16 Yanvar 2025 16:47
2 373
Sumqayıt şəhərində yanğın olub.
APA FHN-ə istinadən xəbər verir ki, bir dam altında tikilən ümumi sahəsi 300 m² olan birmərtəbəli kommunal tipli yaşayış binasında sahəsi 40 m² olan 2 otaqlı mənzilin bir otağının tavanı, ev əşyaları və dam örtüyünün taxta atmaları 20 m² sahədə yanıb. Yüksək temperaturdan 1 ədəd kondisioner qismən əriyib. Mənzilin qalan hissəsi və bitişik olan mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
25 Mart 17:27
1 337
25 Mart 15:08
1 351
25 Mart 15:03
1 365