13:33
602
Yəmən Prezident Rəhbərlik Şurasının sədri Rəşad Məhəmməd əl-Əlimi bəyan edib ki, respublika rəhbərliyi artıq İran təyyarələrinin Yəmən sərhədini keçməsinə icazə verməyəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.
"Biz Yəmən xalqına deyirik ki, bu gündən etibarən heç bir İran təyyarəsi bir daha heç vaxt torpağımıza qayıtmayacaq", — deyə əl-Əlimi Milli Müdafiə Şurasının iclasında vurğulayıb.
Telekanalın qeyd etdiyinə görə, iclasın yekununda şura suverenliyin qorunması üçün hərbi, siyasi və diplomatik tədbirlər paketini təsdiqləyib və eskalasiyaya görə məsuliyyəti üsyançı "Ənsar Allah" (husilər) hərəkatının və Tehranın üzərinə qoyub. Görüş iştirakçıları vurğulayıblar ki, qanunla müəyyən edilmiş prosedurlardan kənar keçməklə Səna hava limanında reyslərin qəbul edilməsi Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulmasıdır.
Məryəm Quliyeva