Dünya yeni müharibə astanasında Dünya

Dünya yeni müharibə astanasında

Cənubi Koreya Şimali Koreyaya qarşı müharibəyə hazırlaşır

Cavid

Cənubi Koreya ordusunun genişmiqyaslı qış təlimlərinə başlaması yarımadada yenidən gərginliyə səbəb olub. Şimali Koreya cənub qonşusunun bu addımını tənqid edərək rəsmi Seulun və Amerika Birləşmş Ştatlarının rəsmi Pxenyana təzyiq göstərmək istədiyini bildirib.
Cənubi Koreya ordusunun təlimləri Şimali Koreya sərhədləri yaxınlığında keçirilir. Cənubi Koreya Müdafiə Nazirliyi bu təlimlərin ölkə ordusunun qış döyüş şərtlərinə hazırlığını yoxlmaq məqsədilə keçirildiyini açıqlayıb. Bir müddət əvvəl ABŞ hökuməti Şimali Koreya hakerlərini kiber hücumda ittiham edərək Pxenyana qarşı yeni sanksiyalar tətbiq etmişdi.
Bir müddət öncə isə Cənubi Koreyanın müdafiə nazirliyi bildirib ki, Şimali Koreya daha kiçik nüvə başlıqları istehal etmək üçün texnoloji baxımdan yüksək inkişafa nail ola bilib. Nazirliyin məlumatına görə, Şimali Koreya hələlik yeni nüvə başlıqlarını nümayiş etməyib.
Şimali Koreyanın Birləşmiş Ştatlara çata biləcək raket istehsal etmək qabiliyyətinə malik olduğuna inanılır. Cənubi Koreyanın Yonhap xəbər agentliyi müdafiə nazirliyinin adının açıqlanmadığı bir rəsmisinə istinadən bildirib ki, Şimalın inkişaf etdirdiyi yeni raketlərdən birinin qət edə biləcəyi məsafə 7 min kilometrdən 10 min kilometrə çatdırılıb.
Birləşmiş Ştatlar Şimali Koreyanın Sony Pictures şirkətinin kompyuterlərinə haker hücumlarına görə üç təşkilatı və 10 şəxsə qarşı sanksiyalar tətbiq edib. Ağ Ev rəsmiləri bildirib ki, Şimali Koreyanı cəzalandırmaq üçün tətbiq olunan sanksiyalar bu istiqamətdə atılmış ilk addımdır. Birləşmiş Ştatların Şimali Koreyanın nüvə proqramına qarşı sanksiyaları da hazırda qüvvədədir.
Cənubi Koreyanın "Korea JoongAng Daily" qəzeti isə məlumat yayıb ki, Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) Koreya Respublikasına (Cənubi Koreyaya) müdaxilə planı hazırlayıb.
Plan Cənubi Koreyanın bir həftə ərzində işğal edilməsini nəzərdə tutur. Koreya Respublikası müqavimət göstərərsə və ABŞ-dan dəstək alarsa, o zaman yarımadanın cənubunun zəbt edilməsi 15 gün çəkə bilər. Bu zaman nüvə silahının da istifadə edilməsi istisna olunmur.
Şimali Koreya adi silahlardan başqa, artilleriya, tank və təyyarələrin, xüsusi təyinatlı qüvvələrdən istifadə etməyi planlaşdırır. Bu qüvvələrin sayı 80 min nəfərdən 200 min nəfərədək artırılıb.
Qəzetin yazdığına görə, döyüş əməliyyatlarının planı Kim Çen In hakimiyyətə gəldikdən sonra, 2012-ci ildə hazırlanıb. Şimali Koreya rəhbərliyi müharibəyə hazırlığı 2013-cü ildə tamamlamağı planlaşdırıb, lakin sonra bu müddət bir il artırılıb. 2014-cü il "Birləşmə uğrunda böyük müharibə ili" elan olunub.
Yeni müharibə planı ABŞ-ın İraq və Əfqanıstandakı son hərbi əməliyyatlarının analizinə əsaslanıb: "Şimali Koreya bu qənaətə gəlib ki, uzunmüddətli müharibədə heç bir şansı olmayacaq. Bu səbəbdən asimmetrik müharibə planına üstünlük verilib".
Onu da qeyd edək ki, ABŞ ilə "Interviev" (Müsahibə) adlı filmə görə, qalmaqal yaşayan Şimali Koreya, düşmən Cənubi Koreyaya sürpriz bir təklif edib.
Şimali Koreya lideri Kim İn Yonq , 2007-ci ildən bəri ilk dəfə Cənubu Koreya ilə yüksək səviyyəli görüş keçirmək istədiyini deyib. Kim İn yeni il mesajında, "Şərtlər uyğundur , yüksək səviyyəli görüş keçirilməməsi üçün bir səbəb yoxdur" deyib. Cənubi Koreya isə təklifi müsbət qarşılayıb.
Cənubi Koreya lideri Park isə Şimalla dialoqa açıq olduqlarını, ancaq Şimalın əvvəlcə nüvə silahı proqramından əl çəkmək üçün addımlar atması lazım olduğunu deyib.
