Putinin 7 şərti Dünya

Putinin 7 şərti

Şərqi Ukraynada atəşkəs razılaşması pozulub

Cavid

Ukrayna antiterror gücləri ötən gecə ərzində ən azı 100 rus separatçını və Rusiya hərbçisini məhv edib. "Unina.net" saytının verdiyi məlumata görə, bu barədə Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, "İnformasiya müqaviməti" qrupunun koordinatoru Dmitri Tımçuk "Facebook" səhifəsində bildirib.
Hərbi ekspertin sözlərinə görə, Rusiya hərbçilərinin fəallığı xüsusilə Donetsk, Qorlovka, Stukalova, Starobeşevo və Amvrosiyevka şəhərlərində müşahidə edilir. D.Tımçuk Rusiya ərazisindən də aviasiya zərbələrinin sayının artdığını deyib.
Hərbi ekspert Rusiya Federasiyasının beynəlxalq konvensiyalarla qadağan edilmiş patronlardan istifadə etdiyini qeyd edib. Onun fikrincə, ötən gecə baş verən döyüşlər Putinin irəli sürdüyü həll planının işləməyəcəyini göstərir.
Xatırladaq ki, Rusiya prezidenti Ukraynanın Donbas hövzəsində vəziyyətin nizama salınması ilə bağlı planını elan edib. Yeddi bəndlik planda Ukrayna Silahlı Qüvvələri tərəfindən aktiv hücum əməliyyatlarının dayandırılması, Ukrayna ordusunun yaşayış məntəqələrindən uzaqlaşdırılması, yaradılan təhlükəsizlik zonasında atəşkəz şərtlərinə riayət edilməsinə obyektiv beynəlxalq nəzarətin həyata keçirilməsi, hər iki tərəfdə saxlanılan şəxslərin hər hansı ilkin şərtlər olmadan mübadilə edilməsi, qaçqınların hərəkəti və humanitar yüklərin çatdırılması üçün humanitar dəhlizlərin açılması, dağıdılmış obyektlərin bərpası üçün təmir briqadalarının göndərilməsi müddəaları yer alıb.
Monqolustanda rəsmi dövlət səfərində olan Rusiya prezidenti Vladimir Putin Ulan-Batorda monqol həmkarı ilə birlikdə keçirdiyi mətbuat konfransında Şərqi Ukraynadakı silahlı münaqişənin bitməsi üçün 7 şərt irəli sürüb.
Putin Ukrayna rəhbərliyinin separatçılarla atəşkəs rejkini möhkəmləndirmək üçün işçi qrup yaratmağa və danışıqlara başlamağı təklif edib: "Pyotr Poroşenko ilə telefon danışığı zamanı 7 şərt barədə razılaşmışıq. İlk növbədə müqavimət qüvvələri (red-separatçılar) Luqansk və Donetsk istiqamətində hücum əməliyyatlarını dayandırmalıdır. Ukrayna isə öz növbəsində yaşayış məntəqələrini ağır artilleriyadan və aviasiyadan atəşə tutmamalıdır".
Vladimir Putin regiona Rusiyadan göndərilən humanitar yardım karvanlarının sərbəst buraxmasının da önəmli olduğunu deyib. "Ukraynanın şərqində dinc sakinlərin hərəkəti və humanitar yardımların çatdırılması üçün yollar açılmalıdır. Zərər görmüş bölgələrdə sosial infrastrukturun bərpası üçün Rusiya da iştirak etməlidir".
Xatırladaq ki, Rusiya və Ukrayna prezidentlərinin telefon danışığından sonra Şərqi Ukraynada atəşkəs razılaşması əldə olunub.
Ukrayna baş naziri Arseniy Yasenyuk isə bildirib ki, Putinin planı münaqişənin dondurulmasına xidmət edir.
"Bu plan Rusiyaya qarşı sanksiyaların yeni dalğasından qaçmaq, eyni zamanda NATO-nun Uels sammitindən əvvəl beynəlxalq cəmiyyəti aldatmaq cəhdidir. Rusiya onunla Cenevrə, Normandiya, Berlin və Minskdə əldə olunan razılaşmalara, sadəcə olaraq, ya məhəl qoymurdu, ya da pozurdu", - Ukrayna baş naziri deyib.
Almaniyanın "Der Spiegel" nəşri isə yazır ki, Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozunu "iki həftə ərzində Kiyevi alacağı" ilə bağlı hədələməsi Vladimir Putinin NATO-nun düşməni rolunda olduğunu qəti şəkildə təsdiq edir.
Nəşr hesab edir ki, V.Putinin NATO-nun düşməni olması faktı ilə Almaniya kansleri Angela Merkel də barışmalı olacaq və Putini daha müdafiə edə bilməyəcək.
