Toxumçuluq haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr tətbiq olunacaq
Qumar oyununda təkrar iştirak etməyə görə inzibati həbs tətbiq olunacaq
Daşınmaz əmlakla bağlı ünvanlanan sorğulara cavab verilməməsinə görə cərimə müəyyənləşir
Daşınmaz əmlakın dövlət reyestri və kadastrı vahid sistemdə birləşdiriləcək
Akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsi üçün rüsum müəyyənləşir
10:55
679
ABŞ Maliyyə Nazirliyinin iyun ayında verdiyi və İranın neft sektoruna qarşı sanksiyaları yumşaldan baş lisenziyasının qüvvədən düşməsinə baxmayaraq, İran rəhbərliyi neft ixracını həyata keçirməkdə davam edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının neft naziri Möhsün Paknejad bəyan edib.
"Neft Nazirliyi ABŞ-nin ədalətsiz sanksiyalarının fəsadlarını neytrallaşdırmağa imkan verən zəruri mexanizmləri artıq uzun illərdir ki, formalaşdırıb. Neft ixracının kəsintisiz təmin edilməsi üçün nəzərdə tutulmuş mexanizmlər qorunub saxlanıldığı üçün İran neftinin ixracı əvvəlki rejimdə davam edir", — deyə nazirliyin mətbuat xidməti onun sözlərindən sitat gətirib.
Paknejad qeyd edib ki, Tehran Vaşinqtonun öz vədinə əməl etməyəcəyini gözlədiyi üçün əvvəllər hazırlanmış bütün mexanizmlərdən imtina etməmişdi.
Məryəm Quliyeva