

MWM: Dünyada nüvə zərbəsi endirməyə qadir olan 15 ölkə var.
Xalqcebhesi.az xəbər verir ki, Amerikanın Military Watch Magazine (MWM) jurnalının məlumatına görə, hazırda dünyada 15 ölkə nüvə zərbəsi endirmək imkanına malikdir.
"Nüvə Silahlarının Yayılmaması Müqaviləsi nüvə silahına malik olmağı yalnız beş ölkə ilə məhdudlaşdırsa da, bu gün ümumilikdə 15 ölkə ən azı məhdud məlum nüvə zərbəsi qabiliyyətini saxlayır", - məqalədə qeyd edilir.
Müəlliflər ABŞ, Rusiya, Fransa, Çin və Böyük Britaniyanı “ənənəvi” nüvə silahına malik ölkələr siyahısına salıblar. Bundan əlavə, nəşr potensial nüvə gücünə əsaslanaraq dörd ölkə qrupunu müəyyən edib.
Birinci qrupa Çin, ABŞ və Rusiya daxildir, çünki onlar tam hüquqlu nüvə triadasına malikdirlər. İkinci qrupa Hindistan, Pakistan, Şimali Koreya və İsrail daxildir ki, bu ölkələr, jurnalistlərin fikrincə, nüvə silahlarının yayılmaması haqqında sazişə baxmayaraq, öz nüvə silahlarını hazırlayıblar. Üçüncü qrup dövlətlərə nüvə başlıqları daşıya bilən ballistik raket sualtı qayıqlarına malik olan Fransa və Böyük Britaniya daxildir.
Nəhayət, dördüncü qrupa müttəfiqlərindən nüvə silahı almış ölkələr olan Belarus, Almaniya, Hollandiya, Belçika, Türkiyə və İtaliya daxildir.
Məryəm Quliyeva