18 Avqust 15:40
Çadayev Azərbaycan ittihamlarından sonra Rusiya nəqliyyat nazirinin müşaviri vəzifəsindən gedib
İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Trampın Hörmüzlə bağlı iddiasına reaksiya verib
Əraqçi: Prezident Pezeşkianın Azərbaycan Prezidenti ilə telefon danışığı vəziyyəti tamamilə dəyişdi
Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb
21 May 2025 11:29
12 383
Bakı Dövlət Universitetində I şeir forumu keçirilib.
Forumda qələm adamları – Aqşin Yenisey, Qismət Rüstəmov, Fərid Hüseyn, Ramil Əhməd və Nadir Yalçın iştirak ediblər.
BDU-nun rektoru Elçin Babayev çıxış edərək qonaq şairləri salamlayıb, forumun keçirilməsini yüksək qiymətləndirib. O qeyd edib ki, bu forum BDU-da ənənə halını almalıdır və növbəti dəfələrdə daha maraqlı, rəsmiyyətdən uzaq formatda təşkil olunmalıdır. Ötən illərin poeziyası ilə müqayisədə maraqlı imzaların bu gün də var olduğunu vurğulayan rektor tələbələrin öz istedad və bacarıqlarını forum çərçivəsində nümayiş etdirməli olduqlarını zəruri hesab edib.
İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair Ələmdar Cabbarlı hər bir qonaq haqqında tələbələrə məlumat verib və qeyd edib ki, onların 3-ü məhz BDU-nun məzunudur. Şeir forumu təşəbbüsünün yüksək mənəvi dəyərlərin qorunmasına və gənclərin zövqünün formalaşmasına xidmət etdiyi vurğulayan Ə. Cabbarlı forumun işinə uğurlar arzulayıb.
Nadir Yalçının moderatorluğu ilə keçirilən forumda şairlərin müasir tendensiyalar, poeziya, yazı prosesinin incəlikləri və ədəbiyyatla bağlı digər fikirləri dinlənilib. Onların hər biri öz yaradıcılığından müxtəlif nümunələr səsləndiriblər.
Forum tələbələrlə disskusiya formatında davam edib.
Sonda müəlliflər tələbələr üçün kitab imzalayıblar.
4 Avqust 13:34
1 211
23 İyul 07:12
1 995
29 İyun 10:40
2 625










