Bu İran, o İran deyil Dünya

Bu İran, o İran deyil

Bu gün İran İslam İnqilabının qələbəsinin 40-cı ildönümüdür

İran İran İslam Respublikası Qərbi Asiyada yerləşir. 81 milyon nəfər əhalisi ilə dünyanın ən çox əhalisi olan 18-ci ölkəsi olan İran, 1,648,195 km² quru ərazisi ilə sahəsinin böyüklüyünə görə Yaxın Şərq regionunda ikinci, dünya ölkələri arasında isə 17-ci yerdə qərarlaşıb. İran şimal-qərbdən Ermənistan və Azərbaycan Respublikası, şimaldan Xəzər dənizi, şimal-şərqdən Türkmənistan, şərqdən Əfqanıstan və Pakistan, cənubdan Fars körfəzi və Oman körfəzi, qərbdən Türkiyə və İraqla əhatə olunub. Ölkənin Avrasiyanın mərkəzində və Qərbi Asiyada yerləşməsi, həmçinin Hörmüz boğazına yaxınlığı ona geostrateji əhəmiyyət qazandırıb. Tehran ölkənin paytaxtı və ən böyük şəhəri olmaqla yanaşı, həmçinin İranın aparıcı iqtisadi və mədənimərkəzi hesab olunur. Ölkənin rəsmi dini - İslam, rəsmi dili fars dilidir.
İran İslam İnqilabının 40-cı ildönümünü qeyd edir. Bu dəfə dünyadan İranın necə göründüyündən, daha doğrusu, bir sıra beynəlxalq təşkilatların sorğu və reytinq cədvəllərində İranın tutduğu mövqe və yerindən bəhs edəcəyik.

Dünyada 14-ci ən qüdrətli ölkə

Amerikanın Recpublikaçılar Partiyasına yaxın ən mötəbər təsisatlardan biri olan "Hadson" bugünkü İranı Amerika, Çin, Yaponiya, Almaniya, Rusiya və Hindistandan sonra dünyanın 7-ci ən qüdrətli ölkəsi hesab edir. Amma bu, təkcə Hadson beyin Mərkəzinin fikri deyildir.
Amerika mühafizəkarlarına yaxın olan Fukuyamanın müəssisəsi "Amerikən İnterest" də oxşar nəticəyə gəlib çıxıb və İranı dünyanın 7-ci ən qüdrətli ölkəsi hesab edir. Qeyd etmək lazımdır ki, tədqiqatlarında belə bir nəticəyə gəlib çıxan yalnız sağçı qüvvələr və recpublikaçı mühafizəkarlar deyildir. Sol təmayüllü, müstəqil və iqtisadi nəşrlər də oxşar fikirdədirlər.
Sol təmayüllü "İndependent" qəzeti də 2018-ci ilin iyul ayında nəşr etdiyi hesabatında İranı dünyanın 13-ci qüdrətli ölkəsi adlandırır, bu isə o deməkdir ki, 2017-ci ildəki hesabatı ilə müqayisədə İranı bir pillə irəli çəkib. Britaniyanın "Biznes İnsayder" iqtisadi nəşri də İranı dünyanın 14-ci, "U.S. Nyus" xəbər saytı isə yenə 13-cü güclü ölkəsi hesab edib. Bu o halda baş verir ki, İran son illər ərzində dünya tarixindəki ən ciddi sanksiyalara məruz qalıb. Həmçinin qeyd etmək lazımdır ki, İnqilabın elə ilk günlərindən Amerika və Qərb İrana qarşı öz sanksiyalarını da elan ediblər. Bununla yanaşı, İran 8 il ərzində xarici ölkənin hücumuna məruz qalıb ki, bu, XX əsrdə ən uzun sürən müharibədir. İran həmçinin dəfələrlə terror, çevriliş, yumşaq müharibə və küçə üsyanı yaşayıb.
İnsan inkişafı göstəricisi