"Əvvəl Merkelin Rusiya prezidentinin tərəfində olması bir fakt idi və kansler NATO-nun Rusiyaya qarşı qərarlarına veto qoyurdu. İndi isə Merkel təşkilatın digər üzvləri ilə birlikdə Putini cəzalandırmalı olacaq. Merkel həmçinin Avropa Birliyinin Kremlə qarşı sərt sanksiyalarını da rədd edirdi. Bundan başqa, Polşa və Baltikyanı ölkələr öz ərazisində NATO bazalarının yaradılmasını istəyir. Ancaq Berlin Putini qəzəbləndirməmək üçün buna qarşı çıxırdı".
"Der Spiegel" bildirir ki, Merkel Uels sammitdə Baltikyanı ölkələrdə və Polşada NATO-nun dörd yeni hərbi bazasının yaradılmasını dəstəkləməyə hazırlaşır.
Bu arada ABŞ hərbi gəmisinin Qara Dənizə girdiyi bildirilib. "Ross"la birgə Dardanel boğazına Fransa Hərbi Dəniz Qüvvələrinin (HDQ) "Commandant Birot" korvet gəmisi də keçib. "Ross" ekipajı Qara dənizdə əməkdaş və NATO müttəfiqləri ilə "birgə fəaliyətinin təkmilləşdirilməsini əhatə" edən işlər görəcəklər- deyə ABŞ HDQ-nin yaydığı məlumatda deyilir.
Daha əvvəl verilən xəbərə görə yaxın zamanda Qara dənizə 4 hərbi gəmisi girəcək: 3 sentyabr "Ross" və "Commandant Birot", 6 sentyabr Kanada freqatı "Toronto" və İspaniya HDQ freqatı olan "Almirante Juan de Borbon".
Vaşinqton Ukraynadakı vəziyyətə görə Rusiya ilə hərbi qarşıdurmaya getməyəcək. Bu barədə isə ABŞ Müdafiə Naziri Çak Heygel CNN-nə müsahibəsində deyib.
Pentaqon rəhbəri Rusiyanı "gərginliyin artmasına gətirib çıxaran çox təhlükəli addımlar atmaqda" davam etməkdə günahlandırır. Bununla bərabər Heygel qeyd edib ki, biz buna görə Rusiya ilə bərbi addımlar atmıyacaq, Rusiyaya qarşı mübaribə etməyəcəyik.
Nazir eləcə də ABŞ administrasiyasının Ukraynadakı vəziyyətdə tutduğu mövqeyi müdafiə edib. Onun sözlərinə görə böbranın bəllində diplomatik yolların olmadığı barədə beç bir əsas yoxdur.
Baş nazir Arseniy Yasenyuk Nazirlər Kabinetinin iclasında bildirib ki, Ukrayna yeni hərbi doktrina qəbul edə bilər.
Onun sözlərinə görə, Ukraynaya hücum edən tərəfin kim olduğu və təhdidin haradan gəldiyi bəlli olduğu üçün yeni hərbi doktrinaya ehtiyac var. A.Yasenyuk Rusiyanın hazırda Ukraynanın ərazi bütövlüyünü təhdid edən yeganə ölkə olduğunu vurğulayıb.
NATO-nun Uels sammitindən gözləntiləri barədə danışan baş nazir qeyd edib ki, hərbi alyansdan "blok xarici xüsusi ortaqlıq statusu" almaq əsas hədəfdir.
İclasda çıxış edən Ukrayna Milli Təhlükəsizlik Şurasının sözçüsü Andrey Lısenko isə Rusiya tərəfdarı olan separatçıların təbii qaz tranzitini dayandırmağa çalışdığını söyləyib.
Fransa prezidenti Fransua Olland deyib ki, Ukraynanın şərqindəki aqressiv davranışına görə Rusiyaya iki hərbi gəmisini göndərməyəcək.
Rusiyanın müdafiə nazirliyinin rəsmisi Yuri Borisov Fransanın qərarını "xoşagəlməz" adlandırsa da, Rusiyanın "yenidən silahlandırılması" və islahat planları üçün bunu "faciə" saymayıb.
ABŞ departamenti Fransanın bu qərarını "müdrik" adlandırıb.
Birinci gəmi Rusiyaya oktyabr ayında çatdırılmalı idi.
Fransa bu məsələyə noyabrda baxıla biləcəyini söyləyir.
Hərbi gəmilərin Rusiyaya çatdırılması ilə bağlı Fransa müttəfiqləri tərəfindən sərt tənqid olunurdu. Qiyməti milyardlarla dollar olan müqavilənin saxlanması Moskvadan çox Fransaya zərbə vurur.
Fransa isə Rusiyaya ilk "Mistral" tipli döyüş gəmisini çatdırmaqdan imtina edib.
Xarici mətbuatın verdiyi məlumata görə, Fransa prezidenti Fransua Olland Ukraynadakı hadisələrlə bağlı belə bir addım atdığını bildirib.
Xatırladaq ki, iki "Mistral" tipli döyüş gəmisinin Rusiyaya satılması ilə bağlı müqavilə 2011-ci ildə imzalanıb. Müqavilənin dəyəri 1,2 milyard avodur. "Vladivostok" gəmisinin 2014-cü il, "Sevastopol" gəmisinin isə 2015-ci ildə Rusiya donanmasının silahlanmasına daxil edilməsi nəzərdə tutulurdu.
16 helikopter daşımaq qabiliyyəti olan nəhəng gəmilərin qiyməti minimum 500, makimum 600 milyon avrodur.
Rusiya qoşunlarının Ukraynanın şərqindəki müharibəyə qoşulmasından ölkə daxilindəki separatçılar, xüsusilə müsəlmanlar istifadə edə bilər.