Məmmədyarov və Nalbadyanın görüşü Dağlıq Qarabağ münaqişəsinin həllinə nə kimi təsir göstərə biləcək? Layihə

Məmmədyarov və Nalbadyanın görüşü Dağlıq Qarabağ münaqişəsinin həllinə nə kimi təsir göstərə biləcək?

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulun 11-də Avstriyanın Mauerbax şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşü çərçivəsində görüşəcəkləri bildirilib. RİA Novosti-nin məlumatına görə, həmsədrlər regiona son səfərləri zamanı görüşün həmin vaxt keçirilməsini təklif ediblər. Nazirlərin görüşü Dağlıq Qarabağ münaqişəsinin həllinə nə kimi təsir göstərə biləcək?
Politoloq Məhəmməd Əsədullazadənin fikrincə, bu görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi əsas danışıqlar predmeti olacaq. Bu görüşün təşkili ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona ötən ay səfərində əldə olunmuş razılığa əsasən keçirilir. Təbii ki, XİN rəhbərliyi səviyyəsində aparılan danışıqlar prosesi heç bir müsbət nəticə ilə sona çatmır. Keçiriləcək bu görüş də, digər görüşlər kimi analoji olacaq.
Qeyd edək ki, münaqişənin həlli onda müsbətə yaxınlaşar ki, Ermənistan "Yenilənmiş Madrid prinsiplərini" qəbul edib, prezidentlər səviyyəsində görüşlər keçirsin. Hazırda, belə bir siyasi mühit yoxdur. Real danışıqlar üçün ilk növbədə Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü lazımdır. Ermənistan tərəfindən Qarabağ problemində əsas söz sahibi məhz rəsmi Kremldi. Ermənistan prezidenti Serj Sarkisyan bütün müstəqillik imkanlarını Moskvanın öhdəsinə buraxıb: " Xüsusilə qeyd edim ki, Azərbaycan Ermənistan hakimiyyəti və erməni xalqı qarşısında Aprel hərbi eskalasiyasından sonra psixoloji qələbə qazanıb. Ermənistan ordusu daima işğal olunmuş ərazilərdə məğlubiyyətə uğramaq panikası ilə üz-üzədir. Aprel döyüşləri Ermənistanın 20 illik "qalibiyyət" eyforiyasına son qoyub. Ermənistan rəhbərliyinin apardığı siyasət və Moskvanın münaqişənin həllinə mane olması, yeni hərbi əməliyyatların başlanmasını yaxınlaşdırır. Ötən həftə Rusiya Azərbaycana əvvəlcədən imzalanmış memaranduma uyğun olaraq yeni silah partiyalarını göndərdi. Bura tank əleyhinə raketlər və öldürücü silahllarda daxildir. Təbii ki, Ermənistanın strateji müttəfiqi olan Rusiyanın müasir silah sistemlərini Azərbaycana satması işğalçı Ermənistan rəhbərliyində ajiotaja səbəb oldu. Bununla bağlı müdafiə naziri Vigen Sakisyan və digər rəsmlərin açıqlamaları narahatlğın ifadəsidir. Rusiya bu silahlardan Ermənistana verməsi real görünmür. Çünki bu silahllar baha qiymətədir".
