“Qanunun vahiməsi olmalıdır” Müsahibə

“Qanunun vahiməsi olmalıdır”

Şəmsəddin Əliyev: "Bir vətəndaş digər vətəndaşı qətlə yetirisə dövlət öz vətəndaşının qisasını digər vətəndaşdan ədalətli şəkildə almağı bacarmalıdır"

"Polisə Dəstək" İctimai Birliyi bu istiqamətdə müxtəlif layihəlkər həyata keçirir, maarifləndirmə tədbirləri aparır. Eyni zamanda birliyin sədri Şəmsəddin Əliyev qanunvericilikdə olan boşluqlar və digər problemlərlə bağlı maraqlı təkliflər səsələndirir. Onunla müsahibəmizdə bir çox maraqlı məsələlər müzakirə olundu.

- 2008-ci ildə "Polisə Dəstək" İstimai Birliyinin nizamnaməsini hazırladıq, təşkilatı təsis etdik. Məqsəd polis orqanlarına ictimaiyyətin dəstəyini təmin etməkdir. Yəni bu ifadə özündə çox şeyi ehtiva edir. Bunun kökündə konstituson məsələlər dayanır. Yəni cəmiyyətdəki sabitliyin qorunub saxlanılması üçün vətəndaşlar seyrçi mövqedə dayana bilməz. Mütləq mənada bu sabitliyi qoruyub saxlayan təbəqəyə dəstək vermək lazımdır. Mən dövlətin vətəndaşıyam. Sabitliyin qorunmasına töhfə vermək üçün isə insanın polis paqonu əsas şərt deyil. Bunu cəmiyyətə aşılamaq lazımdı və bizim missyamız da bundan ibarətdir. Sorğu keçirsək 100 nəfərdən 50-si deyəcək ki "biz, polisə dəstək veririk.

- Avropa ölkələri başda olmaqla, bir sıra dövlətlərdə, o cümlədən qardaş Türkiyədə cəmiyyətin polisə dəstəyi yüksək səviyyədədir. Azərbaycanda isə bu ənənə tam formalaşmayıb. Hətta buna mənfi yanaşanlar da az deyil. Bu isə təbii ki cinayətkarlıqla mübarizədə polsin işini çətinləşdirir. Bu ənənənni formalaşması, cəmiyyətin polisə dəstəyinin daha çox olması üçün nə etmək lazımdır və təşkilat olaraq hansı addımlar atırsınız?

- Əgər polisə ictimai dəstəyə mənfi yanaşırıqsa, deməli şüurumuzda deformasiya var. Mən, belə düşünürəm. Konstitusiyada belə bir maddə var: "Dövlətə qarşı qiyama və dövlət çevrilişinə cəhdə müstəqil müqavimət göstərmək hər bir Azərbaycan vətəndaşının hüququdur". Əsil vətəndaş belə hallarda biganəliyə qapıla bilməz. Cinayətkarlıqla mübarizədə də polisə dəstək vermək vətəndaşların hüququdur... Polisin fəaliyyətini tənzimləyən bütün hüquq normalarında, normativ aktlarda qeyd olunur ki, pois cinayətkarlıqla bağlı fəaliyyətini mütləq ictimaiyyətlə bərabər qurmalıdır. Əgər cəmiyyət özünü bu müqəddəs vəzifədən kənara çəkirsə, polis kimə güvənməlidir? Hər bir vətəndaş anlamalıdır ki, cinayət cəmiyyətdə törədildiyindən ictimai münasibətlərə ziyan gətirir.
Biz, çalışırıq ki, bu cür düşüncəni insanların beynindən çıxaraq. Hansı yollarla? Nə etmək lazımdır ki, insanlar belə düşünməsinlər? Nə etmək lazımdır ki, insanlar polisə güvənsinlər, onu özlərinə yaxın bilsinlər? Birmənalı şəkildə başa düşmək laızmdır ki, Azərbaycan xalqının rahat gecələri polisin narahat gecələri hesabına başa gəlir. Birmənalı olaraq bütün cəmiyyətlərdə belədir. Biz, belə qərara gəldik ki auditoriyalardan başlayaq. Orada cinayətkarlıqla mübarizə, onu doğuran səbəblər, şərait, cinayətkarlığı doğuran səbəblərin aradan qaldırılması yolları ilə bağlı maarifləndirməyə başladıq. Bunun üçün yerlərə ezam olunduq. Azərbaycan Respublikasınını Prezidenti yanında QHT-lərə Dövlət Dəsətəyu Şurası 2008-ci ildən bu günə qədər kifayət qədər layihələr reallaşıdırb. Bizim də bu layihələrdə çox böyük iştirakımız olub. Məsələn Lənkəran Dövlət Universiteti, Gəncə Dövlət Universitetində, Azərbaycan müəllimlər İnstitununu fliallarında bu işləri aparmışıq. Burada təkcə tələbələr deyil, pedoqoji heyət, regionlar üzrə Kütləvi İnformasiya Vasitələri, respublika televiziyaları, ictimaiyyət nümayəndələri arasında məlumatlandırma işi aparmışıq. Biz bu istiqamətdə addımlarımızı atdıqca atdığımız addımların səmərəsini hiss etmişik. Auditoriyada tələbələrin bu mühazirələri dinləmsi onların hüquqla bağlı məntiqi təfəkkürünün inkişafına şərait yaradır.

