Azərbaycan dizel istehsalını 23%-dən çox, avtomobil benzinini isə 17% artırıb - CƏDVƏL İqtisadiyyat

Azərbaycan dizel istehsalını 23%-dən çox, avtomobil benzinini isə 17% artırıb - CƏDVƏL

Azərbaycanda ötən il neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 5 532,3 mln. manat olmaqla, əvvəlki illə müqayisədə 13,7% artıb.

Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, neft məhsullarından mazut istehsalı 2,2 dəfə, neft koksunun istehsalı 31,3%, qazoylların (dizel yanacağının) istehsalı 22,9%, ağ neft istehsalı 22,9%, avtomobil benzinin istehsalı iisə 17,2% artıb.

Qeyd olunur ki, hesabat dövründə ölkədə neft bitumu istehsalı 2,1%, sürtkü yağları istehsalı isə 48,2% azalıb.

Azərbaycanda istehsal olunan neft məhsulları:

Məhsul növləri

2025-ci ildə istehsal edilib

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

01.01.2026-cı il vəziyyətinə hazır məhsul ehtiyatı

Avtomobil benzini, min ton

1 466,7

117,2

71,2

Ağ neft, min ton

690,7

122,9

26,5

Qazoyllar (dizel yanacağı), min ton

2 549,2

122,9

138,2

Mazut, min ton

59

2,2 d.

1,2

Sürtkü yağları, min ton

36,6

51,8

1,1

Maye qazlar, min ton

225,8

132,2

2,5

Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton

750,1

70

62,2

ondan:

neft bitumu, min ton

259,3

97,9

17,4

neft koksu, min ton

240,8

131,3

40,7