Qarğaya verilən qoz və ya “Kafkaz” nə yazırdı? Layihə

Qarğaya verilən qoz və ya “Kafkaz” nə yazırdı?

"Qafqaz! – Bu söz necə də ecazkardır!"

Azərbaycan ziyalıları problemləri demək üçün mətbuat gəzdikləri zaman XİX əsrin sonlarına Bütün Qafqazın beyin mərkəzi sayılan Tiflisdə nəşr olunan "Kafqkaz" qəzeti bu missiyanı həyata keçirirdi. Qəzet 1846-cı ildən 15 fevral 1918-ci ilədək fəaliyyət göstərib. Onun redaktorlarından olmuş Vasili Lvoviç Veliçko müsəlman əhaliyə xüsusi həssaslıq və diqqətlə yanaşıb. Veliçko qəzetdə 1897-ci ildən redaktor kimi fəliyyətə başlayıb və bu fəaliyyət üç il çəkib. Vikipediya yazır ki, Veliçkonun fəaliyyəti liberal dairələrdə milli ədavəti qızışdıran, ermənifobiyanın təbliğatı və təxribatla məşğul olma kimi qiymətləndirilirdi. Vasili Lvoviç həm də İslama ciddi yanaşmanın və onu dərindən öyrənmənin tərəfdarı idi. O, ""Qafqaz. Rus işi və qəbilələrarası məsələlər" məqaləsində yazırdı: "Biz İslam məsələsinə normal yanaşmırıq. Bizim ölkədə müsəlmanlar sayca ruslardan sonra ikinci yeri tuturlar, amma bizdə Qurani-Kərimin tərcüməsi belə yoxdur. Halbuki bu kitab Şimali Afrikada bütün fransız məmurların stolüstü kitabına çevrilib. Müsəlmanlarla işləyən dövlət məmurlarına kömək üçün bir dənə belə ciddi və əsaslı tədqiqat yazılmayıb. Açıq desək, yazılası adam da yoxdur, bizim qəhrolmuş Asiya məmurlarının maraq dairəsi başqadır". A.D.Stepanova özünün "Qara yüzlük" əsərində "Qafqaz"ın redaktorunun ermənilərə münasibəti haqqında yazırdı ki, "Veliçko Qafqazda yaxşı təşkilatlanmış və satqın rus məmurları ilə iş birliyində olan güclü erməni oliqarxiyası ilə toqquşdu. Və rus qəzetinin yeni redaktoru bu güclü mafiyaya müharibə elan etdi. Döyüş 3 il çəkdi. Amma qüvvələr qeyri-bərabər idi... Üstəlik həmin vaxt ərzində o özünə korrupsioner nüfuzlu bürokratlar arasından xeyli düşmən də qazandı".
Vasili Veliçko məqalələrinin birində yazırdı: "Ermənilərdə həm də başqa xalqlarla məcburi, zorakı cütləşmə də olub. İran qoşunları da, Azərbaycan tatarları da, türklər də, gürcülər də, dağlılar da, ehtimal ki, dövlət quruluşunu və bu səbəbdən də özünümüdafiə qabiliyyətlərini itirən bir xalqın qadınlarının da nazı ilə oynamırdılar". 1877-78-ci illərdəki türk-rus müharibəsindən sonra ermənilərin Qafqaza köçürülməsi V.L.Veliçkonun redaktoru olduğu "Qafqaz" qəzetində çap etdiyi və sonrakı dövrdə ayrı-ayrı nəşriyyatlar tərəfindən kitab kimi dəfələrlə dərc olunmuş məqalələrində belə təsvir edilir: "Paskeviçin dövründə erməniləri dəvət etmək üçün polkovnik Lazarev İrana göndərilmişdir. Nəticədə təxminən 40.000 erməni köçüb Zaqafqaziyaya gəlmişdi. Eçmiədzin patriarxı da bu tədbirdə iştirak etmişdi. O, erməni keşişlərinə İrandan köçməyi buyurmuş və bu kilsəyə mənsub olan dindarların hamısı onların dalınca gəlmişdi. Adrionapol sülhünə görə biz 100.000- dən artıq Türkiyə ermənisi qəbul etmişdik. Təkcə Ərzurum arxiyepiskopu Karapet 70.000-ə qədər erməni gətirmişdi. Həmin vaxtdan da müsəlman dövlətlərindən ermənilərin Rusiyaya tədricən köçürülməsi fasiləsiz, gah gözəçarpacaq dərəcədə dəstə ilə, gah da son bir neçə il ərzində olduğu kimi böyük sürətli axınla davam edirdi. İndi Qafqaz inzibatçılarının daha çox erməni dartıb gətirmək cəhdlərinin nə ilə nəticələndiyi qismən aydın olanda malorus (Ukrayna) zərbi məsəlini yada salmaq tamamilə təbiidir: "Qarğaya göz verəndə qaş da istədi" .
