“Ermənilər həyasızcasına Dağlıq Qarabağ münaqişəsinin real həllindən boyun qaçırırlar” Siyasət

“Ermənilər həyasızcasına Dağlıq Qarabağ münaqişəsinin real həllindən boyun qaçırırlar”

Rasim Musabəyov: "Danışıqlar, məsələlərin dinc yolla həlli mümkün olmadığı halda müharibə ehtimalı, münaqişənin gərginləşməsi qaçılmazdır"


ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərindən hansısa nəticə gözlənilməsə də, həmsədrlərin real fəaliyyət göstərməsi tələb olunur.
Deputat Rasim Musabəyov deyib ki, ermənilər həyasızcasına Dağlıq Qarabağ münaqişəsinin real həllindən boyun qaçırırlar: "Ermənilər belə iddialarla çıxış ediblər ki, cəbhə xəttində onların istədiyi kimi etibarlı atəşkəsin təmin olunması həyata keçirilməlidir".
O qeyd edib ki, ermənilər torpaqları işğal ediblər, həm də bu işğalı möhkəmləndirmək barəsində düşünürlər: "Hesab edirəm ki, həmsədrlərin belə təkliflərlə Bakıya gəlib danışıqlar aparması da yersizdir. Hələ ki bu məsələ ilə bağlı müsbət bir şey gözləmirəm".
O qeyd edib ki, Azərbaycan torpaqlarının əbədi işğalda saxlanması ilə barışası deyil: "Danışıqlar, məsələlərin dinc yolla həlli mümkün olmadığı halda müharibə ehtimalı, münaqişənin gərginləşməsi qaçılmazdır".
Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, vasitəçilərin səfər marşrutları hər şeyi aydın şəkildə ortaya qoyur: " ATƏT-in Minsk qrupunun həmsədrləri üç gündür ki, regionda səfərdədirlər. Həmsədrlərin Azərbaycana səfəri ayın 19-da reallaşacaq. İlk olaraq, Ermənistana səfər edən Minsk qrupunun həmsədrləri, bu ölkənin xarici işlər naziri Eduard Nalbandyanla görüş keçirib. Görüşdə Qarabağ münaqişəsi ətrafında vəziyyət, atəşkəs rejimi, monitorinq qrupunun artırılması, Vyana və Santk Petrrburqda əldə olunmuş razılıqlara əməl etmək və digər məsələlər ətrafında müzakirələr aparılıb. Bundan sonra, həmsədrlər Ermənistan prezidenti Serj Sərkisyannın qəbulunda olub. Eyni şəkildə davam edən müzakirələrdə demək olar ki, həmsədrlər Ermənistanın mövqeyini nümayiş etdirirlər". Politoloq deyib ki, Yerevandan işğal olunmuş Azərbaycan ərazilərinə gələn Minsk qrupu burada separatçı rejimin başçısı Bako Saakyan və hərbiçilərlə görüş keçirib: "Həmsədrlərin Xankəndində hərbiçilərlə görüşməsi, Azərbaycana qarşı hörmətsizlik və bir daha bu formatın uğursuz olduğunun göstəricisidir. Qeyd edim ki, Yerevanda görüşlərdə Ermənistan XİN muavini Savaş Koçaryan Minsk qrupunun fəaliyyətindən razı olduqlarını qeyd edir. Göründüyü kimi, işğalçı ölkə bu qrumdan razılıq edirsə, demək bu format işğalçıya dolayı dəstək nümayiş etdirir. Qeyd edim ki, hazırkı səfərdə heç bir proqramı olmayan həmsədrlər, yalnız atəşkəsi və Ermənistanı təzyiqlərdən qorumaq üçün təşrif buyurublar". Məhəmməd Əsədullazadə qeyd edib ki, Bakıya səfərə gələcək Minksk qrupunun üzvülərini Şəhidlər Xiyabanına aparmaq lazımdır. Onun sözlərinə görə, həmsədrlərin Xankəndində hərbiçilərlə görüşlərinə bu tərzdə qarşılıq vermək zəruridir. Politoloq onu da diqqətə çatdırıb ki, Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupu iyirmi ildən artıqdır konflikti həll edə bilmir: "NATO və digər təşkilatlarda məhz bu işə müdaxilə etmir. NATO-nun artıq Gürcüstanda olduğunu nəzərə alsaq, Alyans münaqişəyə öz münasibətini zamanla bildirəcək. Daima NATO ATƏT-in Minsk qrupunun işinə müdaxilə etməmək barədə qeyd edirdi. Qarabağ münaqişəsi həll edilməyincə Azərbaycanın silahlanması davam edəcək. Həmçinin işğalçı Ermənistana Rusiyanın verdiyi silahlarda regionda silahlanma riskini artırır. Bu da yeni müharibənin başlanmasını sürətləndirə bilər. Təbii ki, münaqişə həll olunmayınca, NATO işğalçı ölkəyə təzyiq etməyincə, silahlanmadan narahat olmamalıdır. Narahatdırsa, ilk növbədə münaqişəsinin həllinə dəstəyin ifadə etməlidir. Ermənistanla siyasi dialoq aparmaq əvəzinə ilk növbədə silahlanmaya səbəb olan işğalçının siyasətinə təzyiq etməlidir". Politoloqun sözlərinə görə, görünən odur ki, Ermənistan Azərbaycanın silahlanmasından cəbhədə düşmənə etdiyi təzyiqdən NATO rəsmlərindən imdad diləyir. Müharibə başlasa artıq NATO proseslərə siyasi təsir edəcək.

Əli