28 Yanvar 2025 10:58
2 730
Məhkəmə 12 il əvvəl qətl törətməkdə təqsirləndirilən və barəsində ixtisaslaşdırılmış psixiatriya stasionar məcburi müalicə təyin edilən Rəşad Qaytaranovla bağlı qərar verib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin təkrar komision kompleks stasionar psixiatrik-psixoloji ekspertizaya göndərilməsi barədə qərar qəbul olunub.
Ekspertizanın rəyi gələnə qədər məhkəmə baxışı təxirə salınıb.
Qeyd edək ki, hadisə 2013-cü ildə Nizami rayonunda baş verib. Rəsmi məlumata görə, Bakı şəhər sakini Rəşad Qaytaranov Ruslan Abbasova bıçaqla xəsarətlər yetirib. Nəticədə R.Abbasov aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Rəşad Qaytaranovun barəsində ittiham hökmü çıxarılmayıb. Onun cinayəti törədərkən anlaqsız olması qənaətinə gəlinib və buna görə də 1 saylı Ruhi-Əsəb Dispanserində müalicə alması barədə qərar qəbul edilib.
25 Mart 17:27
1 337
25 Mart 15:08
1 351
25 Mart 15:03
1 365