Məmməd Həsən Hacinski yazır ki, "1804-13-cü illərdə birinci, 1826-28-ci illər ikinci Rusiya-İran müharibəsi dövründə və nəhayət, ədalətsiz Gülüstan müqaviləsindən sonra öz müstəqilliklərini itirmiş şimali Azərbaycan xanlıqlarının əhalisi 200.000-dən çox erməninin Qarabağ, Naxçıvan, İrəvan ərazisinə gətirilməsi ilə Yaxın Şərq ölkələrinə köç etməyə məcbur oldu. Əsarət altına alınmış xanlıqların pozulmuş idarəçilik sistemi isə çarizmin hərbi cəza mexanizmini əvəzləyə bilmədiyindən zorakılıq baş alıb gedirdi. Azərbaycan ərazisindən əhalinin Yaxın Şərq ölkələrinə, xüsusilə İrana köçməsini qızışdıran amillərdən biri də oranın şiə təriqətinə əsaslanan rəsmi və dini dairələrin həyata keçirdiyi siyasətlə bağlı idi. Elm və maarifdən məhrum olmuş savadsız əhalinin gəlmə ruslar və ermənilərlə hər hansı bir sosial-iqtisadi münasibətinin təqib olunması bu prosesi gücləndirdi. Arxasında hərbi gücün dayandığı gəlmə əhali kafir hesab olunur, onların keçdikləri cığırlardan, çəkdikləri arxlardan istifadə etmək belə yasaqlaşırdı. Beləliklə, "murdarlanmış" torpaqlar asanlıqla yad əllərə keçirdi. Rusiya hökumətinin dəstəklədiyi ermənilərin Qafqazda yerləşdirilməsi buradakı yerli xalqların onsuz da gərgin olan sosial-siyasi vəziyyətlərini daha da ağırlaşdırdı. Çarizmin Azərbaycanda həyata keçirdiyi aqrar siyasət, xüsusən ağır qul əməyi tələb edən pambıqçılığın inkişaf etdirilməsi görünməmiş fəsadlar törədirdi. Ziyalı zümrəni təmsil edən əsilli-nəcabətli bəy-xan nəsli isə getdikcə iflasa uğrayaraq öz sosial dayaqlarından məhrum olurdu. Əvəzində isə çarizmin dəstəyi nəticəsində inzibati amirlik sistemində vəzifə tutan ermənilər özlərini Qafqazın tam hüquqlu sahibi kimi aparmağa cəhd edirdilər. Gəlmə məmurların ən münbit torpaqları, meşələri və xüsusən çar hökuməti tərəfindən xarici inhisarlara icarəyə verilmiş müxtəlif filiz yataqları ilə zəngin aran və yaylaq torpaqlarını zorla mənimsəmələri fəlakəti daha da kəskinləşdirirdi. Sözsüz ki, bu problemi də hiss edən V.L.Veliçkonun qənaətlərinə görə: "Gürcülər və Qarabağın borca düşmüş müsəlmanları Qafqazda qeyri-səmimi halda gülümsəyərək bəzən deyirlər ki, rus hökuməti Zaqafqaziyadan qoşunlarını çıxartsa, ermənilərin burda izi-tozu da qalmaz".
"Qafqaz"ın yazdığına görə: "13 avqust 1903-cü ildə axşam saat 7-də Aleksandropol şəhərindən üç erməni kəndinin provaslavlığa göndərilməsinə görə erməni inqilab komitəsini bərk hiddətləndirən provaslav protoirey Vasilev öldürülmüşdü. Qafqazda olduqca geniş yayılmış adətə görə qatil izsiz-soraqsız gizlənmişdi". Çarın 12 iyun 1903-cü il fərmanına görə Qriqoryan kilsəsinin əmlakının dövlət müəssisələrinin ixtiyarına keçirilməsindən və kilsə məktəblərinin Maarif Nazirliyinə verilməsindən hiddətlənən ermənilərin cəlb olunduqları ayrı-ayrı terror hadisələri ilə yanaşı, artıq kütləviləşən silahlı təxribatlar da Veliçkonun nəzərindən qaçmırdı: "29 avqust 1903-cü ildə Qars şəhərində Quba alayının kazarmalarının yaxınlığındakı xəlvət bir dalanda Tanoyanın mənzilində Amerika vətəndaşı, erməni Con Naxikyan əl qumbaraları hazırlamaqla məşğul idi. Görünür ki, bu vətənpərvər və onun silahdaşları kürdlərlə vuruşmağa yox, Əlahəzrətin 12 iyun fərmanına qarşı dinamit və başqa partlayıcı maddələr vasitəsilə ilə qəti etiraz etməyə hazırlaşmışdılar. Bu caniləri allah-təala özü cəzalarına çatdırdı: partlayış baş verdi və onlar yerlərindəcə gəbərdilər". Qanuna itaətsizlik əmrini vermiş Eçmiədzin patriarxının razılığı ilə Azərbaycan ərazisində törədilən təxribatlar da qəzetin nəzərindən qaçmır: "29 avqust Yelizavetpolda, şəhər kənarındakı erməni kilsəsinin qabağında zəng səsi ilə dağılışmaq tələbinə daş "yağışı" və tapança atəşləri ilə cavab verərək polisləri və qarovul dəstəsini geri çəkilməyə məcbur edən bir neçə min erməni yığışmışdı. Özünü iğtişaş yerinə çatdıran qoşun hissələri odlu silahdan istifadə etməyə məcbur oldular və kütlə yeddi meyidi, 27 yaralını orada qoyaraq qaçıb dağılışdı".
