9 Yanvar 2025 13:09
3 143
Yanvarın 10-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 9-14° isti olacaq.
Atmosfer təzyiqi 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 80-85%, gündüz 65-70% olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° isti olacaq.
25 Mart 17:27
1 344
25 Mart 15:08
1 358
25 Mart 15:03
1 372