- Bu gün üçün aktual olan cinayət növlətindən biri insan alveri ilə bağlıdır. Cinayət qurbanlarının statistikasına baxdığımız zaman məlumatsızlığın da onları qurbana çevirdiyinin şahidi oluruq. Bu istiqamətdə maarifləndirmə işi aparısınızmı?

- İnsan alveri insanın əşya, qul kimi alınıb satılması deməkdir. Qul danışan alət deməkdir. Amma müasir cəmiyyətimizdə bu cinayətlərə yol verilir. Bu istiqamətdə insanlarımızı maarifləndiririk ki, insanlar qurbana çevrilməsinlər. Təqribən 15-20 dəqiqiəlik mühazirədən sonra mən, auditoriyaya sual verdim, sizcə insan alverini doğuran səbəblər hansı ola bilər? Tələbələr ekspertlərin düşüncələrinə uyğun cavab verdilər. Məlumatsızlıq, işsizlik, ailədə zorakılıq hallarına yol verilməsi və sair. Bunlar həqiqətən də kifayət qədər ciddi faktorlardır. Biz, gördük ki, bizim atdığımız addımlar səmərəsini verir və bu çox sevindirici haldır. Bizim insan alveri ilə bağlı tədbirlərimizin davamı, Gəncədə, Şamaxıda oldu. Belə tədbirləri Bakıda da həyata keçiririk.

- Qanunvericilikdə olan boşluqların cinayətlərin törədilməsində rolu nə qədərdir?

- Təkcə insan alverinə deyil, narkotik və digər cinayətkarlığın genişlənməsinə də qanunvericilikdə olan boşluqlar təsir edir. Qanunları bu gün üçün qəbul etmək olmaz. Qanunlar çox uzağa hesablanmalıdır. Gələcək də nəzərə allnmalıdır. Qanunun sərtliyindən çox, onun işləməyinə çalışmalıyıq. Əgər qanun işləmirsə, deməli, daim onun sərtliyinə ehtiyac yaranacaq. Son zamanalar təklif olunur ki, yetkinlik yaşına çatmayanlara qarşı seksual hərəkətlərə yol verənlərlə bağlı qanun sərtləşdirilsin. Məsələn, əvvəlki Cinayət Məcəlləsində bununla bağlı cəza müddəti 3 ildən 5 ilə qədər idi, indi bu müddəti 4 ildən 8 iləqqədər uzadıblar. Bu hədlər arasında olan məsafənin özü qanunvericiliyin boşluğunu göstərir. Biz, 3 il cəza verməklə bu cinaytətkərlığın qarşısını ala bilmərik. 8 il verilsə daha yaxşı olar. Amma konkret rəqəm olsa – 8, 10, 20 il, ömürlük həbs və ya ölüm hökmü – artıq bu anlayış cəmiyyətdə insanların şüuruna hopsa, düşünürəm ki, cinayətkarlığın qarşısını qismən də olsa ala bilərik. Amma cəzanın sərtliyi cinayətkarlığın qarşısını almır. Bu mükün olan şey deyil. Fikrimcə, bu gün biz, sadəcə cəmiyyəti elə qurmalıyıq ki, cəmiyyətdə pis vərdişlərə, qanunlara zidd davranışlara yer qalmasın.

