

Hesablama Palatası dövlət satınalmalarının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Bakıda keçirilən “Dövlət satınalmalarının auditi – Təcrübə və innovasiya” mövzusunda seminarda bildirib.
Onun sözlərinə görə, təkliflər bu sahədə qanunvericiliyin təkmilləşdirilməsini, hesabatlılığın artırılmasını və şəffaflığın gücləndirilməsini əhatə edir.
Sədr qeyd edib ki, dövlət satınalmaları səmərəli dövlət idarəçiliyi və maliyyə nəzarətinin əsas mexanizmlərindən biridir.
Onun sözlərinə görə, yeni qəbul olunmuş “Dövlət satınalmaları haqqında” qanunun tətbiqi dövlət satınalmalarının məbləğini əhəmiyyətli dərəcədə artırıb. Bununla belə, yeni qanunvericiliyin icrası zamanı müəyyən çətinliklər və təkmilləşdirilməli məqamlar mövcuddur.