Türkmənçay – 1828: tarixi xronika Ədəbiyyat

Türkmənçay – 1828: tarixi xronika

18-ci yazı

1829-cu il 18 yanvar. "Türkmənçay müqaviləsi"nə əlavə

İran ilə Rusiya arasındakı sərhəd xəttinin təyin edilməsi barədə protokol


Türkmənçay müqaviləsinin IV maddəsinə əsasən Rusiya tərəfindən polkovnik Ramqarov, İran tərəfindən birinci mühəndis müşavir Mirzə Müstovfi, II mühəndis müşavir Mosyo Bartolomi, onların köməkçisi Mirzə Əhməd Abbas-Abad qalasında görüşüb, həmin protokolun mətnini hazırlamışdılar. Protokolu İran tərəfindən Abbas Mirzə, Rusiya tərəfindən Paskeviç imzalayıb möhür vurublar. Onlar sərhəd xətlərini şəxsən yoxlayıb və aşağıdakı sərhəd xəttini müəyyənləşdiriblər.


Bu nöqtədə Araz çayı şərqdən axıb 5 verst məsafədən sonra Qurdçay dəhnəsinə çatır ki, Alaqarqu kəndinə yaxındır. Sol sahilində onun yaxınlığında bir keçid var ki, həmin addadır və 6,5 verst aşağıda Kəndulan çayı dəhnəsinə birləşir ki, sol sahildən axır və Xacəlu kəndi onun yaxınlığında yerləşir. Burada Araz həmişə şərqə doğru axıb geniş səhradan keçir və 17 verst keçdikdə Ultan keçidinə çatır. Qədim Ultan qalası aşağısına çatır və çayın sağ sahilində yerləşir. Qala çayın adı ilə Ultan adlanır. Araz bu yerə daxil olmamışdan Rusiyaya aid 12 və İrana aid 3 adadan keçir. Burada yenə 3 verst axıb, iki Yeddi Bölük keçidinə çatır. Yenidən bu qısa məsafədə 12 İrana və 3 Rusiyaya aid adadan keçir. Burada sərhəd nöqtəsi Yeddi Bölükün iki keçidi ortasında yerləşən nöqtəyə, yəni Yeddi Bulaq adlı yerə çatdıqda yenə öz məcrasını davam etdirir. 21 verstlik məsafə sona çatır ki, 1828-ci il Türkmənçay müqaviləsinin IV maddəsində müəyyən edilib.
Bütün bu məsafədə Araz çayının sahili meşələrlə əhatə olunub. Buradan keçmək mümkün deyil, qarışıqdır. Çünki Araz çayının suyu səhranı tutur. Araz çayı sahilinin 2,5 verstliyi bu məsafəni əhatə edir və çayın bir verstlik məcrasında 29 ada var ki, 19 böyük ada İrana, 10 daha kiçik ada Rusiyaya aiddir. Nəhayət, sərhəd xətti 21 verstliyin qurtaracağına çatdıqda Araz çayı məcrasını dəyişib geniş Muğan səhrasından keçir. Buna əsasən sərhəd xətti Araz çayının sonuna çatıb, özünün sağ sahilində Yəram Təpə (Bayram təpə - S.O.) adlı təpənin qərbində Meşkindən Səlyana gedən baş yolda silindrvari istehkam binası tikilib ki, bu bina İranın şimal tərəfindən iki dövlət arasında sərhəd xəttinin sonudur və bu silindirvari sərhəd xəttindən cənub səviyyəsinə, cənubdan şərqə 32,5 dərəcə əyilir və Muğan səhrasından keçir. 45 verst sərhəd xətti bu minvalla keçdikdən sonra Balharud çayının sağ sahilində yerləşmiş Biləsuvar adlı təpə müqabilində ətrafı yarım diametrlik meydanda Araz çayı ətrafına perpendikulyardır və bu təpə müqabilində bu çayın sol sahilində silindrvari digər yer var ki, sərhəd xəttinin qurtaracağını bu nöqtədə bildirir və orta silindrvari bu iki nöqtə arasında yuxarı qalxıb. İndi Biləsuvarın müqabil nöqtəsindən, yəni Sarıqamış ilə Adinə Bazarın birləşdiyi yerdən 21 verst aşağıda iki dövlət arasındakı sərhəd xətti elə bir xətdir ki, Balharudun məcrasının mənbəyinə doğru bəyan edir. Belə ki, Biləsuvardan sonra onun sol sahili İrana, sağ sahili isə Rusiyaya aiddir.