- Son zamanlar cəmiyyətə psixoloji baxımdan mənfi təsir edən ağır cinayət halları zamanı ölüm hökmünün bərpası ilə bağlı məsələ gündəmə gəldi. Hətta bəzi millət vəkilləri də bunun tərəfdarı
olduğunu bildirdilər. Necə düşünürsüz, bu gün ölüm hökmünün bərpasına ehtiyac varmı? Ölüm hökmünün bərpa edilməsi ağır cinayətlərin azlmasına gətirib çıxara bilərmi?

- Azərbaycanda ölüm hökmü ləğv olunmayıb. Konstutisiyaımızln 27-ci maddəsində hansı hallarda yaşama hüquqlarnın məhdudlaşdırılmasına cavab verilir. Dövlətə qarşı, cinayətlərdə vətəndaşların həyat və sağlamlığına, şəxsiyyət əleyhinə xüsusuilə ağır cinayətlərdə ölüm hökmü tətbiq edilə bilər. Konstitusiyada bu var, amma biz, ölüm hökmündən istifadə etmirik. Buna görə, də elə təəssürat yaranıb ki, Azərbaycanda ölüm hökmü ləğv olunub. Ləğv olunmayıb, sadəcə moratorium qoyulub. Konstitusiyamız qüvvədədir. Konstitusiyaya əlavə və dəyişikliklər zamanı da bu maddəyə dəyişilklik olmadı, qüvvədə qaldı. Ona görə də mən, düşünürəm ki, qanunvericilikdəki boşluqlara hüquqi cəhətdən yenidən baxılmaldır. Niyə azyaşlılara qarşı seksual xarakterli cinayətlər artıb? Cəmiyyətdə buna şəraitmi yaradılıb? Əsla yox. Biz, sadəcə qanunlarımızı insanların təfəkkürü, başa düşdüyü səviyyədə çatdıra bilmirik. Bizdə qanunun şərhi, maarifləndirmə yoxdur. Amma 20 yaşında bir gəncdən istənilən bir müğənni barədə soruşsanız onun evini yerşədiyi yerə qədər biləcək. İnsanlar maariflənmədən faydalanmalıdırlar. Əgər faydalanma yoxdursa, onda bizim zəhmətimiz hədərdir, maarifləndirmənin effekti yoxdur. Əgər cinayət baş verirsə artıq onun nəyinə xəbərdarlıq edilməlidir? Bizə lazımdır ki, bu maarifləndirmə tədbirləri, profilaktik addımlar cinayət hadisəsi törədilənə qədər olsun və o baş verməsin. Biz, bütövlükdə cinaytəkarlığı əhatəyə alıb, cəmiyyəti sağlam saxlaya bilmərik. Bu, heç kimə müyəssər olmayıb və bu gün də mümkün deyil. Ona görə də sadəcə cinayətin baş verməməsi üçün çalışmaq laızmdır.
Bu barədə bir az geniş danışaq. İnsanın insana mərhəməti yoxsa, o, canidir. Çünki insan Allah mərhəmətinin təcəllasıdır. Bir nəfər hamıya, hamı isə bir nəfərə möhtacdır. Kainatda da belədir: bir şey hər şeyə, hər şey də bir şeyə möhtac olaraq yaradılıb. Bu mənada bir alma ağacının cücərib meyvə gətirməsi üçün torpağa, qulluğa, günəşə,yağışa, gecəyə, gündüzə və fəsillərə ehtiyacı olur. Burada bütün kainat əməkdaşlıq edir. İnsanın da bütün hüceyrə və orqanları arasında mükəmməl bir əlaqə - proses var. Hər ikisini yoxdan var edən Rəbbimizin burada nifrəti də var. Məhəbbətlə, şövqlə yaratdığına nifrət. Bu, kiminsə insan həyatının ritmik ahəngini pozmasında, fitnə və fəsad törətməsində yaranır. Qatilə də cəmiyyətdə belə nifrət var!
Keçmiş SSRİ məkanında ölüm hökmü 30 aprel 1954-cü ildən qəsdən adamöldürmə hallarına görə tətbiq edilməyə başlandı. Müttəfiq respublika kimi Azərbaycanda da yüksək cəza tədbiri qərarlaşdı.
Lakin 1961-ci ildən başlayaraq ölüm hökmü ağırlaşdırıcı hallarda zərif cinsdən olanlara qarşı təcavüz hallarına görə də tətbiq edilməyə başlandı. Həmin dövrlərdə cinayətkarlar öz əməllərinin qurbanı olan qadınlara təcavüz etdikdən sonra onları öldürməyə üstünlük verirdilər ki, şahidlik edə bilməsinlər.
