Afrikada koronavirusa yoluxma səbəbindən ölənlərin sayı 103 mini keçdi Dünya

Afrikada koronavirusa yoluxma səbəbindən ölənlərin sayı 103 mini keçdi

Afrika ölkələrində koronavirusa yoluxanların sayı son dörd gündə 42 571 nəfər artaraq 3 897 427 nəfər təşkil edib.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının regional nümayəndiliyi bildirib.

Məlumata əsasən, ötən dörd gündə bölgədə koronavirusa yoluxanlar arasında ölüm sayı 1331 nəfər artaraq 103,700-ə çatıb.

Yoluxanların və ölənlərin çoxu Cənubi Afrikada aşkar edilib - müvafiq olaraq 1 513 393 və 49 993 nəfər.