Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Ukrayna Rusiyaya müqavimət göstərir

Ukrayna Rusiyaya müqavimət göstərir Dünya

Ukrayna Rusiyaya müqavimət göstərir

Kramatorsk şəhərində hərbi aerodrom nəzarətə götürülüb

Cavid

Ukrayna təhlükəsizlik və müdafiə qüvvələrinin xüsusi bölmələri Donetsk vilayətində separatçılara qarşı uğurlu əməliyyat keçirib. Rusiyaya bağlı silahlı birləşmələrin işğal etdiyi Kramatorsk şəhərində hərbi aerodrom nəzarətə götürülüb. Əməliyyata Ukrayna Təhlükəsizlik Xidməti rəisinin birinci müavini Vasili Krutov rəhbərlik edib. Ən son məlumata görə, hər iki tərəfdən bir neçə nəfər yaralanıb, amma həlak olan yoxdur.
Aprelin 16-na keçən gecədən Rusiya dəstəkçiləri hərbi aerodromdan Kramatorsk şəhərinə aparan yollarda barrikada qurublar. Bu şəhərdə, eləcə də Slavyansk, Qorlovka, Mariupol, Makeyevka şəhərlərində, vilayət paytaxtı Donetskdə hökumət binaları və bəzi məntəqələr hələ separatçıların əlindədir. Onlar özlərini federallaşma tərəfdarı kimi qələmə verirlər.
Digər bir məlumata görə, Ukraynanın hökumət qoşunları Slovyansk şəhərinin ətrafına çatıb və onu mühasirəyə alıb.
Accosiated Press və Frans Press Slovyanskın şimalında zirehli maşınlar və tanklar karvanı barədə məlumat verir.
İTAR-TASS Slovyanskın meri Ponomaryova istinadla xəbər verir ki, hökumət qoşunları Slovyanskı mühasirəyə alıb.
Şəhərdə inzibati binaları tutan rusiyapərəst qüvvələr barrikadalar qurur.
"Batkivşina" partiyasının lideri, Ukrayna prezidentliyinə namizəd Yuliya Timoşenko isə seçkiqabağı kampaniyanı dayandırıb. Bu barədə o, Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib. Amma o, prezidentliyə namizədliyindən də geri çəkilmədiyini vurğulayıb: "Mənim soyadım bülletenlərdə qalacaq, mən seçki kampaniyasının iştirakçısı kimi qalıram. Amma seçki kampaniyasını kənara qoymuşam və mütəxəssislərlə birlikdə bizim dövlətin müdafiəsi ilə, müqavimət hərəkatının yaradılması, Ukrayna uğrunda döyüşməyə hazır olan bütün vətəndaşların bir araya gəlməsilə məşğulam".
Keçmiş baş nazirin sözlərinə görə, Rusiya əleyhinə hərəkatın mərkəzi qərargahı artıq öz işinə başlayıb. Tezliklə "Rusiya təcavüzünə qarşı müqavimət hərəkatının" şöbələri ölkəni bürüyəcək. İlk özəklər Xarkov, Zaporojye və Dnepropetrovsk vilayətlərində açılacaq.
Vaşinqton isə Ukrayna hakimiyyətinə separatçılara qarşı ciddi mövqe nümayiş etdirməyi tövsiyə edib. Ağ Evin təmsilçisi Cey Karni keçirdiyi brifinqdə bildirib ki, Ukrayna hakimiyəti öz ərazisində qayda-qanun yaratmaq üçün ciddi addımlar atmaq hüququna malikdir və bunu etməlidir.
Onun sözlərinə görə, Ukraynanın şərqində keçirilən aksiyalar dinc aksiya hesab olunmur, burada silahlı insalar təxribat törətməklə məşğuldurlar və bu insanları da Rusiya açıq formada müdafiə edir: "Ona görə də onlara qarşı barışmaz mövqe tutaraq qayda qanun yaradaraq, onları qanuna tabe olmağa məcbur etməlidirlər".
