Sözün təsiri silahdan daha güclüdür Dünya

Sözün təsiri silahdan daha güclüdür

Dünyada informasiya müharibəsi daha da intensivləşir

Cavid

Bu yaxınlarda "Fox News" televiziya kanalı bəyan etdi ki, Birmingem şəhəri tamami ilə müsəlman şəhəridir və qeyri-müsəlmanların burda yeri yoxdur. Rusiyanın informasiya kanalı RT iddia edir ki, Ukraynadakı hadisələr çevirilişdir və onu "neo-nasist"lər edir. Çinin dövlət kanalı CCTV isə tez-tez bildirir ki, Çin iqtisadiyyatında hər şey normaldır və ölkədəki tələbə qiyamının heç bir ciddi əsası yoxdur.
"İnosimi"nin xəbərinə görə, ekspert İan Burrel ("The Independent" Böyük Britaniya) yazır ki, hər 3 kanal hazırda Böyük Britaniyada yayımını davam etdirir. Onların hər üçü sürətlə inkişaf edən sənayeyə məxsusdurlar. Bunun nəticəsində dünyada informasiya müharibəsi daha da intensivləşir, nəticədə böyük dövlətlərin marağı toqquşur.
Çin və Rusiya bu istiqamətdə pullarını heyif bilmirlər. Bu yaxınlarda mübarizəyə daha bir ölkə də qoşulub - Türkiyə. Hansı ki, son zamanlar tez-tez xəbərlərdə müzakirə mövzusu olur. Dövlət televiziyası hesab olunan TRT yeni, ingilisdilli "TRT World" kanalını istifadəyə verib. Belə kanalların böyük əksəriyyəti güclü maliyyə dayaqlarına söykənirlər. Bu fonda ictimai televiziya görünüşünü yaratmaq istəyən kanalların (CBC Kanada, France 24, BBC) səsi daha az eşidilir.
Böyük Britaniyada təxribat xararkterli materialın efirə getməsi cəzasız qala bilməz. Yaxın günlərdə "Ofcom" (Böyük Britaniyanın media tənzimləyici orqanı) 6 hadisə ilə bağlı müzakirələrə başlayacaq. Bütün bunlar insanları həqiqətdən yayındıran RT kanalının adı ilə bağlıdır. Burda müxtəlif hadisələr müzakirə olunur. Misal üçün, miqrantların Böyük Britaniyaya yerləşdirilməsindən tutmuş, Suriya və Ukraynadakı vəziyyətlə bağlı məlumatlara qədər. Bununla bağlı artıq kanala noyabr ayında ciddi xəbərdarlıq da edilib. Daha çox Ukrayna tərəfi haqda səsləndirilən "Onlar nüvə ambisiyalı nasistlərdir" ifadəsi müzakirə olunub. Həmin vaxt RT şifahi xəbardarlıqla qurtula bilmişdi. Qeyd olunmuşdu ki, belə bir hal bir daha təkrarlansa o zaman RT lisenziyadan məhrum ola bilər.
Fevralda isə "Ofcom" CCTV-yə qarşı olan şikayətə baxıb. Bildirilmişdi ki, Honkonqdakı etirazlar zamanı etirazçıların tələbləri düzgün işıqlandırılmayıb. Yaxınlarda "Fox News" televiziya kanalına qarşı olan şikayətə də baxılacaq. Söhbət Birmingemlə bağlı sujetdən gedir. Bununla bağlı kanal artıq öz təəsüfünü də çatdırıb. Britaniyalılar isə belə xəbərləri yumorla qarşılayırlar. Birmingemin "Xilafət" adlandırılması isə sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olmuşdu.
Belə bir sual yaranır: çətin şərtlər və təzyiqlər sayəsində Böyük Britaniyada belə yalan informasiya yaymağa müvəffəq olan tərəflər, özlərini digər ölkələrdə necə aparır?