Cəmiyyət tam humanistləşənə, şüurlarda xeyirxahlıq hissləri tam qərar tutana qədər ölüm hökmünün tətbiqi məqbul sayılır. Burada dövlətin adından çıxarılan hökm əsasında qisas almaqda məqsəd Allahın yaratdığını-qatili yaşamaqdan məhrum etmək yox, Allahın yaratdığı varlığı qətlə yetirildiyinə görə qatilə ədalətli və layiqli cəzanı tətbiq etməkdən ibarətdir.
Düşünürəm ki, ölüm hökmü insan həyatına və sağlamlığına və xüsusilə ağır cinayətlərə görə tətbiq edildikdə sosial ədalət bərpa olunur. Digər tərəfdən, qəsdən adam öldürənlər və xüsusi amansızlıqla, qeyri-insani hərəkətlərlə cinayət törədənlər ömürlük həbs cəzasına məhkum edilsələr də, onların islah olunmasını ehtimal etmək çətindir. AR-nın CM-də ömürlük həbsin 25 ilini çəkmiş məhkumların qalan cəzasını çəkməsinə məhkəmələr daha lüzum qalmadığı qənaətinə gələrlərsə, hakim həmin şəxsin cəzasını 15 ilə endirə və ya məhkumu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Təbii ki, bu, sosial ədalətin bərpası deyil. Qətlə yetirilən də, qatil də AR-nın vətəndaşıdır və hər ikisi vətəndaşa məxsus hüquq və azadlıqlardan istifadə etmək hüququna, vəzifələrə malikdir. İkrah yaradan hal ondan ibarətdir ki, istər prossesual qanunvericilik, istərsə də ədalət mühakiməsi daha çox müqəssirin qeydinə qalır, o, müdafiəçi ilə təmin edilir, yüngülləşdirici hallar nəzərə alınır və s. Müəyyən müddətdən sonra zərərçəkən - qatilin əməlinin qurbanı unudulur. Dövlətin adından tətbiq edilən cəza elə bir həddə olmalıdır ki, digər tərəf üçün, bəzən də hər iki tərəfə qisas almağa imkan yaratmasın. Amma son hadisələr ictimai təhlükəlilik baxımından daha ağır olduğundan, qatilə yaşamaq hüququnun verilməsilə onun təhlükəsizliyinə bir növ zəmanət verilir. Belə hallar isə qurbanların doğmalarında ikrah və qisas hissi yaradır. Dövlət qətlə yetirilmiş vətəndaşının qisasını qanunun tələbləri daxilində digər qatil vətəndaşından almayanda, zərərçəkənin doğmaları üçün qisas almağa şərait yaranır.
Səmavi kitabımız "Qurani-Kərim"in Bəqərə surəsinin 179-cu ayəsində buyrulur: "Ey ağıl sahibləri, qisasda sizin üçün həyat vardır..." Cəmiyyətin də həyatı "qisas" hökmünün həyata keçirilməsindədir ki, nahaq cana qıymasınlar.
Dövlətin ali məqsədi insan və vətəndaş hüquqlarını və azadlıqlarını, vətəndaşlarının layiqli həyat səviyyəsini təmin etməkdən ibarətdir. Müstəsna cəza tədbiri olmadığına görə dövlət daha çox 15 il və yaxud ömürlük cəza çəkən "vətəndaşının" qayğısına qalır, lakin cinayət əməlinin qurbanı olan şəxsin ailəsinin sosial vəziyyəti taleyin axarına buraxılır, nəticədə təkrar, ağır cinayətlərə qeyri-aşkar dəhliz açılır. Bu problemləri doğuran səbəblərin sırasında birincisi və ən mühümü ölüm hökmünün olmamasıdır. Qəsdən ağır cinayət törədənlər zərərçəkənlərin bütün konstitusion hüquq və azadlıqlarına, vəzifələrinə xitam verməklə, onun soykökünə də "soyqırım" edirlər...
Kim deyirsə və yaxud düşünürsə ki, ölüm cəzasının tətbiqi ağır cinayətlərin qarşısını almağa kömək etmir, yanılır. Onun tətbiqilə ölümün vahiməsi və xofu həm ictimaiyyət, həm də cinayətkarların əhatəsi üçün çox təsirli olacaq. Zərərçəkənlər isə bu cəzadan təskinlik tapacaqlar.
