövlətin bu kimi məsələlərin həllinə öz yanaşması ola biləcəyini unutmaq olmaz.

- Vergi və gömrük orqanları keçmişdə Azərbaycanda da Maliyyə Nazirliyinin tabeliyində olub, amma sonra onlar ayrı-ayrı qurumlara ayrılıb. Bu strukturların mərkəzləşdirilməsinin mümkün çətinlikləri və üstünlükləri nədən ibarətdir?

- Qeyd etmək istərdim ki, hər iki qurumun - vergi və gömrük - bizim ölkədə böyük fərqi yoxdur, çünki gömrük ƏDV daxil olmaqla bizim bütün gəlirlərin təxminən 20 faizini təmin edir. Bəlkə başqa ölkələrdə bu idarələr fərqlənir, ancaq bizim gömrük və vergi strukturlarında gedən proseslər praktiki olaraq eynidir – onların hamısı maliyyənin toplanması və büdcəyə gəlirlərin yönləndirilməsi ilə bağlıdır. Ona görə də bizdə bu iki qurumu bir nazirlik altında birləşdirməyin mənası var.