İmperiya kabusu Hadisə

İmperiya kabusu

Yaxud ikibaşlı qartala qarşı ikiüzlü siyasət

Arzu Şirinova

Dünya mətbuatı Rusiya prezidenti Vladimir Putinin həyata keçirmək istədiyi Belarusdan Tacikistana kimi "Avrasiya" imperiyası haqqında məqalələr dərc edir.
Həmin məqalələrin birində Vladimir Putinin "Avrasiya" imperiyası yaratmaqla bağlı cəhdlərini şərh edən ABŞ-ın Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə İnstitutunun direktoru Svante Kornel bildirib ki, Vaşinqton hökuməti Krım respublikasının Rusiyaya birləşdirilməsinə etiraz etməklə düzgün addım atıb: "ABŞ təcili Cənubi Qafqaz dəhlizinin təhlükəsizliyi üçün hərəkətə keçməlidir. Ukraynanın taleyi ilə Cənubi Qafqaz regionu bir-biri ilə sıx bağlıdır. Belə ki, Ukrayna və Cənubi Qafqaz Vladimir Putinin "Avrasiya" imperiyası ilə bağlı arzusunu həyata keçirmək üçün önəmli regionlardır. Putin Belarusdan Tacikistana kimi imperiya yaratmaq niyyətindədir".
Politoloqun fikrincə, Rusiya, eyni zamanda, NATO-ya qarşı mübarizə aparır: "2008-ci ildə Rusiya Gürcüstana hərbi müdaxiləni NATO-nun təsir qüvvəsinin genişləndirilməsinin qarşısını almaq üçün həyata keçirmişdi".
Rəsmi Moskvanın Ermənistan üzərində nəzarəti möhkəmləndirdiyini deyən politoloq növbədə Gürcüstan və Azərbaycanının olduğunu hesab edir. Onun sözlərinə görə, Putin bu planını həyata keçirmək üçün hər iki ölkədəki rusiyameyilli müxalifəti maliyyələşdirir.
Svante Kornel daha sonra deyib: "Rusiya Ermənistanda olan hərbi bazalarından istifadə edərək Dağlıq Qarabağ münaqişəsini yenidən gündəmə gətirə bilər. Gürcüstan isə Rusiya ilə Ermənistanda yerləşən rus hərbi bazaları arasında yerləşir. Bu, çox təhlükəlidir. Azərbaycan NATO-ya üzv olmağa tələsmir, lakin Vaşinqton sözügedən məsələ ilə bağlı danışıqlara başlamalıdır. ABŞ prezidenti Barak Obama Gürcüstanı NATO-ya üzv etmək üçün tələsməlidir".
Kifayət qədər düşündürücü və nəticə çıxarılası fikirlərdi.
Ancaq nəticəni təkcə sözügedən ölkələr deyil, birinci növbədə ABŞ çıxarmalıdır. Gəlin diqqət yetirək, ABŞ-ın sabiq prezidenti Corc Buş dönəmindən fərqli olaraq, Barak Obamanın hakimiyyətə gəlişindən sonra Ağ Evin postsovet məkanında, o cümlədən Cənubi Qafqazda apardığı xarici siyasətdə nəzərəçarpan dəyişikliklər müşahidə olunur. Yəni prezident Buşdan fərqli olaraq, Obama MDB ölkələrinə münasibətdə Rusiya ilə əməkdaşlığın tərəfdarı kimi çıxış edir. Daha doğrusu, ABŞ-ın bu məkanda aşırı loyallıq nüiayiş etdirir. Ötən illərdə baş verən hadisələrə diqqət yetirsək görərik ki, bu siyasət nəinki loyallığı, həm də Rusiyaya güzəştilə seçilir. Məsələn, Buş komandasının planı hesab olunan Polşada və Çexiyada raketdən müdafiə sistemlərini yerləşdirməkdən imtina etməklə ABŞ Rusiyaya çox ciddi güzəştə getdi. Eyni zamanda, ABŞ Ukrayna və Gürcüstanın HATO-ya qəbulundan da geri çəkildi. Bütün bu güzəştlər Rusiyanın da kompromiss addımlar atacağına dair rəy yaratsa da, çox keçmədən Kremlin əks-hücumu ilə müşahidə olunmağa başladı. Abxaziyada və Cənubi Osetiyada 10 min nəfərdən artıq hərbi qüvvə yerləşdirmiş Rusiya ABŞ-ın Sevastopoldakı hərbi donanmasının 2016-cı ilə qədər qalmaqda davam etməsinə, Qara Dəniz enerji dəhlizinin istifadəsinə, Ukraynada və Qırğızıstanda hakimiyyətin dəyişilməsinə nail oldu. Üstəlik, Şərqi Avropada Rusiyanın ən qatı əleyhdarı sayılan Polşa prezidenti Lex Kaçinskinin təyyarəsinin qəzaya uğramasında Mosvkanın əli olmasına dair şübhələr hələ aradan qalxmayıb. Ermənistan Rusiyanın tam nəzarəti altındadır.
