14:26
560
2025-ci ildə Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 85,4 milyard manat olmaqla 2024-cü ilə nisbətən müqayisəli qiymətlərlə 4,9 faiz artıb, ümumi dəyərin 79,2 faizini pərakəndə ticarət dövriyyəsi, 17,5 faizini əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,3 faizini isə ictimai iaşə dövriyyəsi təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edilib ki, qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2024-cü illə müqayisədə 4,8 faiz artaraq 81,9 milyard manata bərabər olmuş, onun 47,3 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.