İranın yeni büdcəsi ABŞ-a müqavimət üçün hazırlanır Dünya

İranın yeni büdcəsi ABŞ-a müqavimət üçün hazırlanır

İran prezidenti gələn il ölkəsinin neft gəlirlərindən asılılığının azalacağını bəyan edib. O, yeni büdcənin ABŞ-ın ticarət embarqosuna müqavimət üçün hazırlandığını deyib. "Büdcə dünyaya sanksiyalar baxmayaraq, İranın özünü idarə edəcəyinə dair bir mesajdır" - deyə, Həsən Ruhani parlament sessiyasının açılışında bildirib. O deyib ki, təklif edilən büdcə "təzyiq və sanksiyalara maksimum" müqavimət göstərəcək.
İranın yarı-rəsmi Tasnim xəbər agentliyinin bildirdiyinə görə, yeni büdcəyə vergilərin artırılması, dövlət mülkiyyəti və istiqrazlarının bir hissəsinin satışı daxildir. Lakin Ruhaninin dediklərindən təklif edilən yeni ölçülərin neft gəlirlərini kompensasiya edib-etməyəcəyi aydın olmayıb.
Ruhani Rusiyadan 5 milyard dollar borc əldə edilməsi məsələsinin də yekunlaşdırılacağını bildirib. İranın dövlət başçısı ABŞ və İsrailin sanksiyalar yolu ilə İranı zəiflətmək kimi məqsədlərinə baxmayaraq, onlar ümidsizliyə qapanacağını vurğulayıb. O deyib ki, yeni büdcə yoxsul əhalinin ərzaq və tibbi yardımlar kimi bir sıra ehtiyaclarını qarşılayacaq.
İranda büdcə ili martın 20-də başlayır. 40 milyard dollarlıq büdcə 2019-cu illə müqayisədə 10 faiz artıq olacaq. Artım ölkədəki 40 faizlik inflyasiya vaxtı əldə edilir. İran hazırda iqtisadi böhran yaşayır. ABŞ 2015-ci ildə bu ölkə ilə əldə edilən nüvə sazişindən çıxdıqdan sonra Tehrana ciddi iqtisadi sanksiyalar tətbiq edib.
Hökümətin benzin qiymətini qəflətən 300 faiz artırmaq qərarının ardınca noyabrın 15-də başlayan iğtişaş 100-dən şəhərə yayılıb və daha sonra siyasi etirazlara çevrilib. Belə ki, gənclər və işçi sinfinə aid insanlar hökumətin istefasına çağırıb.
Ciddi qarşıdurmalar qeydə alınıb. Tehran tələfat sayı ilə bağlı rəsmi açıqlama verməyib, amma Amnesty İnternational bazar ertəsi azı 208 etirazçının öldüyünü təsdiq etdiyini bildirib. Bu isə o deməkdir ki, bu iğtişaş 1979-cu ilin İslam İnqilabından bəri ölkədə baş verən ən qanlı qarşıdurmadır.
Tehranın dindar liderləri iğtişaşa görə xaricdə yaşayan əleyhdarları ilə əlaqələri olarn "quldarları” və ölkənin əsas düşməni hesab etdikləri Birləşmiş Ştatlar, İsrail və Səudiyyə Ərəbistanını günahlandırıb.