BMT-nin İnsan inkişafı üzrə hesabatına görə, 1979-cu ildən (yəni İslam respublikası təsis edilən ildən) 2016-cı ilədək İranda insan inkişafı göstəricisi üzrə artımın miqdarına görə birinci yerə çıxıb. İnqilabdan keçən 4 onillik ərzində heç bir ölkə insan inkişafı göstəricisini İran qədər yüksəldə bilməyib. İnsan inkişafı göstəricisinin dünya üzrə orta həddi 0,69-0,73 %-ə bərabər olub. İranın inkişafı ildə 1.6 % olub ki, bu, dünya üzrə bu göstəricidən hətta iki dəfədən də artıqdır. Ancaq, bu inkişaf göstəricisinin artım miqdarını göstərir. Bəc çatışmazlıqlarla bağlı vəziyyət necədir? Yəni İran inkişaf göstəricisinin çatışmazlıqlarını kompensasiya etmək sahəsində nə qədər müvəffəq olub? 19 may 2016-cı ildə nəşr edilən "Fayneşnl Tribyun" qəzetinin hesabatına görə, İran bu göstəricinin çatışmazlıqlarını kompensasiya etmək sahəsində də Cənubi Koreyadan sonra dünyada birinci yerdə dayanır. Bu hesabatda qeyd olunan sahələrdən biri İranda mövcud olan ictimai sığorta sistemidir. Həmin hesabata görə, yoxsulluq üzündən müalicə xərclərini ödəyə bilməyən 700 min nəfər bu sığortadan istifadə etməklə müalicə olunub. İranda dövlət özü zəzuri dərman preparatları ilə bağlı vəziyyəti və ictimai sığortanı öz öhdəsinə götürüb. Bu isə ölkədə orta ömür müddətinin yüksəlməsinə gətirib çıxarıb. "Fayneşnl Tribyun" qəzetinin hesabatına görə, 1979-cu ildə, yəni İslam İnqilabından bir il sonra İran nəhalisi arasında orta ömür müddəti cəmi 54 il idi. Bu o deməkdir ki, bir iranlının orta hesabla ömür müddəti 54 il hesab olunurdu ki, bu rəqəm yalnız böhranlara və müharibələrə düçar olan Afrika ölkələri ilə müqayisə oluna bilərdi. Lakin İnqilabdan sonrakı illərdə bu rəqəm yüksəlib və 2014-cü ildə 75 ildən də yuxarı qalxmış və beləliklə də Yaponiya və Koreya kimi ölkələrin göstəricisinə yaxınlaşıb. Lakin buna baxmayaraq, bu reallıq dünyanın aparıcı KİV-ləri tərəfindən daim qulaqardına vurulur və bu, onların hesabat və məlumatlarında öz əksini tapmır.

Elmi inkişafı göstəricisi

İspaniyanın Qranada universitetinin elmi təsnifatına görə, 2017-ci ildə Amerika, Çin, İngiltərə, Almaniya, Yaponiya və Fransa dünyada elm istehsal edən ölkələrin önündə gedirdilər. Eyni zamanda İran 54 min 388 tədqiqatla dünyada bu göstəriciyə görə 16-cı yerdə dayanırdı. Regionda isə İran birinci yerdə idi və Türkiyə ilə Səudiyyə Ərəbistanı sonrakı yerləri tuturdular. Bu əsasda, İran 2017-ci ildə İslam ölkələri arasında da dünyada birinci yeri tuturdu. Həmin ildə elmi məqalələrə müraciətlərin sayına görə, başqa tədqiqatçıların müraciət etdiyi məqalələrin sayına nəzərən İran dünyada 17-ci yerdə idi, lakin region daxilində bu ölkə əvvəlki kimi birinci yeri tuturdu.
1956-cı ildən İngiltərədə nəşr olunan elmi təsnifat orqanı olan mötəbər "New Scientist" müntəzəm olaraq dünyanın müxtəlif ölkələrinin elmi inkişafı haqqında statistik hesabatlar dərc edir. Bu jurnalın 2010-cu il üzrə hesabatında İran elmi inkişafın sürətinə görə ən irəlidə gedən ölkə idi və jurnalın təbirinə görə, İran elm istehsalına görə dünyanın ən qabaqcıl ölkəsi idi. İranda elmin inkişaf sürəti dünya üzrə orta göstəricidən 11 dəfə yüksəkdir. BMT-nin elm və mədəniyyət təşkilatı olan YUNESKO da "2030-cu ilə doğru" adlı dünya ölkələrinin elmi inkişafına həsr olunan hesabatının 2016-cı ildə nəşr olunmuş sonunsu buraxılışında bildirir ki, İran regionda və bütün islam dünyasında nanotexnoloji biliklər sahəsində irəlidə gedən ölkəsidir, dünya üzrə isə Çin, Amerika, Hindistan, Cənubi Koreya, Almaniya və Yaponiyadan sonra 7-ci yeri tutur.

