7 Yanvar 2025 21:33
2 506
21:07
Bakının Səbail rayonunda yerləşən Əl Oyunları Sarayında basketbol beynəlxalq yarışında polis əməkdaşları 10000 manat pul tapıblar.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev Feysbuk hesabında paylaşım edib.
“Xahiş edirik pul itirən hansısa iştirakçı varsa, yaxınlıqda olan polis əməkdaşlarına məlumat versinlər”, - qurum rəsmisi paylaşımında bildirib.
***
10000 manat itirən vətəndaş tapılıb.
Bu barədə DİN mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev məlumat yayıb.
“10000 manat itirən vətəndaş məlumatı mətbuatda oxuduqdan sonra polis əməkdaşlarına idman arenasında yaxınlaşıb. Həmin vəsait tam həcmdə aktlaşdırılaraq Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən sahibinə qaytarılıb. Həmin pul vəsaiti bir neçə şəxsin əmək haqqı olub. Jurnalist həmkarlarıma təşəkkür edirəm”, - E.Hacıyev qeyd edib.
25 Mart 17:27
1 344
25 Mart 15:08
1 358
25 Mart 15:03
1 372