M.Əsədullazadə qeyd edib ki, yalnız rəsmi Kreml kommersiya maraqlarına uyğun bu silahlardan valyuta qazanır:"Göründüyü kimi, müttəfiqi olan Rusiya Ermənistana ölkəmizə satdığı silahlardan vermir. Hazırda yüksək səviyyədə danışıqların dayanması, təbii ki, uzun vaxt çəkməyəcək. Ermənistanda hakimiyyət dəyişikliyidə gözlənilir. Səlahiyyəti öz əlinə alan Baş nazir Serj Sarkisyan olacaq, prezident isə indiki baş nazir Karen Karapetyanın olacağını istisna etmirəm. Çünki, Rusiya tərəfindən bu ölkəyə göndərilən Karapetyan strateji postda qalmalıdır. Ermənistanda daxili siyasi vəziyyət daima kövrək olub. Azərbaycanın yeni hərbi əməliyyatları bu ölkədə siyasi böhranı dərinləşdirə bilər. Ermənistan konstitusiyasıns uygun gələn ildən formalaşacaq yeni hakimiyyətdən Azərbaycan tam olaraq sərt xətti davam etdirib konstruktiv mövqe tələb edəcək. Hesab edirəm ki, Rusiya ilə Azərbaycan konfidensial diplomatik danışıqlar apararaq, yeni hərbi əməliyyatları başlaması yuxarıda qeyd etdiyim kimi, Ermənistanda daxili siyasi sabitliyi pozacağına görə bir müddət gözləmə mövqeyi tutada bilsin. Azərbaycan bununla Ermənistana bir daha şans vermiş olur. Buna baxmayaraq, işğalçı ölkənin cəbhədə yeni təxribatçı hırəkətləri, artilleriyadan istifadəsi cavabsız qalmayacaq. Bir müddət bu kimi təxribatlar davamlı olsa, lokal hərbi əməliyyatlar başlaya bilər. Qarşıdan son iki ay var. Bu iki ay hərbi əməliyyatların aparılması üçün çox uyğun vaxtdı. Ols bilər ki, Azərbaycan yenidən Ermənistana bu aylar ərzində ciddi təzyiqlər etsin. İşğalçı ölkə təzyiqlərlə üzləşməyincə daha da aqressivləşir. Cənubi Qafqaz regionunda NATO Gürcüstan üzərindən siyasət aparır. NATO-da dolayı yolla münaqişənin həllində maraqlıdır. Rusiyanın rsgiondan çıxarılması üçün ilk növbədə Qarabağ münaqişəsi tez həll olunmalıdır. Ona görə də Ermənistanın işğalçı siyasəti NATO-nun regionda siyasətini sabotaj edir, təhlükəsizlik siyasətinin qarşısını alır. Alyans əvvəl-axır regionda olduğu üçün münaqişənin həllində vacib rol oynayacaq. Təbii ki, beynəlxalq hüquq normalarına uyğun olaraq, NATO Azərbaycanın prinsiplərinə əsaslanacaq".
Politoloq Mirsamir Məmmədov da nazirlərin görüşündən effektli nəticə gözləmədiyini vurğulayıb. Bunu da Ermənistanın işğalçı siyasətindən geri çəkilməməsi ilə əlaqələndirib: "Ermənistan hər zaman blef bəyanatlar səsləndirməyə çalışaraq Azərbaycan və Ermənistan arasındakı ciddi qüvvələr nisbətini mifoloji şəkildə dəyişməyə can atır. Reallıq isə 180 dərəcə fərqlidir. Ermənistanın bütün qüvvəsi sadəcə səsləndirdiyi qeyri-real, gülünc və mifik bəyanatlardan ibarətdir. Sanki aradakı qüvvələr nisbətindəki fərqliliyin təskinliyini səsləndirdikləri bəyanatlarda tapmağa çalışırlar. Əslində Ermənistanın tək silahı onun iyrənc və mənfur yalanlarıdır. Dünya ictimaiyyətini hər zaman reallıqdan çox uzaq olan saxta ifadələrlə riyakarcasına aldatmağa çalışaraq diqqətləri və Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsinə dair baxış tendensiyasını dəyişməyə can atırlar. Eləcə də həm erməni ictimaiyyətində, üstəgəl Azərbaycan ictimaiyyətində də öz xeyirlərinə ictimai rəy formalaşdırmağa təşəbbüs göstərirlər. Bu siyasət birmənalı olaraq Ermənistanın işğaldan əl çəkməyəcəyinin görüntüsüdür. Lakin reallıq həmişə fərqlidir".
