6 Yanvar 2025 12:34
2 331
Yanvarın 5-i saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ və Xanazax istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
"Bildiririk ki, son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərimizi bir neçə dəfə atəşə tutub və bütün bu hallar aidiyyəti üzrə qeydiyyata alınıb", məlumatda deyilir.
25 Mart 17:27
1 337
25 Mart 15:08
1 351
25 Mart 15:03
1 365