Ölkənin hərbi qüdrəti

Dünyadakı hərbi güclərin təsnifatı üçün, "Global Firepower" saytının 2018-ci il üçün dünyanın 136 ölkəsi üzrə statistik verilənləri bunu göstərir ki, İran dünyada 13-cü hərbi gücə malikdir. Bu reytinq siyahısında Amerika, Rusiya, Çin, Hindistan və Fransa ilk 5 yeri tuturdır. Lakin qeyd etmək lazımdır ki, bu reytinq siyahısında İslam İnqilabı keşikçiləri Korpusu və "Bəsic" (səfərbərlik) adlanan müqavimət qüvvələri nəzərə alınmayıblar. Amerikanın çox mötəbər bir beyin mərkəzi olan "Strateji və beynəlxalq araşdırmalar Mərkəzi"-nin statistik göstəricilərinə görə, İran işçi qüvvəsi cəhətdən dünyada 7-ci yeri tutur. Həmçinin raket qüvvələri İranın hərbi gücünün mühüm bir hissəsini təşkil edir. Bütün dünyada yalnız 26 ölkə raket sənayesinə malikdir ki, bunların çoxunda bu sənaye sahəsi çox məhdud olub, köməkçi bir funksiya yerinə yetirir. İranda isə vəziyyət başqa cürdür.
"The National İnterest"-in yazdığına görə, dənizdə İranın ən təhlkəli silahı "Qədir" klasından olan sualtı qayqlardır. Bu sualtı qayqlar Hörmüz boğazını amerikalılar üçün təhlükəli bir zonaya çevirə bilər. Bu hesabata görə, Amerika 1976-cı ildən bu günədək, yəni 45 illik bir dövr ərzində Hörmüz boğazının təhlkəsizliyini təmin etmək məqsədilə 8 trilyan dollar vəsait xərcləmişdir, ancaq indi iranlılar "Qədir" sualtı qayqlarının köməyi ilə bu boğazdakı hər hansı bir gəmini boğazın hər hansı bir hissəsində hədəf ala bilərlər.

Bütün sahələrdə irəliləyiş

İranın dünya üzrə idman sahəsində tutduğu yer ümumilikdə yaxşılaşıb. Kişilər arasında oturaq voleybol sahəsində İran dünyada 1-ci yerdədir. "Kəbedi" (və ya "Zu") oyunu sahəsində isə İran dünyada 2-ci yeri tutur. Sahil futbolu üzrə də bu ölkə dünyada 3-cüdür. Futzal sahəsində və qadınlar arasında oturaq voleybol sahəsində də 6-cı yeri tutur. Kişilər arasında voleybol üzrə İran dünyada 8-ci yerdə, əlillər arasında basketbol üzrə 4-cü yerdədir. Sahil həndbolu, basketbol və futbol üzrə də İran dünyada müvafiq olaraq 22-ci (8), 24-cü və 37-ci yerləri tutur.
... İran, inqilabdan sonrakı dövrdə ona qarşı elan edilmiş sanksiyalar səbəbindən bir çox iqtisadi çətinliklərlə üzləşib, ancaq bununla belə, çoxlu irəliləyişlərə də nail olub. Hazırda İran bir çox kənd təsərrüfatı, heyvandarlıq və sənaye məhsulları ixracı sahəsində dünyada ilk yerlərdə dayanır. Turizm sahəsində isə İran 1991-ci ildən bu günədək ölkəyə gələn xarici turistlərin sayını 23 milyon nəfər artıra bilmişdir ki, bu baxımdan, yəni ölkənin turizm cazibəsinin artmasına görə dünyada 7-ci yeri tutur.