Ukraynada baş verənləri isə xatırlatmağa lüzum yoxdur. Təkcə bir faktı deyək ki, Rusiya "parçala, hökm sür" siyasətini işə salaraq Ukraynanın axırına çıxmasını qarşısına məqsəd olaraq qoyub.
Azərbaycana gəldikdə isə, ABŞ Dövlət Departamenti insan haqlarının vəziyyətinə dair illik hesabatında hər il demək olar ki, ölkəmizlə bağlı eyni məzmunlu fikirlər səsləndirir. Bu hesabatlarda bildirilir ki, Azərbaycanda ifadə və sərbəst toplaşma azadlığı problem olaraq qalır. Eyni zamanda hesabatda, juranalistlərə, insan haqları fəallarına qarşı təhdidlər, həbslər və zorakılıqların davam etdiyi bildirilir, sərbəst toplaşma azadlığı, qanunsuz həbslər, siyasi motivli məhkəmələr, polis məntəqələrində işgəncə və sərt davranışlardan söhbət gedir. ABŞ Dövlət Departamentinin məlum hesabatlarında, hər zaman olduğu kimi yenə də bir cümlə olsa belə Azərbaycanın torpaqlarının illərdir təcavüzə məruz qaldığından, bir milyondan artıq qaçqın və məcburi köçkünlərin öz torpaqlarından qovulduğundan, bununla da onların hüquqlarının pozulduğundan, dinc insanların qətlə yetirildiyindən bəhs olunmur.
Artıq ABŞ-ın nəinki postvet ölkələrilə, hətta Türkiyə kimi ciddi bir müttəfiq və HATO üzvü olan ölkəylə münasibətlərində bəzi narazı məqamlar müşahidə olunur. Bu isə ABŞ-ın Cənubi Qafqaz vasitəsilə Mərkəzi Asiyaya giriş dəhlizinin itirilməsi deməkdir. Belə olan təqdirdə, HATO-nun Şərqə doğru genişlənməsindən ümumiyyətlə, danışmaq mümkün deyil. ABŞ və HATO artıq Şərqi Avropa və MDB məkanındakı hərbi-siyasi mövqelərini Rusiyaya məğlub olmuş təsiri bağışlayır. Rusiyanın isə postsovet məkanında nüfuz dairəsi genişlənir. Həticə isə bunu deməyə əsas verir ki, ABŞ rəhbərliyinin yanlış siyasəti Rusiyanın imperiya ambisiyalarını həyata keçirməsi üçün münbit şərait yaradıb. Amerika əsas qayğılarını Rusiya ilə nüvə silahlarının tərksilahı məsələsinə çevirib. Bir də özünü daxili problemləri və beynəlxalq terroçuluqla mübarizə ilə məşğul olurmuş kimi göstərir. Həticədə Rusiya postsovet ölkələrini öz təsir dairəsinə almaqda davam edir. Yalnız Gürcüstanla Azərbaycan qalıb. Azərbaycan bu gün nə tam Qərbpərəst, nə də tamamilə Rusiyapərəst siyasət yürüdür, müstəqil siyasət həyata keçirməyə çalışır. Amma vəziyyət göstərir ki, ağırlıq Rusiya tərəfinədir. Əgər belə olacaqsa... Yaxşısı budur tarixə nəzər salaq.
1920-ci il aprelin 28-də sovet rejimi Azərbaycan Xalq Cümhuriyyətindən təhvil aldığı 114 min kvadratmetrlik ölkənin böyük bir hissəsini Ermənistan başda olmaqla qonşu dövlətlərə güzəştə gedir. 1920-ci il aprel ayının sonlarından 1941-ci ilin avqustuna qədər represiyalarda 47 min adam qətlə yetirilir. Onların ailə üzvləri sürgünə göndərilir, olmazın işgəncələrə məruz qalırlar.
