“Azərbaycan Xalçası Ensiklopediysı”nın I cildinin təqdimat mərasimi keçirilib Hadisə
Azərbaycan Xalça Muzeyində "Azərbaycan Xalçası Ensiklopediysı"nın I cildinin təqdimat mərasimi keçirilib. Ensiklopediyanın müəllifi − sənətşünaslıq doktoru, professor Röya Tağıyevadır. Ensiklopediyanın ərsəyə gəlməsi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Xalça Muzeyinin və "Japan Tabacco İnternational" Şirkətinin birgə layihəsinin nəticəsidir: "Xalça Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir. Həyat tərzinin mühüm elementi kimi xalça həmişə insanların, bütövlükdə cəmiyyətin həyatında baş verən sosial, iqtisadi, siyasi və mədəni dəyişiklikləri əks etdirmişdir. Xalça təkcə məişət əşyası deyil, həm də xalqın bədii-estetik özünütəsdiqinin əsas sferasıdır. Azərbaycan xalqının maddi və bədii sərvətini təşkil edən Azərbaycan Xalçasını bundan sonra da yaşatmaq, onu inkişaf etdirmək, gələcək nəsillərə ərməğan kimi ötürmək yönündə mühüm işlərdən biri Azərbaycan xalçasının öyrənilməsidir. Bu mənada 2005-ci ildə qəbul olunmuş "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu müstəsna əhəmiyyətə malikdir. Digər tərəfdən, Azərbaycan xalçası bəşər sivilizasiyasının mühüm atributlarındandır. Belə ki, 2010-cu ildə Azərbaycan xalçasının YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni Irsin Reprezentativ Siyahısına salınması qürurverici hadisə hesab oluna bilər".
Azərbaycan Xalçası ilə bağlı təqdim olunan bu ilk milli nəşr dəqiq kompozisiya quruluşu, əsas mətnin cəlbedici yerləşdirilməsi, zəngin illüstrasiya materiallarının müasir tərzdə düzümü ilə seçilir. Burada Azərbaycan xalçası təkcə milli mədəni ənənənin deyil, həm də ümumdünya irsinin ayrılmaz hissəsi kimi təqdim edilir. Azərbaycanda xalçaçılıq sənətinin yaranması və inkişafı, xovlu və xovsuz xalçaların, xalça məmulatlarının növ müxtəlifliyi, xalçaların hazırlanmasının texnoloji xüsusiyyətləri, naxış və rəmzlərin mənşəyi, Azərbaycan xalçasının kolorit əlvanlığı, tarixi əhəmiyyət kəsb edən xalçalar, kompozisiya və koloritin özünəməxsus həlli, milli estetikanın ümumi prinsiplərinin orijinal şərhi ilə seçilən lokal xalçaçılıq məktəbləri – bütün bunlar və sadalamadığımız bir çox digər mətləblər "Azərbaycan xalçası ensiklopediya"sında öz əksini tapıb: "Belə bir zamanda biz, xalqımızın milli identikliyini qoruyub saxlamalıyıq, milli koloritimizi qloballaşma dalğasının mənfi səciyyəli ümumiləşdirici təsirinə uğratmamalı, milli kimliyimizi qoruyub yaşatmalıyıq. Hazırkı nəşrin daha bir diqqətə layiq əhəmiyyəti də ondan ibarətdir ki, müasir qloballaşma dönəmində milli maddi-mənəvi irsimizin qorunması nəzərindən xüsusi hifz edici mahiyyətə malikdir. Mədəniyyətimizin immunitetini təmin etmək üçün ciddi müdafiə vasitələrindən birinə cevriləcək bu ensiklopediya təkrarsız xalça sənətinin öyrənilməsinə, inkişafına və tədqiq fəaliyyətinin dərinləşməsinə xidmət edəcək".
Təqdimat mərasimində çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev qeyd edib ki, muzeyin kolleksiyası unikal gözəlliyin, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.
Milli Məclisin deputatları Elman Nəsirov, Adil Əliyev və Jalə Əliyeva çıxış edərək ensiklopediyanın birinci cildinin nəşrini yüksək qiymətləndiriblər.
Təqdimat mərasimində dünya ölkələrinin Azərbaycan Respublikasindakı Səfirliklərinin – ABŞ, Macarıstan, Qazaxıstan və Koreya nümayəndələri iştirak etdilər. Türk mədəniyyətinin görkəmli xadimi, şair, yazıçı-ədəbiyyatşünas, Qazaxıstanın ictimai-siyasi xadimi Oljas Ömər oğlu Süleymenov milli dəyərləri yaşadan belə bir nəşrin ərsəyə gəlməsinə dəyər verib.