... Sənayenin İranın irəlidə olduğu başqa sahələrindən biri də atom sənayesidir. Dünya ölkələrinin energetikasının gələcəyini müəyyənləşdirən başqa sahələrdə, o cümlədən təbabətdə, kənd təsərrüfatında və sənayedə də istifadə olunan bu sənaye sahəsində dünya üzrə indəyədək 13 ölkə var idi ki, atom yanacağının tam siklinə, yəni uranın kəşfiyyatından tutmuş onun mədəndən çıxarılmasına, uran daşı-"sarı tort" istehsalına və onun 6UF qazına çevrilməsinədək olan bütöv bir siklə sahib idilər. İran daxili imkanlar, yerli alimlər və mütəxəssislərin gücü ilə bu texnologiyanı əldə edən 14-cü ölkədir. Hazırda İran atom yanacağının tam siklinə sahibdir.
...Dünyada 195 ölkə vardır və bu ölkələrdən yalnız 55-i diqqətəlayiq avtomobil sənayesinə malikdir. Bu 55 ölkədən isə yalnız 20 ölkə ildə bir milyondan ədəddən çox avtomobil istehsal edir. İran isə 2017-ci ildə bir milyon 500 min ədəddən çox avtomobil istehsal etməklə dünyada bu sahə üzrə 16 yerə çıxıb.
2008-ci ildə ölkə istehsalı olan avtomobillərin xarici ölkələrə ixracını həcmi iki dəfə artaraq bir milyard dollara çatdı. Hazırda 1200 şirkətə məxsus 15 minə yaxın zavod avtomobil ehtiyat hissələri istehsalı ilə məşğuldurlar. İxrac baxımından da 39 xarici ölkə İrandan avtomobil ehtiyat hissələri alır.
... İnqilabdan əvvəlki illərdə dünyaya gələn hər 1000 uşaqdan 111-i vəfat edirdi. Bu göstərici "Körpə ölümləri" adlanır və bir cəmiyyətdə əhalinin sağlamlıq vəziyyətinin öyrənilməsində istifadə olunan əsas statistik göstəricilərdən biridir. 2016-cı ildə isə bu rəqəm 1000 uşaq üçün 10 körpə ölümü idi.
... İslam İnqilabının qələbə çaldığı 1978-ci ildə İranda yalnızca 310 min nəfər universitetə gediblər. Universitetlərdə də 170 min tələbə var idi. Halbuki inqilabdan sonra müxtəlif təhsil sahələrində universitet bitirmiş məzunların sayı 18 dəfəyə yaxın artaraq 5 milyon 474 min nəfərə çatıb . Tələbələrin sayı da 23,5 dəfə çoxalaraq təqribən 4 milyon nəfərə çatıb. İnqilabdan qabaq ölkədə yalnızca 223 universitet və ali təhsi müəssisəsi var idi, hazırda isə 2540-dan çox universitet və ali təhsi müəssisəsi yradılıb. İran 2003-cü ildə elm istehsalı cəhətdən dünyada 19-cu yerə çıxıb. Universitetlərin keyfiyyəti baxımından da qeyd edə bilərik ki, hazırda dünyanın 938 əsas universitetindən 23-ü İranda yerləşir ki, bu təsnifat dünyada universitetlərin dəyərləndirilməsi üçün mötəbər bir sistem olan Layden təsnifat sisteminə əsasən hesablanıb. Bu təsnifata əsasən, İran islam dünyasında üst universitetlərin sayı cəhətdən bütün digər islam ölkələrindən irəlidədir.


Cavid