23 Yanvar 2025 10:18
2 079
Xətai rayonu, M.Hadi küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə 23.01.2025-ci saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
"Azəriqaz"dan "APA-Economics"ə verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə M.Hadi, Sarayevo, Q.Nəbi, Şirvani, A.Ələsgər, R.Quliyev, Babək küçələrinin və kənd Əhmədli qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Həmçinin “Ağdaş” QPS-də yeni qaz tənzimləyici qurğunun quraşdırılması məqsədilə “Ağdaş” ölçü qovşağından 23.01.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır. Qaz təchizatı dayandırılan müddətdə Ağdaş şəhərinin bir hissəsinin, 1 qəsəbə və 22 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
25 Mart 17:27
1 344
25 Mart 15:08
1 358
25 Mart 15:03
1 372