Qobustan qapalı təcridxanasında cəzasını çəkən bir qrup məhkum barədə ölüm hökmünə moratorium qoyulana qədər həmin cinayətkarların güllələnməsi üçün hökm qanuni qüvvəsini almışdı. Avropa Şurasının tövsiyə xarakterli protokolu əsasında mərhum prezident Heydər Əliyev ölüm hökmünə qadağa qoydu. Yüksək cəzaya layiq bilinmiş təxminən 20-yə yaxın cinayətkarın cəzası ömürlük həbslə əvəz edildi. Bu vaxta qədər səsləri çıxmayan həmin məhkumlar sonra cəzalarını ömürlük yox, 15 il azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməsini tələb edərək cəzaçəkmə yerində aclıq aksiyasına başladılar, onların müdafiə komitələri yaradıldı. Mən bunu qanunlarımıza və ictimaiyyətə, habelə zərərçəkənlərin doğmalarına münasibətdə müstəsna həyasızlıq kimi qiymətləndirirəm.
Belə şəxslərin müəyyən müddətdən sonra azadlığa buraxılması ilə nə baş verəcəyini öncədən təsəvvür etmək çətin deyil.
11 sentyabr 2011-ci ildə terror aktının təşkilatçılarından biri, 3 minə qədər qətllərin subyekti, terrorçu Zəkəriya Mussaya 2006-cı ildə hökm elan edilərkən hamının gözlədiyi ölüm cəzası ona tətbiq edilmədi. Hakim hökmü elan edən kimi o qışqıraraq: "Amerika sən məğlub oldun, mənsə qalib çıxdım" - deyə məhkəmə zalında bağırmışdı. Düşünürəm ki, hər bir qatilin düşüncəsində bizə bəlli olmayan belə istehzalı fikirlər var və bu, qanunun acizliyindən irəli gəlir.
Hər cür həbs cəzası kimi, ömürlük həbsin də tətbiqi cəmiyyətin təhlükəsizliyinə tam zəmanət verə bilməz. Ömürlük həbs zamanı məhkumun qaçmasını ehtimal etmək də mümkündür. Hər zaman, hər bir dövlətin cəzaçəkmə müəssisələrində ağır cinayətlərə görə məhkumların kütləvi, qrup halında qaçması faktı az olmayıb. Onların geri qaytarılması üçün çox vaxt sərf edilir və həmin şəxslər cəmiyyət üçün daha təhlükəli olur, bəzən də rejim əməkdaşlarına müqavimət göstərir, xəsarətlər yetirir, onlara qarşı yeni qətllər törədirlər. Bir sözlə, mühafizəçilərin həyat və sağlamlığı üçün ciddi təhlükə yaranır. Belələri "onsuz da ölüm hökmü yoxdur" - deyə insanlığa sığmayan vəhşiliklərini davam etməkdən çəkinmirlər. Belə şəxslər bəzən həbsxanalarda da sifarişli qətllər törədir və yaxud belə təhlükəli şəxslərin sifarişi ilə azadlıqda ictimaiyyətə qarşı ağır, serial cinayətlərə rəvac verilir.
Cinayətin qurbanlarının doğmaları qatilə rəhm edilməsi, ona qarşı həbs cəzasının tətbiqi ilə barışa bilmirlər. Ona görə də hər hansı bir yolla qisas almağa çalışırlar...
Digər tərəfdən, qəsdən törədilən cinayətlərə görə həbs müddəti nə qədər uzadılsa, bir o qədər cəmiyyətə zidd halların qarşısı alınar, əmniyyətə təhlükə olmaz. Sirr deyil ki, cəzadan azad olmuş şəxslərin təkrar cinayət törədib geri dönməsi qısa zamanda baş verir. Çünki cəmiyyət belə arzuolunmaz şəxsləri ya qəbul etmək istəmir, ya da onları qarşılamağa hazır deyil. Məhz elə bu "hazırlıqsızlıq" cəmiyyət üçün, ictimai münasibətlər üçün baha başa gəlir. Təkcə 2012-ci il ərzində 12526 cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin 1694 nəfəri əvvəllər məhkum olunmuşlardır. Bunların sırasında təkrar ağır cinayət törədənlər az deyil.