Tarixən erməni fitnələrinin mərkəzi sayılan, o dövrdə ikinci Paris hesab edilən Şuşadakı təxribatlara da toxunan Veliçko yazır: "Aşağıdan yuxarıya kimi yerli ermənilərin siyasi həyəcanı və qeyri-adi həyasızlıqları ilə çoxdan məşhur olan Şuşada 12 sentyabrda kilsə əmlakının dövlətə verilməsinin qəbulu vaxtı erməni kütləsi son dərəcə bərk səs-küy qaldırdı və hədə- qorxu ilə qubernatorun mənzilinə tərəf yollandı. Qoşunlar onlarla döyüşə girməyə məcbur oldular, ölənlər və yaralananlar oldu. Bununla bərabər, Şuşada ruhanilər irəli çıxmırdı. Bir çox başqa məntəqələrdə kilsə əmlakının təhvil verilməsi bu cür iğtişaşlarla müşayiət olunurdu. Siyasi qətllər davam edirdi".
İmperiya mənafeyinə xidmət göstərən "Qafqaz" qəzetinin redaktoru V.L.Veliçko XIX əsrin otuzuncu illərindən başlayaraq Qafqaza köçürülmüş təriqətçi slavyan əhalinin türk-rus müharibəsindəki rolunu belə dəyərləndirir: "Onlar rus dövlət və xalq işinə nəticədə xeyirxahcasına münasibət bəsləyirdilər, çoxları qoşunlarda həvəslə xidmət edirdi. 1877-1878-ci il müharibəsi zamanı təriqətçi kəndlilər öz qoşqu nəqliyyatı vasitələri ilə bizim qoşuna son dərəcə yüksək xidmət göstərmişdilər. Onların bu cəsarətini əlahəzrət Qafqaz canişini və onun davamçısı, knyaz A.M.Dondukov-Korsakov layiqincə qymətləndirmişdir" Qəzet Azərbaycan ziyalılarına da geniş yer ayırırdı. Xurşudbanu Natəvan, Mirzə Fətəli Axundovun əsərlərinin çap edilməsi maraqla qarşılanmışdı. Qəzetin 1896-cı il 181-ci sayında professor N.Axundovun üzə çıxardığı: "Şuşada baş verən əcaib oğurluqda şairə Natəvanın evindən qiymətli tarixi və bədii əsərlər də qarət olunmuşdur..." Xurşudbanu Natəvanın (1832-1897) məruz qaldığı siyasi repressiyaların nəticələrini "Kavkaz" qəzetində gedən informasiyalarda aydın şəkildə görmək olar. Qəzetin 186-cı sayındakı "Xurşudbanunun Məqribova verəcəyi 189 manat borc əvəzinə "Sultanbud" malikanəsi açıq satışa qoyulmuşdur", 188-ci sayında isə "Xurşudbanu 5 min manat borcu ödəmək üçün zinət əşyalarını satışa qoymuşdur" elanı şairənin vəziyyətinin çıxılmazlığını bildirir. Professor Ş.Qurbanovun yazdığı kimi: "Son elan bir qadın və ana üçün ən dəhşətlisi idi. Bu, son vasitə, son ümid, daha doğrusu ümidsizlik idi. Malı-mülkü, əynindəki zinət şeyləri satılıb qurtarandan sonra quruca canı qalırdı ki, onu da təslim etmək üçün çox gözləmək lazım gəlmədi. Yenə də qəzet elanlarına müraciət edək: "Kavkaz" qəzeti 2 oktyabr 1897-ci il: "Dünən Şuşada Qarabağ xanı, general-mayor Mehdiqulu xanın qızı, şairə və yazıçı, knyaqinya Usmiyeva vəfat etmişdir".
Veliçkonun antierməni məqalələri gürcü "İveriya" qəzetində də dərc edilirdi. Rus mətbuat tarixi onun yazdığı həiqətləri "şovinizmi qızışdırmaq" kimi xarakterizə etsə də, Azərbaycan və gürcü tarixçiləri tarixi araşdırmalarda məhz jurnalist Veliçkonun yazılarından mənbə kimi istifadə edirlər: "Zəifə qarşı qəddarlıq və təkəbbür, eyni zamanda güclünün qarşısında qul kimi baş əymək, nəhəyət heyrətləndirici və fenomenal reklam bacarığı və acgözlük – bütün bunlar yəhudilərə xas cizgilərdir. Amma ermənilərdə bu xüsusiyyətlər daha qəddar və daha intensiv formadadır".

Ülviyyə Tahirqızı