Ermənilərin ekoloji terror təhdidi Layihə

Ermənilərin ekoloji terror təhdidi

Sərsəng su anbarı humanitar, ekoloji və texnogen fəlakət mənbəyinə çevrilib

I yazı

Azərbaycanın işğal olunmuş ərazilərini ermənilər əvvəlki qaydada viran günə qoymaqda advam edir. Ölkəmizə təxsus təbii sərvətlər talanır, maddi mədəniyyət abidələri bilərəkdən məhv edilir. Lakin yaranan problemlərin miqyası bununla da məhdudlaşmır. Ermənilərin fəaliyyəti nəticəsindəbu ərazilərdə potensial təhlükə mənbələri yaradılır.
Qeyd edilənlərə daha bir real nümunə qismində Sərsəng su anbarı ilə bağlı yaranan vəziyyəti göstərmək olar. Uzun illərdir ki, bu anbara müvafiq texniki qulluğun göstərilməməsi onun dağılma ehtimalını artırır. Bu isə bölgədə ciddi fəlakətə yol aça bilər. Məsələyə münasibət bildirən Rusiya İctimai Palatasının beynəlxalq komissiyası rəhbərinin birinci müavini, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov qeyd edir: "Mən Sərsəng su anbarı ilə bağlı konfransda iştirak etmişəm. Su anbarında baş verənlər dəhşət doğurur. Əslində bu, iqlim silahından istifadə etmək deməkdir. Bütün dünyanın alimləri gələcəkdə iqlim silahlarından necə istifadə etməyi düşünürlər, burada isə bu, artıq özünü işdə göstərir, payız-qış mövsümlərində su buraxılır, yaz-yay mövsümlərində, suyun əsl lazım olduğu vaxtda isə onun qarşısı kəsilir. Hesab edirəm ki, Sərsəng su anbarı beynəlxalq nəzarətə verilməlidir".
Qeyd edək ki, yaranmış durum Avropada da böyük narahatlıqla qarşılanır. Bununla bağıl Avropa Şurasının Parlament Assambleyası (AŞ PA) qurumun Sosial Məsələlər Komitəsində Bosniya və Herseqovina təmsilçisi olan Milisa Markoviçi Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsddən sudan məhrum edilməsi üzrə məruzəçi təyin edib. Onun da apardığı araşdırmalar göstərir ki, Sərsəng su anbarı humanitar, ekoloji və texnogen fəlakət mənbəyinə çevrilib.
Araşdıramalar görə, Sərsəng su anbarında qəza olarsa, 60-70 dəqiqəyə ən azı yarım metr hündürlükdə su axını 48 km kənarda yerləşən Bərdəyə çatacaq. Su yolu üzərindəki bütün canlı aləmi məhv edəcək. Ekspertlərə görə, Sərsəng su anbarında qəza avadanlıqlarının istismar müddətinin başa çatması, iqlim dəyişikliyi ilə əlaqədar daşma və digər səbəblərdən baş verə bilər. Buun bilən Ermənistan işğal etdiy Azərbaycan ərazisindəki bu anbarda heç bir cari təmir və digər işlər aparmır. Əksinə, belə görünür ki, Ermənistan su anbarlarından Azərbaycana qarşı kütləvi qırğın vasitəsi kimi istifadə etməyə çalışır.
Yuxarıda qeyd olunduğu kimi ermənilər yay aylarında anbardan suyun buraxılmasını dayandırır ki, bu da bölgədə aqrar sektor üçün əlavə problem yaradır. Xatırlaadq ki, işğala qədər həmin zonada 100 min hektara qədər torpaq suvarılırdı. İşğaldan sonra Azərbaycan bu imkanlarından yararlana bilmədi. Tərtər, Bərdə, Yevlax, Ağdam, Goranboy rayonları Sərsəng su anbarından istifadə edilməklə torpaqların suvarılması imkanlarını itirdi. Ermənilər yayda, suya ehtiyac olanda Sərsəng su anbarından suyu vermir, qışda, ehtiyac olmayanda isə suyu buraxır. Nəticədə Tərtərçayda sel, daşqın yaranır. O da bildirilir ki, burada mümkün qəza nəticəsində fəlakət riski olduqca yüksəkdir və axından aşağıdakı 6 bölgədə yaşayan 400 minə yaxın Azərbaycan vətəndaşının həyatı təhlükə qarşısındadır. Aydındır ki, Sərsəng su anbarı probleminin həlli ayrıca deyil, Azərbaycan torpaqlarının işğalı probleminin həlli kontekstində həll olunmalıdır.
