Trampın İranın düşmənlərinə səfəri Tehranın narahatlığına səbəb olub Dünya

Trampın İranın düşmənlərinə səfəri Tehranın narahatlığına səbəb olub

Həsən Ruhani şənbə günü, səhər yenidən İran prezidentliyinə seçildiyini öyrəndikdə, ABŞ prezidenti Donald Tramp "Air Force One" təyyarəsində Səudiyyə Ərəbistanına enərərk, Tehranın amansız rəqibinə 100 milyard dollarllıq silah satışı təklifini irəli sürmüşdü.
Heç kim ikinci dönəmədə praqmatik İran din xadiminin üzləşəcəyi problemləri dolğun izah edə bilməz.
"Bloomberg" yazır ki, Daxili İşlər Nazirliyi tərəfindən açıqlanan nəticələr Həsən Ruhaninin sərt rəqibi İbrahim Rəisini çox rahat məğlub etdiyini göstərdi: 39 faizə qarşı 57 faiz.
O, seçki kampaniyası dövründə daha açıq, firavan və beynəlxalq aləmə inteqrasiya edilmiş iqtisadiyyat vədi ilə çıxış edirdi və bu ismarışlar, belə çıxır ki, İranın gənc və getdikcə çoxalan şəhər əhalisinin qəlbinə yol tapdı.
Lakin Ruhaninin şənbə günü əldə etdiyi mandat istər ölkə daxilində, istərsə də xaricdə çox məhduddur. Qərblə gərginliyin qismən azaldılmasına hesablanmış proqramı həyata keçirmək qabiliyyəti ciddi daraldılıb.
Prezident vəzifəsində Trampın ilk xarici səfər üçün Səudiyyə Ərəbistanı və İsrail seçimi Ruhaninin xaricdə qarşılaşacağı yeni mühiti göstərir.
2015-ci ildə Ruhani ABŞ və digər dünya dövlətləri ilə İranın nüvə yanacağı proqramının dondurulmasını nəzərdə tutan müqavilə imzaladı. Builki seçki kampaniyası zamanı o, ballistik raket sınaqları və insan hüquqları kimi məsələlər üzrə qüvvədə qalan qeyri-nüvə sanksiyalarının ləğvini təmin etmək vədi verdi. Bu, demək olar ki, qeyri-mümkün məsələ kimi görünür.
Mayın 17-də Dövlət Departamenti sanksiyalara əlavələrin edildiyini bildirdi. Bir gün sonra İsrail baş naziri Binyamin Netanyahunun baş məsləhətçisi dedi ki, hökumət başçısı Trampı İrana qarşı daha çox sanksiya tətbiq etməyə inandıracağına ümid edir.
"Tramp administrasiyası, güman ki, fəal şəkildə eks-prezidenti Barak Obamanın təşviq etdiyi, İrana qlobal investisiya qoyuluşlarına mane olacaq, – Beynəlxalq Sülh Naminə Karnegi Fondu, Vaşinqton Analitik Mərkəzinin İran üzrə mütəxəssisi Kərim Sacadpur deyib. – Artıq Ruhaninin Vaşinqtonda Obama kimi tərəfdaşı olmayacaq. Yaxın Şərqdə Səudiyyə Ərəbistanı və İsrail ilə daha yaxşı əlaqələr İranla daha antaqonist münasibətlər deməkdir``.
Ruhani ölkə daxilində də məhdudlaşdırılacaq. İranın yarıdemokratiyasında Ayətullah Əli Xamenei ali səlahiyyət sahibidir və öz rolunu 1979-cu il İslam İnqilabının mirasının qorunmasında görür. O, ölkəni xarici şoklara qarşı daha az həssas, həm də Qərb təsirinə az açıq edəcək İran iqtisadiyyatı üçün "müqavimət" modelini dəstəkləyir.
Prezidentə həm də İranın güclü İnqilab Keşikçiləri Korpusu nəzarət edir. Bu korpus isə İsrailə düşmən, İraqdan Suriyaya, Livandan Yəmənə qədər ABŞ və Səudiyyə maraqlarına qəsd edən xarici siyasəti davam etdirəcək kimi görünür.
"Tramp çox aydın mövqedədir və biz də fikirlərimizdə aydın olmalıyıq, – seçkilərdə Rəisiyə dəstək vermiş mühafizəkar Motalefeh Partiyasının Mərkəzi Komitəsinin üzvü Həmidrza Tərəqi bildirib. – Biz bu regionun geosiyasi vəziyyətini həll etmək istəyirik``.
Rəisini bada verən Ruhanini ölkənin təhlükəsizliyini zəif etməsi və iqtidar kimi yumşaq təsvir etmə kimi populist kampaniya oldu. O, 2015-ci ilin nüvə sazişini tənqidə məruz qoydu. Rəisi Qərbin investisiyaları və xarici texnologiya transferini artırmağa dair Ruhaninin planlarını dilənçilik siyasəti adlandırdı.