Prezident: Azərbaycan-ABŞ əlaqələrini yeni səviyyəyə yüksəltmək üçün yaxşı imkanlar var Siyasət

Prezident: Azərbaycan-ABŞ əlaqələrini yeni səviyyəyə yüksəltmək üçün yaxşı imkanlar var

Bu gün Azərbaycan-Birləşmiş Ştatlar dostluq əlaqələrini və tərəfdaşlığını keyfiyyətcə yeni səviyyəyə yüksəltmək üçün yaxşı imkanlar vardır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa təbrik məktubunda bildirilib.

“Hesab edirəm ki, iqtisadi-ticari, energetika, nəqliyyat, sənaye, aviasiya, yüksək texnologiyalar, sərmayə qoyuluşu və digər mühüm sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafı üçün böyük potensial mövcuddur”, - məktubda vurğulanıb.