Sərhəd xətti Sarıqamış ilə Adinə Bazarın birləşdiyi yerə çatdıqda çayın son məcrası ilə yuxarı qalxır. Onun sağ sahili Rusiyaya, sol sahili İrana aiddir. Çinçayı dəhnəsi birləşdiyi 8 verst məsafədə sərhəd xətti aşkar olur. Sol sahildən Dəlil və Qalu dağları müqabilində 10 verst yuxarıda Alazarçaya çatır və İranda olan dəyirmana yaxındır. Orada 30 verstlikdə Şoradərəçay ilə birləşir ki, yenə İran tərəfdə axır.
Sərhəd xətti həmişə Adinə Bazar məcrasma doğru yuxarı qalxıb, Gəlinçay dəhnəsinə, çayın sağ sahilində yerləşmiş və keçmişdə şəhər olan Adinəbazar yaxınlığında Adinə Bazara daxil olur və Rusiyaya aiddir. 0,5 verst yuxarıda bu rayonda kiçik çay dəhnəsinə çatır ki, Qaracadağ dağından axır. Cənixanə dağından 0,5 verst məsafəsi vardır. Sərhəd xətti burada Şənbəçay məcrası ilə yuxarı qalxır. Yəni Ximixanə dağı dəhnəsinin mənbəyinə qədərdir. Belə ki, kiçik çaylar Giliçay, Şaturluçay, Bəradərçay, Uzunçay, Xanluçay və Gəral Qışlaqda Şaturlu və Badam ağacı kəndləri, həmçinin Əlixanlu, Yamadari, Limar, Əliabad, LoqmaĢin Dadar, Diqad ül-sehr və Siyax kəndinin yarısı Rusiyaya aiddir. Digər kiçik çaylar, o cümlədən Məraqeş, Xulutuma, həmçinin onların kəndləri Həməgan, Şənbə, Züleyxanlu qışlaq, Dadmastan enində Van Ufca və Seyaxın Məram digər yansı İrana aid olur.
Sərhəd xətti Çənixanə dağı zirvəsinə çatdıqda qərbə tərəf uzanır. Ondan sonra Qalaçuq, Qurqus, Pirşahverdi, Rişamadar dağları zirvələrindən və qaladan keçib Qaradulandağ qalasından keçib, Pirdavud zirvəsinə çatır. Oradan cənub və qərbə tərəf uzanıb Cinçay və Dilkasçay mənbələri arasına gəlib çatır. Oradan sərhəd xətti qərbə doğru yuxarı qalxıb Cəkir zirvələri arasına çatır. Sərhəd xətti həmin dağın yuxarısına çatdıqda cənuba doğru uzanıb, elə dağ zirvələrindən keçir ki, müqavilənin düzəlişinə uyğun olaraq Miyah məcrasını ayınr. Bu xətt Sıqnaq daşlıqlarından 1,5 verst keçib Qaracadağ dağı zirvəsinə çatır və bu zirvədən 1,5 verst keçib Rəngəbə dağı zirvəsinə çatır elə bu vəziyyətdəki Keçiqıran dərəsi sol tərəfində, Ağız gədiyi sağ tərəfində qalır. Sərhəd xətti burada Meçkindən Muğana gedən baş yolda kəsişir. Sərhəd bu nöqtədən 3 verst məsafədə keçmişdəki kimi uzanır və Şahtəhişmaş dağı zirvəsinə çatır. Oradan cənub və şərqə tərəf uzanıb 2 verst fasilədə bu dağın zirvəsindən Qaravul dağı zirvəsinə qədər gedir. Bu yüksəklikdən aşağı düşdükdə 2 verst məsafədə Meşgin baş yolu aynlır. Murqandarkuvanda qət olunur. Yəni yol kəsilir. Sərhəd xətti həmin məsafədə 6 verst keçdikdən sonra hündür təpəyə çatır ki, qədimdə Qalacuq qalası orada imiş, iki çay, yəni Ərşəq tərəfdə olan Çulaçay, Gəlinçay arasında yerləşmiş Qaracuq dağından sonra Araz xətti Sadağ gədiyi və Bərcəs dağı yuxarısından keçir. 5 verst məsafədən sonra bu Bərcəsdağ dağından sərhəd şərqə doğru uzanır. Xorasan dağı ilə Rusiya tərəfdən və İran tərəfdən olan Alad Xacə dağı dağlar arasındakı hündürlüklərdən keçir. Sərhəd xətti oradan cənub və şərqə doğru uzanır. Elə dərələrin zirvəsindən keçir ki, İran tərəfdə kiçik çayların, o cümlədən Qısa Cərdüməl, Dağ bulağı və Utan mənbəyi həmçinin Talışa tərəf axan Mazara Dərə Əli və Dağbulağı mənbələri onun yaxınlığında olan iki xaraba qalmış Deladan və Dərya kəndlərin həmin dərələrdən qalxır.