Azərbaycan xalqına "xoşbəxtlik", "firavan həyat" və hər kəsin bərabər olduğu "sosializm cəmiyyəti" bəxş edəcəyi vədini verən leninçi idioloqlara aldanan Həriman Hərimanov kimiləri çox az müddətdən sonra ayılırlar ki, yaratdıqları xəyal gəmisində batırlar. Bəli, Hərimanov səhvlərini oğluna yazdığı məktubda belə anladır: "Biz aldandıq". Hərimanov sıradan biri deyildi ki, aldadılsın. O, kifayət qədər elmi biliyə, dərin dünyagörüşünə, tarixi gerçəkliklərə malik bir siyasətçiydi. Bütün bu keyfiyyətlər onun bir ədib kimi bədii yaradıcılığında da açıq-aydın görünür.
Hərimanov bilirdi ki, Rusiya dövləti-feodalizm, kapitalizm və sosializm quruluşundan asılı olmayaraq-birinci Pyotrun yaratdığı və vəsiyyət etdiyi siyasəti həyata keçirir. O siyasət ki, kökündə Azərbaycanı parçalamaq, əyalətlərə bölmək, Azərbaycan ərazilərində qondarma erməni dövləti yaratmaq, Azərbaycanın təbii sərvətlərinə sahib olmaq dururdu. Bütün bunları bilən siyasətçi təbii ki, Azərbaycanın müstəqilliyini və azadlığını əlindən alan bir qərarın qəbul olunmasında yardım göstərdiyi üçün lənətlənəcəkdi. Hecə ki, lənətlənir...
...Rusun işğalı təkcə ərazilərimizi ələ keçirməklə bitməyib. Bu işğal nəticəsində həm də düşünən beyinlərimiz məhv olub. On minlərlə ziyalılarımız sürgünə göndərilib, onlara əzab-əziyyət verərək şəxsiyyətləri alçaldılıb, pantürkizm damğası vurularaq güllələniblər. Rus şovinistləri öz torpaqlarımızda hər zaman himayə etdikləri erməniləri isə bizdən üstün tutublar. Onlar üçün istədikləri şərait yaradılıb. Ötən əsrin əvvəlində İrəvanı, Zəngəzuru ermənilərə bəxş edib, burada yaşayan Azərbaycan türklərinin müəyyən qismini deportasiyaya məruz qoyan Pyotrun sələfləri 1956-1958-ci illərdə bu deportasiyanın yeni dalğasını yaratdılar. Həhayət, 1988-ci ildə rus köməyinə arxayın olan ermənilər Dağlıq Qarabağa iddia etdilər. Və paralel olaraq bu günki Ermənistandan azərbaycanlıları qovub çıxardılar. Türksüz Ermənistanın yaranmasına nail olan və bu yolda hər bir dəstəyi göstərən ruslar sovet imperiyasının çökməsi ərəfəsində Bakıya növbəti dəfə işğalçı qoşunlarını yeridib, xalqımızı qanlarına qəltan elədilər. Bununla kifayətlənməyən rus başbilənləri 1991-ci ilin 20 noyabrında müstəqil Azərbaycanın say-seçmə oğullarını "helikopter qəzası" adı altında qətlə yetirdilər. 1992-ci ildə isə Xocalıda erməni-rus hərbi birləşmələri əsrin soyqırımını törətdilər. Torpaqlarımızın 20 faizinin işğal olunmasında ermənilərə bütün mənalarda dəstək verdilər.
...Bu gün Azərbaycan yenidən müstəqildir, azaddır. Müstəqilliyin və azadlığın qazanılmasında əməyi olan, cəmi bir il bu dövlətə vicdanla rəhbərlik edən Milli Azadlıq Hərakatının lideri Əbülfəz Elçibəyin xalqımız qarşısında ən böyük xidməti işğalçı rus ordusunu torpaqlarımızdan çıxarması oldu ki, bununla da o, bir siyasətçi və vətənpərvər kimi tarixə öz adını qızıl hərflərlə yazdı.
...Bu gün müstəqil Azərbaycanın ən böyük problemi Dağlıq Qarabağın erməni işğalçılarından azad olunmasıdır. Problemin isə məqbul və həlli reallığa söykənən yolları bunlardır-rüşvətxorluğun və korrupsiyanın kökünü kəsmək, ölkədə köklü hüquqi, siyasi və iqtisadi islahatlar aparmaq, təhsil sistemini mahiyyət etibarilə modernləşdirmək və neftdən gələn pulları XALQIH, VƏTƏHİH mənafeyi naminə xərcləmək...