27 Yanvar 2025 14:00
1 932
Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, rayon ərazisində hərəkətdə olan “Nissan” markalı minik maşını otla yüklənmiş “KamAZ” markalı yük maşını ilə toqquşub.
Qəza zamanı minik maşınında olan 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
25 Mart 17:27
1 344
25 Mart 15:08
1 358
25 Mart 15:03
1 372