İslam bir nəfərin digərinə bıçaq verərkən onun tiyəsini yox, sap tərəfini uzatmağı əmr edir. Hətta heyvan kəsimində belə, bıçağı heyvana göstərməməyi öyrədir. Düşmən meyitlərinə amansızlığı qadağan edir. Bu, ilahi bir hikmətdir. Xəstə xəstəliyinə uyğun dərmanla müalicə edildiyi kimi, cinayətkar da əməlin dərəcəsinə uyğun olan cəza ilə müalicə-islah oluna bilər. Cəzanın qanunun dili ilə məqsədi zərərçəkmişləri ovundurmaq, sosial ədaləti bərpa etməkdir. Amma qatilə "ölüm" tətbiq edilməyəndə, ona yaşamaq üçün imkan verməklə ədalət pozulur. Axı hüquq-azadlıq, ədalət və bərabərlik ölçüləri ilə kamilləşir. Günahkar ədalətli cəzasını almayanda, şüur da deformasiyaya uğrayır və bərabərlik də pozulur. Bu mənada, cinayətkar cəmiyyət üçün sosial bəla və qorxu daşıyıcısıdır, cəmiyyətin təhlükəli xəstəliyə yoluxmasının təzahürüdür. Ölüm cəzası isə bu xəstəliyin dərmanıdır. Məqsəd radikal təhlükəli mənbənin zərərsizləşdirilməsindən gedir. Maniya "xəstəliyinə" tutulmuş manyaklara-serial adam öldürənlərə rəhm etmək olmaz, onlara ölüm hökmü verilməlidir ki, cəmiyyət inkişaf etsin, vahimədən uzaq olsun.
Bəzi hüquqşünaslar belə hesab edir ki, ölüm hökmünün tətbiqi cinayətlərin qarşısını almağa təsir etmir. Yalnız cinayət baş verdikdə "düşünürük ki, onun qarşısını almaq olardı". İnsanın gələcəyi barədə də fikir söyləmək çətindir, lakin xüsusi amansızlıqla və qəsdən digər ağır cinayət törədənlərə qarşı ölüm hökmü tətbiq edilərsə, tam əminliklə demək olar ki, o bir daha heç bir yeni cinayətlərin subyekti olmayacaq!
Qeyd etmək yerinə düşərdi ki, ömürlük həbs residivliyin də qarşısını almır. Cəzasını çəkən belə cinayətkarlar cəzaçəkmə yerlərində də qətllər törədə bilir. Bütün qatillərə ömürlük həbs tətbiq etmək də dövlət büdcəsinin sərfiyyatı baxımından qəbuledilməzdir. Belə şəxsləri kimsəsiz ahıllar və uşaqlar sırasında görüb himayəyə almaq ən azı sadəlövhlükdür. Digər tərəfdən, qatillərin cəzalarını çəkdikdən sonra azadlığa buraxılması residiv cinayətlərin artımına səbəb olur.Bunu da inkar etmək olmaz.
Amma ölüm hökmü bərpa olunarsa, o icra olunduqdan sonra təkrar olaraq yeni-ağır cinayətlərin baş verməsinə şərait birmənalı aradan qalxır.
ABŞ-nın Hyuston Universitetinin tədqiqatı əsasında alimlər belə fikrə gəliblər ki, əgər İllinoys ştatında ölüm hökmü qüvvədə olsaydı, baş vermiş 150 ölüm faktlarına yox demək və onların qarşısını almaq olardı. Ştatın Pepperday Universitetinin də tədqiqatına görə, ölüm hökmünün qüvvədə olduğu 1 il müddət ərzində ştatda 75 ölüm faktının qarşısını almaq mümkün olub. Rusiya kriminoloqu Pavel Astaxov belə hesab edir ki, əgər şəxs xüsusi amansızlıqla qətl törədərsə, cəzası onu həyatdan məhrum etməkdir.
Məlumatıma görə, Sinqapura gedərkən təyyarədə sərnişinə "hər cür narkotik vasitələrin daşıyıcılarına ölüm var" yaddaş vərəqi paylanır. Bununla da şəhərdə narkomanlıq problemi yaşanmır, yəni ölüm hökmünə anaxronizm, zəmanənin tələblərinə uyğun gəlməyən köhnəlmiş adət, baxışlar, anlayışlar kimi baxmaq olmaz. Ölüm hökmünün əleyhinə və yaxud onun tətbiqinə razı olma mücərrəd anlayışdır. Söhbət ölüm hökmünün mahiyyətini anlamaqdan gedir. Bu cəza dövlətin cəza siyasətinin ana xəttini təşkil etməklə, insan hüquq və azadlıqlarının mühafizə edilməsidir. Təbii ki, belə cəza növü cinayət hüququnun bütün sahələrinə deyil, xüsusi sahənin müəyyən növlərinə şamil edilməlidir.
Ümumi cinayətlərin və cinayətkarlığın profilaktikası üçün sosial müdafiə tədbiri kimi ölüm hökmü zərurət olaraq qəbul edilməlidir. Ölüm hökmünün halqasına düşməməyin çox asan yolu da var: cinayət törətməkdən uzaq ol! Allahın yaratdığı varlığa qəsd etmə. İradəli ol və şeytani hisslərdən yayın! Vəssalam. Mən ölüm hökmünün bərpasının və tətbiqinin tərəfdarıyam.

