

İngiltərənin "Mançester Siti" klubu Braziliya təmsilçisi "Flamenqo"da çıxış edən Uesli Frankanı transfer etmək istəyir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Şəhərlilər" müdafiənin sağ cinahına oyunçu axtarır. 21 yaşlı braziliyalı futbolçu isə bütün parametrlərdə komandaya uyğundur.
Qeyd edək ki, Uesli Franka 2025 mövsümündə "Flamenqo"da 25 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.