Con Kerri: TAP strateji əhəmiyyətə malik layihədir Dünya

Con Kerri: TAP strateji əhəmiyyətə malik layihədir

"Trans-Adriatik" (TAP) qaz boru kəməri strateji əhəmiyyətə malik layihədir. Boru kəməri Yunanıstan və Bolqarıstan üçün mühüm əhəmiyyət kəsb edir.
Bu fikirləri ABŞ-ın dövlət katibi Con Kerri Yunanıstanın Baş naziri Aleksis Tsipras və xarici işlər naziri Nikos Kotzias ilə keçirdiyi görüşdə səsləndirib.
Azərbaycanın "Şahdəniz-2" yatağından hasil olunacaq qazı Avropaya daşınacaq 3 min 500 kilometr uzunluğundakı "Cənub" qaz dəhlizinin bir hissəsi olan TAP boru kəmərinin uzunluğu təxminən 870 kilometrdir. Bu boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində TANAP-a birləşəcək. TAP layihəsi Azərbaycan qazının Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün geniş imkanlar yaradır.
TAP-ın bu layihədəki səhmdarları belədir: bp (20 faiz), SOCAR (20 faiz), Statoil (20 faiz), Fluksiz (19 faiz), Enagas (16 faiz) və Axpo (5 faiz).