- Yeni cinayət növlərinə qarşı mübarizə hansı səviyyədədir və cəmiyyətimi bu barədə məlumatlıdırmı?

- Cəmiyyət inkişaf etdikcə yeni cinayət növləri meydana çıxır. Yeni oğurluq növü yoxdur. Amma yeni cinayətlər var. Sabah elə bir cinayət növü ortaya çıxa bilər ki, bununla bağlı bizim Cinayət Məcəlləmizdə maddə olmasın. İnsan alveri ilə bağlı cinayət yarananda da bizim Cinayət Məscəlləsində bu yox idi. 2005-ci ildən sonra, biz buna qarşı mübarizə aparmağa başladıq. Sadəcə sizə bir fakt deyim: 2014-cü ildə Azərbaycan Respublikasının İnsan Alverinə Qarşı Baş İdarəsi insan alveri ilə bağlı 97 fakt aşkarlayıb. Bu 2013-cü ildən təqrribən 20 faiz çoxdur. Bu, artımla müşahidə olunur. Burada 54 qurban var ki, onlardan 51-i qadın, 3-ü kişidir. 37 qadın Türkiyəyə, 16-sı Rusiyaya, 7-si Birləşmiş Ərəb Əmirliklərinə aparılıb. Biz, deyə bilmərik ki, cəmiyyətimiz tənəzzülə doğru gedir. İnkişafa doğru gedirik. Burada da bizim qanunvericilikdə boşluq var. Dövləti və cəmiyyəti narahat edən məqamlar ondan ibarətdir ki, bu cinayətlərin qurbanları arasında qadınlar çoxluq təşkil edir. Fahişəliyə cəlb etmə, əxlaqsiz yuvalar saxlamağa daha çox onların imkanları daxilindədir. Ən pis hal odur ki, biz, fahişəliyi Azərbaycan cəmiyyətində qadağan edə bilmirik. Əgər fahişəliyə cəlbetmə, əxlaqsız yuvalar saxlama qadağan olunubsa, niyə fahişəlik qadağan olunmur? Əgər fahişəlik qadağan olunmursa onda əxlaqsız yuva saxlama, fahişəliyə cəlbetməyə qarşı mübarizənin heç bir effekti olmayacaq. Azərbaycanda fahişəlik birmənalı şəkildə qadağan olunmalıdır. Bu, Azərbaycanın mentalitetinə də ziddir.
Respublika üzrə il ərzində 21 min cinayət hadisəsi rəsmi qeydə alınır. Açılması 80 faizdən çoxdur. Amma sovet dönəmində cinayətlərin sayı az idi və açılma faizi də müvafiq deyildi. Bu cinayətlərin hamısı cəmiyyətdə baş verir. Azərbaycan vətəndaşının dövlətlə siyasi hüquqi bağlılığı var. Bu bağlılıq hər iki tərəfin üzərinə vəzifələr qoyur. Həm dövlət, həm də vətəndaşlar üçün. Dövlət ədalətli şəkildə qətlə yetirilən vətəndaşının qisasını digər vətəndaşından almalıdır. Əks təqdirdə belə ağır cinayətlərin sayı artacaq. Cəza dövlət tərəfindən ona görə tətbiq olunur ki, sosial ədalət bərpa olunsun. Məsələn, hansısa cinayətkar qadının qulağından sırğasını çıxarır. Həmin şəxs bunu bilərəkdən, düşünülmüş şəkildə edir. Nəticədə qadın ona məxsus olan əşyasını itirməklə yanaşı, həm də mənəvi-psixoloji zərbə alır. Niyə görə biz, bu cinayətkara yüngül cəza verməliyik? Yəni biz, nə qədər cinayətkarlıqla mübarizəyə adi hal kimi baxsaq problemlərimiz öz həllini tapmayacaq. 100 nəfərdən 70-nin polisdə qohumları çalışır. Amma insanlarımız polisə kömək etmək istəmirlər, bunu özlərinə sığışdırmırlar. Təbii, polisi mələk qiyafəsində görmürük. Onlar da insandırlar və hamısı nöqsansız ola bilməz. Amma onarın çətin və şərəfli peşəsi cəmiyyətdə lazımı qədər təbliğ olunmur. Bəzən polsin işinin hansı çətinlilklə başa gəldiyinin mahiyyətinə varmırlar. Məsələn, hansısa cinayətakarın Rusiyanın bir vilayətindən Azərbaycana gətirilməsini təsəvvür edin. Büdcəni və digər ehtiyacları bir kənara qoyuram. Bunun hansı çətinliklərlə başa gəldiyini bilmək laızmdır. Qandaldan birini cinayətkarın, birini isə polisin qoluna taxaraq gətirirlər. Mərhum prezident Heydər Əliyev deyirdi: "Dövlət iki halda sarsıla bilər. Cinayət var cəza yoxdur və ya cəza var cinayət yoxdur". Bax, faciə onda başlayır ki, günahsıza cəza verilir. Məhəmməd peyqəmbər (s) bunu başqa bir formada işlədib: "Günahsıza cəza veriləndə, günahkar cəzasız qalanda qiyamət başlayar". Günahkar necə cəzasız qala bilər? Cəmiyyət buna necə diqqətsiz yanaşa bilər? Qanunun vahiməsi olmalıdır, qanun adı gələndə insanlar özlərini yığışdırmalıdırlar. Qanun bu səviyyədə olmalıdır...