RT ona qarşı olan iddialara çox sərt cavab verib: "Biz Böyük Britaniyanın 4-cü kanalı kimi jurnalistikaya qorxusuz yanaşırıq, əsas məqsəd köklü informasiyaları süquta uğradıb yeni müzakirələrə səbəb olmaqdır. Bizim məqsədimiz beynəlxalq ictimaiyyəti Rusiyanın mövqeyi ilə tanış etməkdir". RT-nin əsas üstünlüyü efirə verdiyi materiallardan qısa metrajlı xronikalar hazırlamaqla onların internetdə sürətlə yayılmasına nail olmaqdır. Bunun nəticəsində kanalın nüfuzu günü gündən artır.
Heyif ki, Rusiyada BBC-nin populyarlığı haqda eyni sözləri demək olmur. Vaxt var idi BBC-i rus dilində radio yayım həyata keçirirdi. İndi isə bu şirkətin məhsullarını izləmək istəyən Rusiya vətəndaşları hökmən ingilis dilini bilməlidirlər. Rusiyada "Дождь" telekanalı var, hansı ki, əməkdaşlıq çərçivəsində hər gün BBC-nin hazırladığı xəbərlərdən 10 dəqiqəlik videoicmal verir. Lakin son zamanlar bu kanal bir sıra siyasətçilər tərəfindən təzyiqlərlə üzləşib. BBC kanalına məxsus və 80 il yaşı olan "Xalq xalqla danışır və sülh yaranır" devizi isə artıq uzun müddətdir ki, Rusiyada qəbul olunmur.
Böyük Britaniyanın Xarici İşlər Nazirliyi BBC telekanalının xaricə yayımlanmasını təmin edən vəsaiti ləğv edib. İndi bu kanal müxtəlif üsullarla da olsa sərhədləri keçməyi bacarır. Bu hal BBC-nin asılı olmadığını bəyan etməyə çalışır. Lakin müəyyən problemlər var. BBC fəaliyyətini daha çox balanslaşdırılmış ümumi mövqeyə əsasən həyata keçirir və jurnalist etikasını qorumağa çalışır, hazırkı gənc nəsili isə daha çox provokasiya xarakterli aparıcının şəxsi fikirləri cəlb edir.
Afrikada BBC-ni digər təhlükə müşahidə edir. Burda auditoriyanın orta yaş həddi çox aşağıdır və BBC ancaq yaşlı insanlar üçün fəaliyyət göstərən kanal obrazı yaradır. CCTV-nin vəziyyəti isə fərqlidir. CCTV Afrikada inkişaf edən dost kanal effekti yaradıb. CCTV tərtəfi də bu istiqamətdə maliyyə ayırmağa davam edir. Kanalın Nayrobidəki ofisində 100-dən çox əməkdaş işləyir.
Çinin özündə isə vəziyyət tam fərqlidir. Honkonq hadisələri zamanı ölkədə BBC World News kanalının yayımı dayandırıldı. BBC Çində ingilis dillli informasiya metodlarından istifadəni asanlaşdırmaq üçün xüsusi proqramlar hazırlayıb və gənclərin maarifləşdirilməsində müəyyən işlər görüb.
Yaxın Şərqdə isə vəziyyət daha qəlizdir. Bu yaxınlarda xarici işlər naziri Filip Xammond İrana səfər edib, harda ki, BBC-ni 12 milyona yaxın vətəndaş izləyir. İranda BBC-inin yayımı rəsmi şəkildə dayandırılıb. Lakin insanlar buna baxmayaraq müxtəlif yollarla kanalı izləməyə davam edirlər. Nüvə anlaşmasından sonra İranın bu istiqamətdə də müəyyən güzəştlərə gedəcəyi gözlənilir. Uzun fasilədən sonra ilk dəfə bu hadisəni işiqlandırmaq üçün BBC əməkdaşı Kim Qattasa İrana daxil olmağa icazə verildi.
Dubay və Abu Dabidə radioyayımın realaşması üçün böyük pullar tələb olunsa da, BBC bu addımı atdı. Misirdə isə qanunlar daha sərtdi. Burada ictimai fikirə görə insanları həbs edirlər. Misirdə jurnalistika ilə məşğul olmaq çox təhlükəlidir. "Əl Cəzirə" kanalı bu ərazilərdə müxtəlif hadisələrlə üzləşsə də, son zamanlar böyük təzyiqlərə məruz qalmaqdadır.
