Kanadada sutka ərzində koronavirusa 1,5 minə yaxın yoluxma halı qeydə alınıb Dünya

Kanadada sutka ərzində koronavirusa 1,5 minə yaxın yoluxma halı qeydə alınıb

Kanadada son sutka ərzində yeni növ koronavirusa 1 470 yoluxma halı qeydə alınıb.

Trend-in "REN TV"yə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 33 354 nəfərə çatıb.

Kanadada koronavirusa yoluxma hallarında azalma müşahidə edilir. Aprelin 17-si koronavirusa 1,8 minə yaxın insan yoluxmuşdu. Ölkədə ümumilikdə koronavirus testindən 528 minə yaxın insan keçib.

Qeyd edək ki, Kanadada yeni növ koronavirusa ilk yoluxma halı yanvarın 15-i qeydə alınıb.