ABŞ-ın Respublikaçılar Partiyasının üzvü, məşhur senator Con Makkeyn ölkəsinin və Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarını "aqressiyaya qarşı gülməli addım" adlandırıb.
Amerikalı senator bu baradə Riqada çıxışı zamanı vurğulayıb. O, həmçinin sözügedən tədbirlərin effektinə inanmadığını da açıqlayıb: "Bu elə bir sanksiyalardır ki, əksinə, Putinin əl-qolunu daha da açacaq. Putinin aqressiyası müqabilində bir neçə siyasətçiyə və banklara qadağa əlbəttə ki, gülməli görünür".
Senator Makkeyn Ukrayna məsələsində ölkəsinin tutduğu hərəkətsizlik mövqeyinə görə utandığını da dilə gətirmişdi.
Xatırladaq ki, Makkeyn qarşı tərəfin - Rusiyanın amerikalı siyasətçilərə tətbiq etdiyi "qara siyahı"ya düşən şəxslərdən biridir.
Bu arada Rusiya prezidenti Vladimir Putin beynəlxalq ictimaiyyətə Ukraynanın şərqində aparılan hərbi əməliyyatı qınamaları üçün çağırış edib.
Kremldən verilən yazılı açıqlamada prezident Putinin BMT Baş katibi Pan Gi Munla telefon əlaqəsi saxladığı bildirilir.
Putin rəsmi Kiyevin Ukraynanın şəqrində konstitusiyaya zidd addımlar atmasından dolayı, Rusiya tərəfinin beynəlxalq ictimaiyyətdən bu ölkəni qınaq obyektinə çevirmələrini gözlədiklərini deyib.
Çin də Ukraynada yaşanan böhranlı vəziyyətlə bağlı mövqeyini açıqlayıb. Çinin xarici işlər naziri Vanq Yi rus həmkarı Sergey Lavrovla Pekində keçirdiyi mətbuat konfransında Ukraynada böhranın dialoq yolu ilə həll olunmasında konstruktiv rol oynamağa hazır olduğunu bildirib.
Çinli nazir Ukraynada davamlı sülhün və sabitliyin təmin olunması üçün Rusiya, ABŞ, Avropa Birliyi və Ukraynanın bir araya gəlməsini təklif edib. Onun sözlərinə görə, bütün tərəflərin istəklərinə həssaslıqla yanaşılmalıdır.
Sergey Lavrov isə verdiyi açıqlamasında Çinə Ukraynadakı hadisələrdə tərəfsiz mövqe tutduğuna görə təşəkkür edib. O, Ukraynanın şərqində etirazçılara qarşı güc tətbiqinin yolverilməz olduğunu bildirib.
Bəs Ukraynada hadisələr necə inkilşaf edəcək? Qərb mediası bu suala cavab axtarır.
"Guardian" belə bir suala cavab axtarır ki, Ukrayna hökumətinin gücdən istifadə etsə, onda nə olacaq? Qəzet hesab edir ki, mümkün senarilər 5 amilin - separatçılara qarşı gücdən istifadə, Rusiya müdaxiləsi, Qərb sanksiyaları, NATO müdaxiləsi və diplomatiya amillərinin qarışığından ibarətdir.
Qəzet öz sualına belə cavab verir ki, Ukrayna hökuməti gücdən istifadə etsə, bu vaxt vətəndaş müharibəsi riski yaranır. Rusiyanın qoşun yeritməsi bəhanəsi ortaya çıxa bilər.
Hazırda isə Putin müharibəni başlamaq riskinə getmək istəmir. Ancaq Rusiya qoşunları yeridilsə, Ukrayna ordusunun müqavimət göstərmək imkanları da var.
Təbii ki, ABŞ və Avropa Birliyi Rusiyaya qarşı sanksiyalar qoyacaq. Bunlar bank, enerji, mədən sektorlarına aid olacaq.