Amerika Birləşmiş Ştatları və BMT Təhlükəsizlik Şurasının Qərbdən olan üzvləri Şimali Koreyada insan haqlarının vəziyyətini qətiyyətlə tənqid ediblər.
Bundan əvvəl keçirilən səsvermədə Çinin eturazlarına baxmayaraq, Şimali Koreyanın məsələsi Təhlükəsizlik Şurasının gündəliyinə daxil edilib.
Xatırladaq ki, ABŞ-ın BMT-dəki səfiri Samanta Pover Şimali Koreyanı "yaşayan dəhşət" adlandırıb və Sony şirkətinə qarşı haker hücumlarının ABŞ-la birgə araşdırılması üçün Pxenyanın təklifini "cəfəngiyyat" kimi rədd edib. Şimali Koreyanın məsələsinin Təhülkəsizlik Şurasının gündəliyinə daxil edilməsi ilə bağlı BMT-də nadir hallarda ehtiyac olan əlavə səsvermə proseduru keçirilib. Buna səbəb bu məsələnin, ümumiyyətlə gündəliyə daxil edilməsinə Çinin etirazı idi.
Məsələnin gündəliyə salınmasına 11 səs verilib. Çin və Rusiya Şimali Koreyanın müzakirə olunması təklifinin əleyhinə səs veriblər. Təhlilçilər bildirirlər ki, BMT TŞ-də buna bənzər son səsvermə 2006-cı ildə Birma məsələsinin gündəliyə salınması üçün lazım gəlib. Şimali Koreya məsələsində yenilik bundan ibarətdir ki, əvvəllər Pxenyanın yalnız nüvə proqramı müzakirəyə çıxarılıbsa, indi bu ölkədə insan haqlarının vəziyyəti də müzakirə olunacaq.
Səsvermədən əvvəl Çinin BMT-dəki səfiri Liu Jieyi deyib ki, "Təhlükəsizlik Şurası insan hasqları kimi məsələnin müzakirəsi üçün forum deyildir". Səfirin fikrincə, "TŞ mövcud eskalasiyaı gücləndirən hər hansı təşəbbüslərdən çəkinməldir". Səsvermədən dərhal sonra başlanan müzakirədə Avstraliya səfiri Gary Quinlan TŞ-nin qərarını "tarixi addım" adlandırıb.
"KXDR özünün və hakimiyyətdə olan təhdidçi hərbi aparatının mövcudiyyətini saxlamaq üçün öz vətəndaşlarına qarşı zorakılıq və repressiyalara əl atan totalitar bir dövlətdir, - deyib Quinlan, - Rejimin öz xalqına qarşı cinayətləri sözün əsl mənasında səbatsız bir ölkə yaradıb".
TŞ-də keçirilən iclasdan əvvəl, Baş Assambleya Şimali Koreyanın insanlığa qarşı cinayətlərinə görə Beynəlxalq Cinayətlər Məhkəməsinə verilməsinə baxılmasını rica edib. Bu cinayətlər barədə BMT hesabatı bu ilin fevralında açıqlanıb.
Şimali Koreyanın diplomatları iclasın işində iştiralk etməyiblər. Pxenyan bildirir ki, insan haqlarına dair hesabat yalanlar üzərində qurulub və ölkənin Sony-yə haker hücumu ilə heç bir əlaqəsi yoxdur. Samantha Power iclasda Şimali Koreyanın düşərgələrindən qaça bilənlərin dəhşətli şəhadətlərindən misallar gətirib. Pxenyan bu iddiaların da qondarıldığını deyir.
"22 nömrəli Həbs düşərgəsinin sabiq keşikçisi Ahn Myong Chul məhbusların tez-tez zorlandıqlarını bildirib, -deyib Power, - belə hadisələrdən biri zamanı zorlanmadan hamilə olan qadının doğduğu körpəni bişirərək itlərə yedizdirblər".
Pover həmçinin Sony şirkətinə haker hücumunun birgə araşıdırlması üçün Şimali Koreyanın təklifini rədd edib. Şimali Koreya təklifinin rədd olunacağı təqdirdə ABŞ-a hücum edəcəyi ilə hədələmişdi.
ABŞ səfiri BMT İnsan Haqları Komissiyasının tövsiyələrini nəzərə alaraq Şimali Koreyanın Beynəlxalq Cinayətlər Məhkəməsinə verilməsinə çağırıb.
BMT Komissiyasının hesabatında bildirilir ki, Şimali Koreyanın həbs düşərgələrində törədilən işgəncə, aclıq və qətlləri yalnız faşist dövründə baş verənlərlə müqayisə etmək oplar.
Baş katibin insan haqları üzrə köməkçisi Ivan Simonovic deyib ki, hər hansı ölkənin cinayətləri barədə bu qədər geniş hesabat TŞ-yə ilk dəfədir, təqdim olunur.
Təhlilçilər TŞ-dəki müzakirələrin Şimali Koreyanın soyqırımı və bəşəriyyətə qarşı cinayətlərə baxan BCM-ə verilməsi ilə nəticələnəcəyinə inanmırlar. Onların fikrincə Çin TŞ-nin qərarına veto qoya bilər.