Xatırladaq ki, Sərsəng su anbarı 125 metrlik bəndlə əhatə olunan 12 kilometr ərazidə yerləşən göldür və burada yeni texnologiyaların tətbiqi zəruridir. Azərbaycan Ermənistan tərəfinin bu problemə diqqətsizliyi barədə dəfələrlə xəbərdarlıq edib. Qarşı tərəf hələ də lazımi reaksiya vermir. Məsəəlyə dünya ictimaiyyətinin, aidiyyatı beynəlxalq qurumların da fəal müdaxiəlsi zəruri sayılır.
Qeyd edək ki, Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən Sərsənglə bağlı effektiv layihə həyata keçirilib. "Sərsəng-humanitar faciənin qarşısının alınması" layihəsinin məqsədi Sərsəng su anbarının fəaliyyətinə və onun doğuracağı mümkün humanitar faciənin qarşısının alınmasına beynəlxalq ictimaiyyətin diqqətinin cəlb edilməsidir: "Biz dünya ictimaiyyətinin diqqətini Azərbaycanın işğal edilmiş ərazilərlə həmsərhəd olan aşağı Qarabağ rayonlarının əhalisi üçün həyati əhəmiyyətə malik Sərsəng su anbarının suyunun buraxılmasına erməni tərəfinin yaratdığı süni əngəllərə, erməni tərəfinin sudan ekoloji silah kimi istifadə etməsinə, işğal olunmuş ərazi ilə həmsərhəd ərazilərin ətraf mühitinə (heyvan və bitki növlərinin, o cümlədən nadir və kökü kəsilməkdə olan növlərin su çatışmazlığı nəticəsində məhv olmasına, torpaqların deqradasiyasına və səhralaşma proseslərinin artmasına), iqtisadiyyatına, insanların həyat və səhhətinə yetirilən zərərə - gözlənilən humanitar faciəyə cəlb etmək istəyirik. Biz bu layihə vasitəsilə Ermənistan tərəfindən hər hansı hərbi təxribat planlarının qarşısını almaq və cari şərtlərdə kütləvi insan itkilərinə səbəb olacaq hər hansı qəza və ya təbii fəlakətə hazır olmaq məqsədilə beynəlxalq ictimaiyyəti dərhal tədbir görməyə çağırırıq.
Layihənin icrası nəticəsində Azərbaycan ərazilərində yerləşən su təchizatı və irriqasiya sistemlərinin beynəlxalq hüququn fundamental prinsipləri pozulmaqla Ermənistan tərəfindən qeyri-qanuni blokada edilməsini beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə pisləməsinə nail olmaq, beynəlxalq təşkilatları Ermənistanı su anbarı və bütün əlaqəli irriqasiya sistemləri üzərindəki nəzarəti əvvəlki beynəlxalq qətnamələrə uyğun şəkildə Azərbaycan hakimiyyətinə təhvil verməyə məcbur etməyə nail olmaqdır.
Layihənin icrası Sərsəng su anbarında hər hansı təxribat və ya qəza nəticəsində ətraf ərazilərdən yaşayan insanların, həyatına, səhhətinə, əmlakına, dövlət və biznes qurumlarının mülkiyyətinə dəyəcək zərərin hesablanması, Sərsəng su anbarının texniki vəziyyətinin qiymətləndirilməsi məqsədilə beynəlxalq ekspert qrupunun yaradılmasını, bölgəyə səfərini, hesabatların hazırlanması və bir neçə dildə nəşrini, Sərsəng su anbarının qəza təhlükəsi riskinin kompüter modelinin yaradılmasını, Azərbaycanda, xarici ölkələrdə, beynəlxalq təşkilatlarda Ermənistan əleyhinə Sərsəng su anbarı ilə bağlı qərar qəbul edilməsi üzrə məlumatlandırma fəaliyyətini, o cümlədən konfransları, xarici mətbuatda nəşrləri və görüşlərin keçirilməsini nəzərdə tutur".