Ancaq sərt sanksiayalarda Avropa Birliyində fikir ayrılığı var. Almaniya qaz məsələsində Rusiyadan asılıdır, Fransanın Rusiya ilə hərbi istehsal müqavilələri var. Rusiya Britaniyaya böyük investisiyalar qoyub. Avropa Birliyində bu maraqlar qəzetin fikrincə, sərt sanksiyalara imkan verməyəcək.
Bəs NATO prosesə qarışa bilərmi? "Guardian" hesab edir ki, yox! Qəzet yazır ki, bundan sonra nə olacağını demək çətindir, ancaq Ukraynanın şərqində vəziyyətin gərginləşməsi Rusiyanın və federalizm tərəfdarlarının əl-qolunu açır.
"Wall Street Journal" yazır ki, Putinin məngənəsində Ukrayna boğulur. Ancaq bu vaxt Rusiya da boğulur. Əmlakın qiyməti düşür, səhmlər düşür, rubl düşür. İl başlanandan ölkədən 70 milyard dollar yaxın pul çıxıb.
Müharibə əhvalı dissident səsləri kəsib. Hətta Krımdan sonra Qərbin sanksiayalarından şikayət edən də yoxdur. Bir diplomat deyir: "Oliqarxlara mesaj budur: şikayətlənməyin! Əgər biz Rusiyanın möhtəşəm olmağını istəyiriksə, dözməliyik".
Qəzet yazır ki, revanşist marşı irəliləyir: bu gün Ukrayna, sabah Moldova, bir gün gələcək Baltik ölkələr...Rusiyanın daxilində Putini dayandırcaq qüvvə yoxdur. Hətta sovet liderləri partiyanın siyasi bürosuna cavab verirdilər.
Qəzet sonda yazır ki, Kremlə yiyələnəndə Putin Brejnevin və daha sonra Yeltsinin kabineti olan böyük otaqdan imtina etdi, orta ölçülü otağı seçdi.
Bu otağın sonuncu sahibi Stalin olmuşdu. Bu otaq haqda o, bir dövlət baçısına demişdi ki, "balaca otaq", ancaq "böyük hakimiyyət".
"National" interest yazır ki, dünyanın köhnə nizamı yavaş-yavaş ölür. Köhnə nizam deyəndə o cümlədən, sabitlik nəzərdə tutulur.
Politoloq Azər Mürsəliyevin fikrincə, Ukraynada çox mənfi proseslər baş verir: "Hesab edirəm ki, prosesin iştirakçıları mümkün qədər hadisələri məhdudlaşdırmalı, dayandırmalıdır. Çünki vəziyyət getdikcə gərginləşir, iştirakçıların sayı çoxalır. Proseslər gərgin xarakter alır. Hər şey nəzarətdən çıxa bilər. Prosesin qarşısı alınmasa, çox xoşagəlməz hadisələrin baş verməsi mümkündür. Rusiya və Ukrayna arasında, o cümlədən iki xalq arasında münasibətlər getdikcə pozulur. Hazırda iqtisadi müharibəyə bənzər proseslər gedir. Bunların hamısı həm Ukrayna, həm Rusiya, həm də iki dövlətin qonşuları üçün xoşagəlməz haldır".