Onun sözlərinə görə, Azərbaycanla işğalçı ölkə arasındakı güc nisbəti heç müqayisə oluna bilməz, hələ nəinki Azərbaycana hər hansısa zərbərlər endirələr: "Bütün dünya şahiddir ki, Ermənistan 2016-cı ilin aprel döyüşlərində bütün dünyaya yalvarırdı ki, Azərbaycan müharibəni dayandırsın. Hələ o zaman biz ordumuzun ixtiyarında olan böyük silahların heç birisindən istifadə emədik. Çox kiçik həcmli silahlarla bütün erməni qüvvələrini ordumuz darmadağın elədi. Lələtəpə qəhrəman əsgərlərimizin şücaəti nəticəsində 40 dəqiqəyə azad edilmişdi. Cocuq Mərcanlı da həmçinin çox rahatlıqla düşmən qüvvələrindən təmizləndi. Ermənilərin bütün gülünc doğuran mifik bəyanatlarına, bütün erməni yalanlarına Prezidentin tapşırığı ilə Cocuq Mərcanlıda məhz Şuşa məscidinin arxitekturasında məscidin inşa edilməsi ən tutarlı və layiqli cavabdı. Bu o demək idi ki, biz, erməni vandallarının məhv etməyə çalışdığı bütün tariximizi və tarixi abidələrimizi, eyni zamanda, bunun fonunda bütün ərazi bütövlüyümüzü bərpa edəcəyik. Ermənilərin bütün fəaliyyətləri sadəcə bəyanatlardan ibarət olduğu halda, Azərbaycan konkret və dəqiq addımlar atmaqdadır və Azərbaycan işğaldan azad etdiyi torpaqlarda yenidənqurma və abadlıq işləri aparır, cəbhəyanı ərazilərdə yaşayan mülki sakinlərin təhlükəsizliyi gücləndirilir, bu sahədə dövlətimiz var qüvvəsilə çalışır. Ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında qüvvələr nisbətindən danışmaq özü absurd bir fikirdir. Ermənistanın bütün qüvvəsi və potensialı 2016-cı ilin aprel döyüşlərində açıq-aşkar görsəndi. Onların tək gücü riyakarlıqdır və bütün dünyaya yalvararaq saxta və yalan göz yaşları ilə öz tərəflərinə çəkməyə çalışmaqdan ibarətdir. Tək bacardıqları budur. Səsləndirdikləri bütün bəyanatlar da sadəcə ictimai rəy xarakterlidir. Ermənistan faktiki olaraq zəif, gücsüz və aciz duruma düşmüş, ciddi demoqrafik problemləri olan, səfil bir ölkədir. Azərbaycanın hərbi büdcəsi isə bütün Ermənistanın dövlət büdcəsindən qat-qat artıqdır. Azərbaycan ordusunun arsenalındakı silahlar dünyanın ən güclü ordusuna sahib ölkələrinin ordularında olan silahlarla eyni səviyyədədir. Azərbaycan silah sənayesi hazırda bir çox məhsullarını dünya bazarına çıxarıb, bir çox dövlətlər Azərbaycanın silahlarından sifariş verib. Faktiki olaraq Azərbaycan hərbi baxımdan çox inkişaf etmiş qüdrətli bir ölkəyə çevrilib. Bu bölgədə heç bir qüvvənin Azərbaycanla hərbi dildə danışmağa potensialı çatmaz, nəinki gücsüz və səfil Ermənistan ola. Azərbaycan ordusu istənilən zaman bütün Ermənistanı 24 saat ərzində yerlə-yeksan etməyə qadirdir. Güclü ordumuz hər an Ali Baş Komandanın əmrini gözləyir. Mən sadəcə hələ dövlətimizin hərbi və siyasi gücündən danışdım. Təbii ki, xalqımızın sonsuz vətənpərvərliyi, həmrəyliyi, ordumuza və dövlətimizə dəstəyi, Ali Baş Komandan ətrafında sıx birləşməsi Azərbaycan dövlətinin gücünü birə-min artırır. Ermənistanda isə insanlar evlərini tərk edib qaçır, çünki erməni əhalisi aclıq və səfalət içərisindədir. Bu səbəbdən Vigen Sarkisyanın səsləndirdiyi ifadələr ancaq erməni təxayülünə sahib olan xəstə ruhlu insanlar üçündür".

Cavid