Tarixçi alim, ekspert qrupunun üzvü Məhərrəm Zülfuqarlı qeyd edib ki, Sərsəng su anbarı azərbaycanlıların uydurduğu bir problem deyil: "Bu bizim tarix və mədəniyyət abidələrimizi dağıda bilər. Sərsəng su anbarının vura biləcəyi təhlükəni müəyyənləşdirmək üçün biz Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarında tədqiqat aparmışıq. 1976-ci ildə inşa edilmiş Sərsəng su anbarı hazırda erməni hərbi birləşmələrinin işğalı altındadır. Bu işğal nəticəsində su anbarında ötən müddət ərzində heç bir təmir işləri aparılmadığından qəzalı vəziyyətdədir".
Qeyd edə k ki, 5 iyun 1972-ci il tarixdə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının İsveçin paytaxtı Stokholm şəhərində keçirilən iclasında ətraf mühitin mühafizəsi məsələsi diqqət mərkəzində olmuş, problemin kəskinliyini, əhali arasında ekoloji şüurun yüksəldilməsinin, ətraf mühitin mühafizəsi problemlərinə diqqətin yönəldilməsinin vacibliyini nəzərə alan iştirakçılar 5 iyunun "Ümumdünya ətraf mühit günü" kimi qeyd olunmasına qərar verib və növbəti ildən həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlanıb.
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər il 5 iyun "Ümumdünya ətraf mühit günü" ərəfəsində ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirir. Amma təəssüflər olsun ki, bunu işğal altında olan ərazilərimizə aid etmək olmur. Əldə etdiyimiz məlumata görə, Azərbaycanda 8 min hektara yaxın torpaq sahəsinin su ilə təminatı yaxşılaşdırılacaq. Bu barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin rəsmi mətbuatda dərc edilən məqaləsində deyilir. Məqalədə bildirilir ki, dövlət başçısının müvafiq sərəncamına əsasən, bu işlərin həyata keçirilməsinə 15 milyon manat ayrılıb: "Yeni qazılacaq subartezian quyuları əsasən Ermənistanın işğalı altında olan torpaqlarımıza yaxın ərazilərdə nəzərdə tutulub. İşğalçı Ermənistan zəbt etdiyi ərazilərimizdə su mənbələrinin qarşısını kəsir, başqa səmtə yönəldir və ya buna nail ola bilmədikdə suları bütövlükdə çirkləndirir və zəhərləyir. Bu sahədə ən böhranlı vəziyyət Sərsəng su anbarındadır. İşğalçı Ermənistanın günahı ucbatından su anbarında ekoloji və texniki böhran yaşanır. Əraziyə yaxın kəndlərimizin əhalisi üçün bu sudan istifadə təhlükəlidir. Ona görə də dövlətimiz işğal altında olan ərazilərə yaxın torpaqlarımızda əkin sahələrinin suvarma suyu ilə, əhalinin isə içməli su ilə təminatını diqqət mərkəzində saxlayır". Qeyd olunan məsələ ilə bağlı coğrafiya elmləri namizədi, ekoloq Məhəmməd Cabbarov "Gündəlik Bakı"ya açıqlamasında bildirdi ki, Sərsəng su anbarı Bərdə rayonundan bir az yuxarı hissədə yerləşir və hazırda Ermənistanın işğalı altındadır: "Ona görə də, əksər hallarda anbardan gələn suyu çirkləndirməyə müvəffəq olurlar. Bu isə təbii ki, rayon əhalisinin suvarmasına böyük mənfi təsir göstərir. Ermənilər həmin anbarın suyunu istədikləri vaxt açıb, istədikləri zaman da bağlayırlar. Bəzən həmin anbarın suyunu elə gur açırlar ki, əhalinin bütün əkin sahələri bərbad vəziyyətə qalır. Təbii ki, bu durumun qarşısının alınmasının tək bir yolu var. Bu isə torpaqlarımızın işğaldan azad edilməsidir…"

Əli