BBC-ni də tez-tez qeyri-obyektiv olmaqda günahlandırırlar. Deyilir ki, BBC Şotlandiyadakı referendumu qərəzli işiqlandırdığı üçün öz nüfuzunu itirə bilər. Əgər biz BBC-nin asılı olmadığına inanmaq istəyiriksə, bu kanalın rəqibləri ilə aşkar rəqbət apardığına şahid olmalıyıq. Bu yeni "Böyük oyun"dur. Harda ki, söz və onun təsiri ən müasir silahdan belə təhülkəlidir.
Ötən həftə Edinburq televiziyasında BBC və maliyyə problemləri nəticəsində kanalın fəaliyyətini dayandıracaq bölmələri haqda müzakirələr gedib. BBC-in dövlət tərəfindən maliyyələşdirilməsi halları tez-tez fərdlər tərəfindən belə bir sualla müşahidə olunur: "Bəs, mən bundan nə əldə edəcəm?" Bizim üçün naməlum dillərdə hazırlanan buraxlışların bizə nə faydası ola bilər?. Əslində isə vacib olan BBC-nin maliyyə imkanlarını məhdudlaşdırmaq deyl, daha da genişləndirməkdir.
Televiziya və radio tez tez yazılı mətbuatdan faydalanması ilə seçilir. Bu da müəyyən narazılıq doğurur.
Belə bir hal genişlənməkdədir. Bunun üçün bir sıra əyani misallar da var. Bir-birini tamamlayan və bir-birinə oxşayan buraxlışlar kifayət qədərdir. Keçən həftə Şotlandiyanın baş naziri Nikola Sterdjen BBC-ni səhər qəzetlərinin xəbərlərini efirdə sələndirməkdə günahlandırıb. O bunu səhlənkarlıq kimi qələmə verib.
Adətən London qəzetləri Sterdjeni bəyənmir, lakin bu vəziyyətdə ona dəstək olublar. Onlar da bildirib ki, əsas işi yazılı mətbuat görür, televiziya isə onların məhsulunu mənimsəyir və elə onların da hesabına yaşayır. Ötən həftə Britaniyanın 17 nəşri maraqlı bir aksiya keçirib: "Kimin məlumatı axşam xəbərlərində birinci gedəcək? Bizim"
Britaniyada yazılı mətbuatın nümayəndələri qeyd edir ki, onların gündəlik 36 milyon daimi oxucusu var. Onlar internet məlumatlarından üstün olduqlarını iddia etsələr də, unudurlar ki, zaman ötdükcə qəzet formatı da internet formatı ilə eyniləşdirilir. Bu sahədə BBC üçün düşünmək baxımında xeyli mövzu var. Bir tərəfdən isə kanal bu halı qəzetlərin pulsuz reklamı kimi də təqdim edə bilər.
Edinburq festivalının əsas hadisəsi Ceyms Mak-Taqqartanın nitqi oldu. Bu dəfə müəllim mütəxəssis kimi təşkilatçılar Armando İannuççini (Böyük Britaniyalı satirik, kinoprodüsser, aktyor, rejisor) dəvət etmişdilər.
Alan Partridc obrazının yaradıcısı kimi tanınan Armando İannuççi, Ceremi Klarksonun BBC-ni məhv etməsi ilə bağlı karikatura da nümayiş etdirdi. Bundan başqa İanuççi bildirdi ki, BBC-nin gizli düşməni var. Lakin məchul düşmənin kimliyini açıqlamadı.
Onun çıxışının BBC-yə köməyi olacaq ya olmayacaq, bunu vaxt göstərəcək. İnauççi təşkilatçılığın istədiyi kimi olmadığını bildirsə də, onun çıxışı televiziya sahəsinin mütəxəssisləri tərəfindən bəyənildi. Dinləyicilər onun nitqini alqış və həyacanla qarşıladılar.