Politoloq bildirib ki, Rusiya ilə Ukrayna arasında geniş müharibə ehtimalı yoxdur: "Mən buna inanmıram və inanmaq istəmirəm. Əvvəla, nə Rusiya, nə də Ukrayna müharibə olmasını istəyir. Ən əsası isə Rusiya və Ukrayna xalqları bunu arzulamırlar. Amma istəyib-istəməməkdən asılı olmayaraq belə bir vəziyyət yarana bilər və həm münasibətlər xeyli geriyə atılar, həm də lokal döyüşlər ola bilər. Hazırda Ukraynanın şərqində onsuz da lokal münaqişələr var. Hesab edirəm ki, Rusiya Ukrayna ilə bağlı tutduğu xətti digər MDB ölkələrinə şamil etməyəcək. Belə bir ehtimal yoxdur. Rusiyanın rəsmi qurumları və şəxsləri də açıq şəkildə bəyan edib ki, digər MDB ölkələri ərazisində olan münaqişələrlə Krımı eyniləşdirmək olmaz, Krımla Dağlıq Qarabağ münaqişəsini bərabərləşdirmək olmaz, bunlar tamamilə ayrı-ayrı münaqişələrdir, bir-biri ilə əlaqəsi olmayan proseslərdir. Hesab edirəm ki, Rusiya dörd tərəfində olan bütün ölkələrlə münaqişəyə getmək fikrində deyil. Rusiya yüz illərlə formalaşmış münasibətləri bir gündə pozmaq istəməz. Moskvanın digər ölkələrlə də münaqişəyə gedəcəyi fikrini marginal siyasətçilər səsləndirir. Marginal siyasətçilərin dediyi sözlərə inanmaq və onlara ciddi yanaşmaq lazım deyil. Çünki onların real siyasətdə və real hadisələrdə heç bir təsirləri, çəkiləri yoxdur. MDB ölkələrinin də siyasətlərini dəyişəcəyinə inanmıram. Çünki Avropaya birləşmək istəyən ölkələr olduğu kimi, Avropaya çox da yaxınlaşmamaq, yaxşı münasibət saxlamaq, amma Avropa İttifaqına qoşulmamaq istəyən ölkələr də var. Hesab edirəm ki, onlar bu mövqelərində qalacaqlar".
Politoloq Qabil Hüseynli isə deyib ki, Ukraynadakı proseslərdən qaynaqlanan yeni dünya müharibəsi başlasa, bu, Rusiya üçün dəhşətli fəlakətlər yaradacaq.
O, rusların Ukraynanın şərq vilayətləri ilə kifayətlənməyəcəyini bildirib: "Ruslar daha dərinə doğru irəliləməyə çalışacaqlar. Ukraynanın da hərbi potensialı zəif deyil. Ən azından, rus ordusunun hücumunu dayandırmağa yetərlidir. Üstəlik də Qərbdən Ukraynaya partizan müharibəsi aparmağa qadir olan diversant qruplar gəlib. Bu muzdlu qüvvələr böyük zərbələr endirmək qabiliyyətinə malikdirlər. Əgər Qərb görsə ki, Rusiya Ukraynanı üstələyir və Avropanın bəzi ölkələri üçün müəyyən təhlükə yaranır, o zaman Amerikanın, eləcə də NATO-nun prosesə qatılması labüd olur".
Politoloq yeni dünya müharibəsinin Rusiyanın müstəqilliyini sual altına alacağını bildirib: "Prosesə qatılacağı təqdirdə NATO-nun hərbi üstünlüyü şəksizdir. Rusiya bu üstünlüyü aradan qaldırmaq üçün nüvə silahına əl atacaq. Bu günlərdə onlar yeni modern raketlərini nümayiş etdirdilər. Məsələ burasındadır ki, ballistik raketlərin texnologiyası ABŞ-ın malik olduğu səviyyəyə çata bilməz. Rus ballistik raketlərinin NATO-nun raket qalxanını yarıb keçmə imkanları çox zəifdir. Qərb təhlilçiləri 100 raketdən yalnız birinin o qalxanı yarıb keçmək qabiliyyətinə malik olduğunu deyirlər. Qalanları Rusiya ərazisində partlayacaq. Bu cəhətdən mən bilmirəm ruslar nəyə arxayındır. Əgər yeni dünya müharibəsi başlasa, bu, Rusiyanın özü üçün dəhşətli fəlakətlər yaradacaq. Rusiyanın bir dövlət kimi mövcudluğu da sual altına düşəcək".