- Yeri gəlmişkən Avropa Oyunlarının başlanmasına az qalıb. Təhlükəsizlik tədbirləri barədə nə deyə bilərsiniz, əlavə olaraq hansı addımlar atılmalıdır?

- Avropa Oyunları yaxınlaşır. Çox ciddi hazırlıq işləri aparılır. Yüksək peşəkarlıqla həyata keçirilən təşkilatçılıq var. Bu inkişafı görən bəzi dövlətlər bizə qısqanclıq hissi ilə yanaşırlar. Bu qısqanclıq hələ ki qınına çəkilməyib. Proses dövlət başçısının nəzarəti altındadır, həm Daxili İşlər, həm Milli Təhlükəsizlik nazirlikləri tərəfindən prosesə ciddi nəzarət olunur. Həm də Azərbaycan vətəndaşları arasında kifayət qədər ayıq-sayıq insanlarımız var. Amma burada unudula bilən incə bir məsələ var. Unutmaq olmaz ki, bizə qonaq gələn insanların içərisində ələ alınan idmançılar və ya jurnalistlər ola bilər. Onlar elə bir məqamda təxribat törədə bilrlər ki, bu, heç bir zaman yaddaşımızdan silinməz. Belə variant mümkündür. Ələ alınmış insanlar Azərbaycan dövlətinin nüfuzuna xələl gətirmək məqsədilə təxribat törədə bilrələr. Vətəndaşlarımız burada ayıq-sayıq olmalıdırlar.

Əli