19 Yanvar 15:52
2 877
Özbəkistan ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Qəzza Zolağını İdarə Etmək üçün Sülh Şurasına təsisçi üzv kimi qoşulmağa hazırdır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Prezident Şavkat Mirziyoyevin amerikalı həmkarına göndərdiyi cavab məktubunda bildirilib.
Mirziyoyevin mətbuat katibi Şerzod Əsədov Telegram-da yazıb: "Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ABŞ Prezidenti Donald Trampdan Yaxın Şərqdə sülhün möhkəmləndirilməsi və münaqişələrin həlli üzrə beynəlxalq təşəbbüsə qoşulmaq üçün rəsmi dəvət alıb. Dövlətimizin başçısı amerikalı həmkarına Özbəkistanın Sülh Şurasına təsisçi üzv kimi qoşulmağa hazır olduğunu bildirən cavab məktubu göndərib".
Məryəm Quliyeva
10:35
896
25 Mart 18:25
1 400
25 Mart 15:09
1 358