Sərhəd xətti Talvama dağı zirvəsindən keçir, 3 verstlik məsafədə Kin dağına çatır. Sərhəd xətti bu məkandan cənuba doğru uzanıb 6 verst keçib, sonra Drigli Mazar Əli qəbiristanlığına birləşir. Belə ki, Ağbulağ, Ətərkəlbulağ, Qara xan gölü, Kiloxoi, Kin, Ərəsti Kəlbulağ, Xacə Bulağ mənbələrinin hamısı İrana aiddir. Digər tərəfdən Delğar kəndindən keçən Salaxabın, mənbəyi həmçinin Heldi Qol, Məmaqun, Himaran, Yilqar gədiyi, Kor Bulağ Rusiyaya aid olur. Driğli Məzar Əli qəbiristanlığından sərhəd 9 verst keçdikdən sonra Osman Giti dağı zirvəsinə çatır və həmin San dağları hündürlüklərindən keçib, oradan sərhəd xətti şərqə doğru davam edir və Xacə Kök dağ, Qazma, Taban dağları zirvəsindən və bir kənddən keçir. Elə bir yolla ki, Delyar mənbəyi İran tərəfdə qalır və iki xaraba kənd, yəni Ağan Gədik, Ləbəxari gədiyi kəndləri və Niyati dərəsi Ğaludərə çayını əmələ gətirən mənbələr xaraba qalmış və həmin adla adlanan kəndin yaxınlığından keçib, Rusiyaya aid olur və Osman Giti dağı zirvəsindən keçdikdən sonra sərhəd xətti cənub və şərqə tərəfə doğru davam edib Savalan və Qızpürdi, Fi Məqsud Umgi dağları zirvəsindən keçir. 4 verst məsafədən sonra Emizalə dağı zirvəsinə çatır, elə yol ilə ki, Piləçayın 6 kiçik mənbəyi onlardan əmələ gəlir və İrana aid olur. Matalı, Qaragül bulağ, İkinci Larugilaf Yüzdi bulaq mənbələri Lənkərançaya birləşir və Rusiyaya aid olur. Əs-Səma dağları zirvəsindən sərhəd xətti cənub və şərqə doğru davam edir. Dəlkəbaşı dağları zirvəsindən keçib 9 verstlikdə yerləşən Kəlubuti zirvəsinə çatır. Həmçinin Əliburan Usi və Varil Dəqəş Təpə, Mürdəsaqi və Cilovquli dağları zirvələrindən keçir. Belə ki, Fasuli bulağ, Daril bulağ, Sərgə Hüli, Sərdə Saqi Huli, Siğə bulağ, Dənəhuni bulağ, Alasüd fəsli bulaq, Mürdəsaqi bulağ, Cilov Qulu bulağ, Səgxamar, Xosb bulağ, Əlidağ bulağ hamısı birlikdə mənbələri Elçaq çayını yaradır, bunlar İrana aiddir. Digər tərəfdən kiçik çaylar, o cümlədən Asiyay bulağ, Dağ Bulağ, Silnaqun bulağ, Əli Tegi bulağ, Unuqsar bulağ, Qızılı bulağ bunların hamısından Zanuduran çay əmələ gəlir, hamısı Rusiyaya aiddir.
Sərhəd xətti Kəlubuti dağı zirvəsinə çatdıqda Mazar Dilnadar dağları, Mas, Manqağı, Lajım Gülbatı və Şindin qalalarından keçir. Oradan sərhəd xətti cənub və şərqə doğru uzanır, dağların hündürlüklərini əldən verir. Gençay qalası kiçik çaya tabe axıb, Ağməscid çay və Astara çayı kəsişdiyi yerə birləşməsinə çatır. Belə ki, Vənəbin, Xacə Pir, Heyran, QazıköĢi, Sal qulun çayları, Basi və Nərgis kəndləri İrana aid olur. Zərdlu, Xeyir oğlu, ġeyx Nobəri, Dədə Süleyman çayları Rusiyaya aid olur. Ağməscid çayı Astaraya birləşdikdə orada Ağ körpü adlı iki qədim xaraba körpü var. Sərhəd xətti Astaraçay məcrasına tabe olur, yəni onun Xəzər dənizinə tökülən dəhnəsinə qədər. Belə ki, Astara çayının sağ sahili İrana, sol sahili isə Rusiyaya aiddir.

Yazıldı 18 yanvar 1829-cu ildə Araz kənarında Beyramluda Bərabərdir 28 rəcəb əl-mürəccəb 1244-cü il. (Əsnadi öz rəvabete ba məntəqe-ye Qafqaz. Tehran, 1994, s. 355-370)

(Fars dilindən tərcümə edəni prof. S.M.Onullahi)


Kərim Şükürov
Tarix üzrə elmlər doktoru, professor