UKMTO: Oman sahillərində daha bir tanker raketlə vurulub Dünya

UKMTO: Oman sahillərində daha bir tanker raketlə vurulub

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin tabeliyindəki Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) Oman sahillərində tankerin mərmi ilə vurulması barədə yeni hadisə barədə məlumat yayıb.

Xalqcebhesi.az xəbər verir ki, UKMTO Omanın Limah şəhərindən 13 dəniz mili cənub-şərqdə baş vermiş insident barədə məlumat alıb. Tankerin heyəti bildirib ki, gəmi rayondan çıxış istiqamətində cənub marşrutu ilə hərəkət edərkən raketlə vurulub. Koordinasiya mərkəzinin məlumatında qeyd olunur ki, rəsmi qurumlar araşdırma aparır. Digər təfərrüatlar verilmir.

Çərşənbə axşamına keçən gecə UKMTO Oman sahillərindən 40 dəniz mili şimal-şərqdə tankerin mərmi ilə vurulduğu, heyət üzvlərindən xəsarət alan olmadığı barədə məlumat yaymışdı.

Məryəm Quliyeva